• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Mayın 23-də Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan-Amerika Ticarət Palatası, “British Amerikan Tobakko” şirkətinin birgə təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə Heydər Əliyev Mərkəzində “Gənc mütəxəssis” adlı əmək yarmarkası keçiriləcək.

Əmək yarmarkası müxtəlif universitetlərdə təhsil alan istedadlı tələbələrin respublikamızın aparıcı şirkətlərində təcrübə keçmələri və onların işlə təmin olunma imkanlarının genişləndirilməsi məqsədilə təşkil olunub.
Qeyd edək ki, yarmarkada iştirak edəcək tələbələrin qeydiyyatı mayın 1-də başa çatıb. Əmək yarmarkasında iştirak etmək üçün Respublikanın 41 ali təhsil müəssisəsindən 2 700 nəfərdən artıq məzun, işəgötürən qismində isə 60-a yaxın beynəlxalq və yerli şirkət qeydiyyatdan keçib.
Hər il keçirilməsi nəzərdə tutulan əmək yarmarkasının özəlliyi ondadır ki, yarmarkadan əvvəl şirkətlər namizədlər haqqında ətraflı məlumatlandırılır və əmək yarmarkası günü namizədlər konkret şirkət nümayəndələri ilə görüşür. Belə ki, tələbələr üçün qeydiyyat başa çatdıqdan sonra işəgötürən şirkətlər həmin tələbələrin məlumatları ilə tanış olaraq, uyğun gələn namizədləri əmək yarmarkası günü görüşə dəvət edirlər.
Qeydiyyatdan keçmiş tələbələrin nəzərinə çatdırırıq ki, dəvət məktubu qeydiyyat zamanı göstərdikləri elektron poçt ünvanına göndəriləcəkdir. Müvafiq şirkətlər tərəfindən müsahibəyə dəvət edilmiş namizədlərdən əmək yarmarkası günü Heydər Əliyev Mərkəzinə (şəxsiyyəti təsdiq edən sənədlə) gəlmələri xahiş olunur.


10 il əvvəl