• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146), Kommutator xidmətinə daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2015-cü ilin aprel ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 7427 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 9 dəfə çox, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çox) və Kommutator xidmətinə 3300-ə yaxın zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 4279 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 524 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 1267 sənəd (442 ərizə, 713 məktub, 112 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlərdə daha çox təhsil sənədlərinin (diplomların) tanınması, ümumtəhsil məktəblərinin I siniflərinə qəbul, ümumtəhsil müəssisələrində şagirdlərin yerdəyişməsi, tələbələrin ali təhsil müəssisələrinə bərpası və köçürülməsi, müəllimlərin işə qəbulu ilə bağlı məsələlər əksini tapıb. Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin çərşənbə (1664 zəng) və cümə axşamı (1637 zəng) günləri, əsasən, saat 10:30-dan 12:00-dək və 14:00-dan 15:30-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin çərşənbə (962 müraciət) və çərşənbə axşamı (853 müraciət) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.

Cari ildə Azərbaycanda bütün orta məktəblərin vahid mərkəzdən İnternetə qoşulmasını təmin edəcək Məlumat və Resurs Mərkəzi yaradılacaq.

Mərkəzin açılışı bu ilin mart ayına planlaşdırılır. Mərkəz Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2008-ci il tarixli Sərəncamına əsasən təsdiq olunmuş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində təşkil edilir. Dövlət Proqramına əsasən Məlumat və Resurs Mərkəzlərində Şəbəkə İdarəetmə Mərkəzi (ŞİM) yaradılmalı, elektron məktəb idarəetmə sisteminin istifadəsi sahəsində ölkəmizin ən qabaqcıl məktəblərində pilot layihələr həyata keçirilməlidir. Proqrama uyğun olaraq təhsil portalı yaradılması, fənlər üzrə müasir elektron elmi-metodiki vəsaitlər kompleksindən istifadə olunması və yayılması, elektron təhsil resurslar bazasının hazırlanması və təhsil bazasına inteqrasiya edilməsi nəzərdə tutulub. Artıq bu sahədə müvafiq işlər aparılır. Onu da qeyd edək ki, təhsil sisteminin inzibati idarəetmə, pedaqoji və texniki heyətinin İKT savadlılığının artırılması üçün treninq, eləcə də digər kompleks tədbirlərin həyata keçirilməsi, kompüter Şəbəkələrinin Təhlükəsizlik Xidməti üzrə mütəxəssislərin hazırlanması və müxtəlif treninq proqramlarında iştirakına 2008-ci ilin noyabrından başlanmışdır. Həyata keçirilən layihələrdən biri də Elektron Məktəb Layihəsidir. Layihənin icrasına 2008-ci ilin sonundan etibarən Bakı şəhərində seçilmiş 10 qabaqcıl məktəbdə başlamışdır. Layihə çərçivəsində məktəblər üçün əlavə noutbuk, proyektor dəstləri və elektron lövhələr alınmışdır. Cari ildə məlumat və resurs mərkəzləri ilə bağlantı yarada bilmələrini təmin etmək üçün həmin məktəblər xüsusi proqram təminatı və elektron dərslərlə təmin olunacaq. Hazırda məktəblərdə yüksək sürətli internet, internet bağlantısı vasitəsi ilə video görüntünü təmin edən fibro-optik kabel çəkilməkdədir, həmçinin mart ayında məktəblərdə İP-telefoniya xidməti də quraşdırılacaq. Beləliklə, bu məktəblər həm Bakı şəhər Baş Təhsil İdarəsi, həm Təhsil Nazirliyi, eləcə də Məlumat Resurs Mərkəzləri ilə video bağlantılar yarada biləcəklər.

"Bakı-2015" I Avropa Oyunlarının Proqramına daxil edilmliş idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunan zona yarışları davam edir.

Təhsil Nazirliyinin təşkil etdiyi kütləvi idman tədbirləri çərçivəsində İsmayıllı rayonunda basketbol idman növü üzrə zona yarışı keçirilib. İsmayıllı Olimpiya İdman Kompleksində baş tutan zona yarışında 9 rayonun komandası birincilik uğrunda mübarizə aparıb. Komanda hesabında 1-ci yeri Şəki, 2-ci yeri Oğuz, 3-cü yeri Zaqatala rayonunun komandaları tutub. Daha bir idman yarışı Gəncə Olimpiya İdman Kompleksində keçirilib. Burada məktəblilər arasında cüdo üzrə zona yarışı baş tutub. Yarışda Samux, Ağdam, Goranboy, Yevlax, Bərdə, Şəmkir və Gəncənin 150 cüdoçusu 7 çəki dərəcəsində mübarizə aparıb. Komanda hesabında Gəncə cüdoçuları birinci, Yevlax təmsilçiləri ikinci, Şəmkirlilər üçüncü nəticə göstəriblər. Balakən rayonunda boks idman növü üzrə zona yarışı keçirilib. Balakən Olimpiya İdman Kompleksində keçirilmiş yarışda Balakən, Zaqatala, Şəki, Ağdaş, Qəbələ və Göyçay rayonlarının boksçuları mübarizə aparıblar. Komanda hesabında 1-ci yeri Balakən, 2-ci yeri Şəki, 3-cü yeri Zaqatala rayonunun komandaları tutub. Salyan rayonunda isə stolüstü tennis idman növü üzrə zona yarışları davam etdirilib. Salyan Olimpiya İdman Kompleksində keçirilmiş yarışda 100-dən çox idmançı mübarizə aparıb. Komanda hesabında oğlanlar arasında 1-ci yeri Salyan, 2-ci yeri Lənkəran, 3-cü yeri Masallı, qızlar arasında 1-ci və 2-ci yerləri Salyan, 3-cü yeri Masallı rayonunun komandaları tutub. Lənkəran şəhərində isə çimərlik futbolu idman növü üzrə zona yarışlarına start verilib. “Qafqaz” otelinin meydançasında təşkil olunmuş yarışda 6 rayonun komandası mübarizə aparıb. Yarışın nəticələrinə əsasən 1-ci yeri Lənkəran, 2-ci yeri Astara, 3-cü yeri Cəlilabad rayonunun komandaları tutub. Yarışların açılış mərasimlərində Təhsil Nazirliyinin, yerli icra orqanlarının və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Qaliblər Təhsil Nazirliyinin diplom və medalları ilə mükafatlandırılıb. Qeyd edək ki, bu yarışlar “Bakı 2015” I Avropa Oyunlarının proqramına daxil olan 14 idman növü üzrə (velosiped, voleybol, stolüstü tennis, taekvando, karate, güləş, çimərlik futbolu, cüdo, boks, basketbol, badminton, atletika, akrobatika və bədii gimnastika) keçirilir.

Mayın 4-də təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən idman məktəblərindən I Avropa Oyunlarında iştirak edəcək idmançı və məşqçilərlə görüşüb.

Görüş iştirakçılarını salamlayan təhsil naziri Mikayıl Cabbarov ölkəmizdə müasir təhsil sisteminin qurulması sahəsində əsas strateji istiqamətləri müəyyən edən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilin keyfiyyətinin yüksəldilməsi və bu sahədə uğurlu nəticələrin əldə olunmasında təhsilalanların sağlamlığının mühafizəsi, istedadının, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi məsələlərinə xüsusi önəm verildiyini bildirib. Nazir qeyd edib ki, bu baxımdan məktəbdənkənar təhsil müəssisələrində məşğul olan uşaq və gənclərin fziki cəhətdən sağlam böyümələri, yaradıcılıqlarının inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkili üçün əlverişli mühitin yaradılması, təhsil aldıqları müddətdə onların fiziki-psixoloji sağlamlığının qorunmasına yönəlmiş pedaqoji texnologiyaların tətbiqi olduqca əhəmiyyətlidir. Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin uğurlarından söhbət açan nazir ötən il idman və şahmat məktəbləri yetirmələrinin respublika səviyyyəli yarışlarda 1604 medal, beynəlxalq yarışlarda 390 medal (116-sı qızıl, 118-i gümüş, 156-sı bürünc), ümumilikdə 1994 medal qazandığını nəzərə çatdırıb. I Avropa Oyunları ərəfəsində ölkəmizdə aparılan təşviqat kompaniyası çərçivəsində Təhsil Nazirliyi tərəfindən təşkil olunan kütləvi idman tədbirlərinə diqqət çəkən Mikayıl Cabbarov bildirib ki, müvafiq yarışlar ilk Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliği, məktəblilərin sağlam həyat tərzinə cəlb olunması, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində bədən tərbiyəsinin və idmanın rolunun artırılması məqsədilə keçirilib. Təsadüfi deyil ki, I Avropa Oyunlarında ölkəmizi təmsil edəcək idmançılardan 24 nəfəri Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələri və həmin məktəblərdə çalışan məşqçi-müəllimlərdir. Onlar 7 idman növü üzrə (atletika, akrobatika gimnastikası,badminton, qılıncoynatma, sambo, sərbəst güləş, stolüstü tennis) mübarizə aparacaqlar. Azərbaycanda olimpiya hərəkatının müstəqillik illərində təşəkkül tapdığını vurğulayan təhsil naziri ümummilli lider Heydər Əliyev tərəfindən idmanın inkişafına xidmət edən dövlət siyasətinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, olimpiya hərəkatının daha da genişləndiyini nəzərə çatdırıb. Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən idman məktəblərindən I Avropa Oyunlarında iştirak edəcək idmançılara uğurlar arzulayan nazir deyib ki, layiqli çıxış əvvəlki göstəricilərdən daha yaxşı nəticələr əldə etməkdir. I Avropa Oyunlarında iştirak edəcək idmançı və məşqçilər görüşə və göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə edib, qarşıdan gələn möhtəşəm idman qarşılaşmalarında doğma divarlar amilinin onları ölkəmizi layiqincə təmsil etməyə ruhlandıracağını bildiriblər. Sonda təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən idman məktəblərindən I Avropa Oyunlarında iştirak edəcək idmançı və məşqçilərə qol saatı hədiyyə edib və onlarla xatirə şəkli çəkdirib.

Təhsil naziri Mikayıl Cabbarov “Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə” əmr imzalayıb.

Əmrə əsasən, “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu Qaydaları” təsdiq edilib.       “Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə” Azərbaycan Respublikası təhsil nazirinin əmri “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu Qaydaları”

Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu Qaydaları

Mayın 4-də Təhsil Nazirliyinin təşəbbüsü ilə “Ankara məktəbi” məktəb-liseyi və Bakı Avropa liseyinə mediatur təşkil olunub.

10-dək KİV təmsilçisinin iştirak etdiyi mediaturda jurnalistlər ümumtəhsil məktəblərinə təqdim olunan müasir laboratoriya avadanlıqları ilə tanış olub və bu avadanlıqların köməyi ilə keçirilən fizika, kimya və biologiya dərslərini izləyiblər. Qeyd edək ki, ümumtəhsil məktəblərində mövcud laboratoriyaların müasirləşdirilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən 50 tədris ocağına müxtəlif avadanlıqlar paylanılıb. Bu məktəblərə 2 ədəd mobil araba, 16 ədəd “Biochem” və 16 ədəd “Physio” labdiskləri, 2 ədəd planşet verilib. Bunlardan 31-i Bakı şəhəri üzrə, 9-u isə Sumqayıt, Abşeron, Göygöl, Mingəçevir və Gəncə üzrə məktəb və liseylərə paylanıb. Bununla yanaşı aprel ayının 20-dən etibarən həmin məktəblərdə biologiya, kimya və fizika fənlərini tədris edən müəllimlərə yerli təlimçilər tərəfindən 5 günlük təlimlər təşkil olunub. Təlimlərin may ayının sonunadək yekunlaşması nəzərdə tutulur. “BioChem” və “PhysioGuide” adlanan bu cihazların köməkliyi ilə şagirdlər əldə etdikləri nəzəri bilikləri real müşahidəyə çevirmək imkanı qazanıblar. “Edumedia-Azərbaycan” şirkəti bu cihazlardan ən yüksək səviyyədə istifadəni təmin etmək üçün “Globisens” şirkətinin yüksək səviyyəli mütəxəssislərini Azərbaycana dəvət edərək 25 nəfərdən ibarət müəllim heyətinə 3 günlük təlimçi təlimi təşkil edib. Təlimlərdə müəllimlər həm Labdisc cihazı, həm də proqram təminatı ilə tanış olub, onlardan istifadə qaydalarını mənimsəyiblər. Həmçinin, müəllimlər bu cihaz və proqram təminatı vasitəsilə bir sıra təcrübələri həyata keçiriblər. Jurnalistlər yeni avadanlıqların üstünlüklərini müşahidə edib və şagirdlərin apardıqları təcrübələri izləyiblər.

Təhsil Nazirliyinin dəstəyilə “Microsoft Azərbaycan” şirkəti Azərbaycanda “İnnovativ Müəllimlər” müsabiqəsini keçirir. Müsabiqə “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"na və Təhsil Nazirliyinin “Microsoft” korporasiyası ilə təhsil sahəsində uzunmüddətli əməkdaşlığına uyğun olaraq keçirilir.

Müsabiqənin məqsədi orta məktəblərin tədris prosesində ən yaxşı innovasiya üsullarını tətbiq edən müəllimlərin seçilməsindən ibarətdir. Müsabiqə iki nominasiya üzrə keçiriləcək: “Məzmunda innovasiyalar" və “Tərəfdaşlıqda innovasiyalar". “Məzmunda innovasiyalar” nominasiyası innovasiya yanaşmasının və informasiya texnologiyalarının yardımı ilə məktəbin dərs proqramını daha səmərəli şəkildə tədris etməyə imkan verən ən yaxşı təhsil layihələrinin müəyyən edilməsi üzrə aparılacaq. “Tərəfdaşlıqda innovasiyalar” nominasiyası müəllim, şagird, məktəb, valideyn və s. kimi müxtəlif qrupları daha effektiv şəkildə cəlb edən tədris layihəsini müəyyənləşdirəcək. Müsabiqə iki mərhələdən ibarət olacaq. İlkin mərhələdə hər bir iştirakçı peşəkar minsiflər heyətinin qiymətləndirəcəyi layihənin təsvirini təqdim etməlidir. İkinci mərhələdə finalçılar öz layihələrinin təqdimatlarını keçirəcəklər. Finalçılar arasında müsabiqənin iki nominasiyası üzrə qaliblər həm pedaqoji, həm də valideynlərdən ibarət münsiflər heyəti tərəfindən birinci, ikinci və üçüncü yerlər olmaqla müəyyənləşdiriləcək. Layihələrin qəbulu 31 yanvar tarixində başa çatacaq. Müsabiqədə iştirak etmək üçün http://itn-az.spaces.live.com saytındakı anketi və layihə planını doldurmaq, itn-az@live.com ünvanına göndərmək lazımdır. Müsabiqənin qalibləri Vyanada təşkil olunacaq Avropa innovativ müəllimlər forumunda iştirak edəcəklər.

"Bakı-2015" I Avropa Oyunlarının Proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunan kütləvi idman tədbirləri çərçivəsində Masallı rayonunda növbəti zona yarışı keçirilib.

Masallı Olimpiya İdman Kompleksində keçirilən güləş üzrə məktəblilərarası zona yarışında 6 rayonun komandası birincilik uğrunda mübarizə aparıb. Sərbəst və yunan-roma güləş növü üzrə qalib adı uğrunda mübarizəyə 100 nəfərə yaxın idmançı qatılıb. Komanda hesabında idmanın sərbəst güləş növü üzrə 1-ci yeri Masallı, 2-ci yeri Lənkəran, 3-cü yeri Astara, yunan-roma güləş növü üzrə isə 1-ci yeri Lənkəran, 2-ci yeri Masallı, 3-cü yeri Astara rayonunun komandaları tutub. Daha bir idman yarışı Masallı rayonunda yerləşən Regional Taekvondo Mərkəzində baş tutub. Burada Masallı, Lənkəran, Astara, Yardımlı, Lerik, Cəlilabad və Biləsuvar rayonunu təmsil edən 100 nəfərə yaxın qız və oğlan taekvondoçu qüvvəsini sınayıb.  Komanda hesabında 1-ci yeri Masallı, 2-ci yeri Lənkəran, 3-cü yeri Lerik rayonunun komandaları tutub. Yarışların açılış mərasimlərində Təhsil Nazirliyinin, yerli icra orqanlarının və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Yarışların qalibləri Təhsil Nazirliyinin diplom və medalları ilə mükafatlandırılıb.

Bu ilin aprelində məktəblilər arasında “Gənc kompüter istedadları” respublika müsabiqəsi keçiriləcək.

Bu məqsədlə münsiflər heyətinin tərkibi də təsdiq edilib. ]Müsabiqədə iştirak etmək istəyənlər itproject@ist.edu.gov.az ünvanında 1 mart 2009-cu il tarixinədək qeydiyyatdan keçməlidirlər. Layihələrin qəbulu aprelin 6-dək Z.Əliyeva adına məktəbdə aparılacaq. Müsabiqənin finalı 18-19 aprel tarixlərində Bakı şəhərində keçiriləcək.  Qeyd edək ki, ən yaxşı layihələrin təhsil portalında yerləşdirilməsi, onların disk şəklində çoxaldılaraq məktəblərə paylanması nəzərdə tutulur.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı