• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyi "Bakı-2015" I Avropa Oyunlarının Proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi idman tədbirlərini davam etdirir.

Bu tədbirlər çərçivəsində Gəncə şəhərində stolüstü tennis üzrə zona yarışı keçirilib.
Gəncə Olimpiya İdman Kompleksində keçirilən məktəblilər arasında stolüstü tennis üzrə zona yarışında Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Goranboy, Bərdə rayonlarının, eləcə də Gəncə şəhərinin oğlan və qızlardan ibarət komandaları mübarizə aparıb. Tədbirin bədii hissəsində idmançılar, rəqs qrupları nümünəvi çıxışlar edib, musiqili konsert təşkil olunub.
Komanda hesabında qızlar arasında 1-ci və 3-cü yerləri Gəncə şəhərinin, 2-ci yeri Samux rayonunun, oğlanlar arasında isə 1-ci yeri Gəncə şəhərinin, 2-ci yeri Samux, 3-cü yeri Daşkəsən rayonunun komandaları tutub.
Daha bir idman yarışı "Təhsil" Respublika İdman Mərkəzinin Gəncə filialının bazasında baş tutub. Atletika idman növü üzrə zona yarışında Tovuz, Şəmkir, Qazax, Gədəbəy, Goranboy, Göygöl, Samux, Bərdə, Daşkəsən rayonlarını və Gəncə şəhərini təmsil edən 100 nəfərdən artıq idmançı qüvvəsini sınayıb.
 Komanda hesabında 1-ci yeri Gəncə şəhərinin, 2-ci yeri Bərdə, 3-cü yeri isə Şəmkir rayonunun komandaları tutub.
Yarışların açılış mərasimlərində Təhsil Nazirliyinin, yerli icra orqanlarının və idman ictimaiyyətinin nümayəndələri iştirak edib.
Qaliblərə Təhsil Nazirliyinin diplom və medalları təqdim olunub.


10 il əvvəl