SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil Nazirliyi və “İntel” korporasiyasının təşkilatçılığı ilə “1 şagird : 1 kompüter” layihəsi ilə bağlı seminar keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin rəsmiləri, ümumtəhsil məktəblərinin rəhbərləri, “İntel” korporasiyasının, “İnspiring Knowledge” şirkətinin nümayəndələri iştirak ediblər.
Seminarda elektron təhsilin əhəmiyyəti və “1 şagird: 1 kompüter” layihəsinin tətbiqi, layihəni tətbiq edən ölkələr və bu ölkələr üzrə ən yaxşı təcrübələr, eyni zamanda Azərbaycanda bu modelin tətbiq olunmasına dair növbəti addımlar üzrə mövzular müzakirə olunub.
Təhsilin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov bildirib ki, artıq bir neçə ildir “1 şagird: 1 kompüter” layihəsinin tətbiqi üzərində müvafiq işlər aparılır və layihənin daha da genişləndirilməsi nəzərdə tutulub.
Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev məktəblərdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi barədə məlumat verib, tədrisin keyfiyyətinin artırılmasında yeni avadanlıqların rolundan danışıb.
Seminarda müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, kurikuluma uyğun rəqəmsal məzmunun yaradılması, İKT infrastrukturu və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, seminar “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strartegiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planına uyğun olaraq təşkil edilib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl