SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“SABAH-ın könüllüsü” tərəfindən ali təhsil müəssisələrində “Bakı 2015” Birinci Avropa Oyunlarına dəstək tədbirləri həyata keçirilib.
“SABAH Könüllü Həftəsi” çərçivəsində həyata keçirilən tədbirlər SABAH qruplarının fəaliyyət göstərdiyi 7 ali təhsil müəssisəsinin 200-ə yaxın tələbəsini əhatə edib.
“SABAH-ın könüllüsü”nün ideyaları əsasında təşkil olunmuş idman tədbirləri, intellektual yarışlar və müsabiqələr akademik təhsildən ayrılmadan tələbələrin asudə vaxtının səmərəli təşkilinə, təşkilatçılıq və idarəçilik bacarığının, eləcə də yaradıcı təfəkkürünün inkişafına imkan verir.
“SABAH Könüllü Həftəsi” çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində voleybol çempionatı, Azərbaycan Memarlıq və İnşaat Universitetində futbol çempionatı və rəsm sərgisi, Azərbaycan Texniki Universitetində futbol çempionatı və veloyürüş, Azərbaycan Dövlət Neft Akademiyasında futbol çempionatı və “Breyn Rinq” yarışması, Bakı Dövlət Universitetində “SABAH-la istedadını tanı” müsabiqəsi, Azərbaycan Dillər Universitetində liderlik təlimi, Azərbaycan Dövlət İqtisad Universitetində “Mafiya” oyunu keçirilib.
Məlumat üçün qeyd edək ki, SABAH qrupları ali təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində Savadlı, Bacarıqlı və Hazırlıqlı tələbələrdən təşkil olunub. Hazırda SABAH qrupları 7 ali təhsil müəssisəsində (Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universiteti) 34 ixtisas üzrə 755 tələbəni əhatə edir.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl