SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“SABAH-ın könüllüsü” proqramı çərçivəsində Təhsil Nazirliyinin SABAH qruplarında təhsil alan könüllülərin “Bakı 2015” 1-ci Avropa Oyunlarına dəstəyini ifadə edən foto sərgi keçiriləcək.
“Park Bulvar” AVM-in dəstəyi ilə təşkil olunan sərgidə Facebook sosial şəbəkəsi vasitəsilə keçirilən “SABAH Foto” müsabiqəsində iştirak edən fotoşəkillər sərgilənəcək. Sərgi 1 ay müddətində “Park Bulvar” AVM-də Bakı şəhərinin sakinləri və qonaqlar üçün açıq olacaq.
Sərgi “SABAH-ın könüllüsü”nün “Bakı 2015” 1-ci Avropa Oyunlarına dəstəyini ifadə edən fotoşəkillərin nümayiş etdirilməsi məqsədi ilə keçirilir.
Fotoşəkillərdə “SABAH-ın könüllüsü”nün tələbə həyatı, könüllülük fəaliyəti və Avropa Oyunlarının onlara təsiri öz əksini tapır. Həmçinin, fotoşəkillərdə tələbələrin fəaliyyəti ilə yanaşı “Bakı 2015” 1-ci Avropa Oyunlarının rəmzləri, oyunların əhatə etdiyi idman növləri təsvir olunub.
Sərgidə nümayiş olunan fotoşəkillər “SABAH-ın könüllüsü” proqramı çərçivəsində SABAH qruplarının Facebook səhifəsində təşkil olunan “SABAH Foto” müsabiqəsinə təqdim olunub. Sərgidə nümayiş olunan fotoşəkilləri SABAH qruplarının rəsmi Facebook səhifəsinə (www.facebook.com/sabah.edu.gov.az) daxil olmaqla nəzərdən keçirmək mümkündür. Müsabiqənin qalibləri “Bakı 2015” 1-ci Avropa Oyunlarının açılış mərasiminə bilet əldə edəcək və xüsusi hədiyyə paketi ilə mükafatlandırılacaq.
Məlumat üçün qeyd edək ki, “SABAH-ın könüllüsü” proqramı SABAH qruplarının tələbələrinin, akademik təhsildən ayrılmadan könüllü fəaliyyətə cəlb olunmaqla, onların sosial aktivliyini artırmaq və alınmış biliklərin praktikada tətbiq edilməsini, eləcə də tələbələrin idarəçilik bacarıqlarının və liderlik potensialının inkişaf etdirilməsi məqsədi ilə fəaliyyət göstərir. SABAH qrupları ali təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində Savadlı, Bacarıqlı və Hazırlıqlı tələbələrdən təşkil olunub. Hazırda SABAH qrupları 7 ali təhsil müəssisəsində (Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universiteti) 34 ixtisas üzrə 755 tələbəni əhatə edir.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl