• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Təhsil Nazirliyi, Azerfon MMC və AGBank ASC-nin maliyyə və təşkilati dəstəyilə keçirilən “Bizim Sahibkarlıq Fəaliyyətimiz” – “Enactus Azərbaycan X Milli Yarış 2015”in açılış mərasimi olub.

Öncə Azərbaycan Respubikasının Dövlət himni səsləndirilib. Daha sonra Enactus proqramının mahiyyəti haqqında videoçarx nümayiş etdirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, “Enactus Global”ın MDB ölkələri üzrə vitse-prezidenti Yusuf Məcidov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tələbələrə dəstək sektorunun müdiri Sülhəddin Gözəlov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Şəfəq Bayramova, AGBank ASC-nin nümayəndəsi İlqar Musabalıyev, “Yeni Həyat” Sosial-Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova, Naxçıvan Universitetinin İdarəetmə fakültəsinin dekanı Elbrus İsayev, “Enactus Azərbaycan” Proqramının məzunu Mehman Bədəlzadə və “Enactus Azərbaycan”ın ölkə üzrə direktoru Kəmalə Məmmədli çıxış ediblər. Çıxışlarda “Enactus Azərbaycan”ın fəaliyyəti, gənclərin biznes və sahibkarlıq sahəsindəki inkişafı, proqramın insanların həyat səviyyəsinin yaxşılaşdırılması, əlavə gəlir əldə etməsi və gənclərin fəallığının artırılması baxımından əhəmiyyəti vurğulanıb. Həmçinin, “Enactus Azərbaycan” Proqramının 10 illik yubileyi münasibətilə təbriklər səsləndirilib.
Mayın 31-də “Monolit Plaza”da yarışın yarımfinal və final mərhələsi keçirilib. Yarışda Azərbaycanın 9 komandası - Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Universiteti, Sumqayıt Dövlət Universitetinin təmsilçiləri iştrak ediblər.
Hər liqadan seçilmiş iki komanda finalda iştrak etmək hüququ qazanıb. Birinci liqa üzrə Azərbaycan Dövlət Aqrar Universiteti və Sumqayıt Dövlət Universiteti, ikinci liqa üzrə isə Naxçıvan Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti qarşılaşıblar. Yarışın qalibi olan Azərbaycan Dövlət Aqrar Universitetinin komandası Cənubi Afrika Respublikasının Yoxanesburq şəhərində 14-16 oktyabr 2015-ci il tarixlərində keçiriləcək “Enactus Dünya Kuboku 2015”də ölkəmizi təmsil edəcək.
Yarışda “Ən yaxşı komada ruhu” nominasiyası üzrə Naxçıvan Dövlət Universiteti, “Ən yaxşı sosial layihə” üzrə Naxçıvan Universitetinin “Bələdçi” layihəsi, “Ən yaxşı ekoloji layihə” nominasiyası üzrə Azərbaycan Texnologiya Universitetinin “Edial” layihəsi, “Ən yaxşı biznes layihə” üzrə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dəmir möcüzəsi” layihəsi seçilib.


10 il əvvəl