• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən idman məktəblərindən I Avropa Oyunlarında iştirak edəcək idmançıların təqdimatını davam etdiririk.

I Avropa Oyunlarında ölkəmizi təmsil edəcək idmançılardan 24 nəfəri Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələri və həmin məktəblərdə çalışan məşqçi-müəllimlərdir. Onlar 7 idman növü üzrə (atletika, akrobatika gimnastikası, badminton, qılıncoynatma, sambo, sərbəst güləş, stolüstü tennis) mübarizə aparacaqlar.

Rasim Babayev “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Mərkəzinin yetirməsidir. İdmanın lövhə atma növü üzrə ikiqat Azərbaycan çempionu, yadro itələmək üzrə Avropa Yeniyetmələrinin Olimpiya Festivalının iştirakçısı, yeniyetmələr arasında Azərbaycan rekordçusu olan R.Babayev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alır.

Aleksandra Biryukova Bakı şəhər 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Atletika Məktəbinin yetirməsidir. Azərbaycan çempionatının iştirakçılarından olan A.Biryukova idmanın hündürlüyə tullanma növü ilə məşğul olur.

Nərmin Ramazanova VIII sinif şagirdidir. Akrobatika gimnastikası ilə məşğul olan N.Ramazanova Respublika çempionatının qalibi, Minsk şəhərində keçirilmiş beynəlxalq turnirin bürünc mükafatçısı, Avropa çempionatının iştirakçısıdır. N.Ramazanova Təhsil Nazirliyinin İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin yetirməsidir.

Abdulla Həsənov Bakı şəhərı üzrə Təhsil İdarəsinin 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirməsidir. Qılıncoynatma idman növü ilə məşğul olan A.Həsənov Bakı və Azərbaycan çempionatlarının qalibi, Gürcüstanda keçirilmiş beynəlxalq turnirin bürünc mükafatçısıdır.

Amil Qasımov Gəncə 1 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin yetirməsidir. Gəncə Dövlət Universitetində təhsil alan A.Qasımov sambo üzrə kişilər arasında Avropa və dünya çempionudur.


10 il əvvəl