• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

"Bakı-2015" I Avropa Oyunlarının Proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunan kütləvi idman tədbirləri çərçivəsində Masallı rayonunda növbəti zona yarışı keçirilib.

Masallı Olimpiya İdman Kompleksində keçirilən güləş üzrə məktəblilərarası zona yarışında 6 rayonun komandası birincilik uğrunda mübarizə aparıb. Sərbəst və yunan-roma güləş növü üzrə qalib adı uğrunda mübarizəyə 100 nəfərə yaxın idmançı qatılıb.
Komanda hesabında idmanın sərbəst güləş növü üzrə 1-ci yeri Masallı, 2-ci yeri Lənkəran, 3-cü yeri Astara, yunan-roma güləş növü üzrə isə 1-ci yeri Lənkəran, 2-ci yeri Masallı, 3-cü yeri Astara rayonunun komandaları tutub.
Daha bir idman yarışı Masallı rayonunda yerləşən Regional Taekvondo Mərkəzində baş tutub. Burada Masallı, Lənkəran, Astara, Yardımlı, Lerik, Cəlilabad və Biləsuvar rayonunu təmsil edən 100 nəfərə yaxın qız və oğlan taekvondoçu qüvvəsini sınayıb.
 Komanda hesabında 1-ci yeri Masallı, 2-ci yeri Lənkəran, 3-cü yeri Lerik rayonunun komandaları tutub.
Yarışların açılış mərasimlərində Təhsil Nazirliyinin, yerli icra orqanlarının və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Yarışların qalibləri Təhsil Nazirliyinin diplom və medalları ilə mükafatlandırılıb.


10 il əvvəl