SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Mayın 4-də təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən idman məktəblərindən I Avropa Oyunlarında iştirak edəcək idmançı və məşqçilərlə görüşüb.
Görüş iştirakçılarını salamlayan təhsil naziri Mikayıl Cabbarov ölkəmizdə müasir təhsil sisteminin qurulması sahəsində əsas strateji istiqamətləri müəyyən edən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilin keyfiyyətinin yüksəldilməsi və bu sahədə uğurlu nəticələrin əldə olunmasında təhsilalanların sağlamlığının mühafizəsi, istedadının, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi məsələlərinə xüsusi önəm verildiyini bildirib. Nazir qeyd edib ki, bu baxımdan məktəbdənkənar təhsil müəssisələrində məşğul olan uşaq və gənclərin fziki cəhətdən sağlam böyümələri, yaradıcılıqlarının inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkili üçün əlverişli mühitin yaradılması, təhsil aldıqları müddətdə onların fiziki-psixoloji sağlamlığının qorunmasına yönəlmiş pedaqoji texnologiyaların tətbiqi olduqca əhəmiyyətlidir.
Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin uğurlarından söhbət açan nazir ötən il idman və şahmat məktəbləri yetirmələrinin respublika səviyyyəli yarışlarda 1604 medal, beynəlxalq yarışlarda 390 medal (116-sı qızıl, 118-i gümüş, 156-sı bürünc), ümumilikdə 1994 medal qazandığını nəzərə çatdırıb.
I Avropa Oyunları ərəfəsində ölkəmizdə aparılan təşviqat kompaniyası çərçivəsində Təhsil Nazirliyi tərəfindən təşkil olunan kütləvi idman tədbirlərinə diqqət çəkən Mikayıl Cabbarov bildirib ki, müvafiq yarışlar ilk Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliği, məktəblilərin sağlam həyat tərzinə cəlb olunması, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində bədən tərbiyəsinin və idmanın rolunun artırılması məqsədilə keçirilib. Təsadüfi deyil ki, I Avropa Oyunlarında ölkəmizi təmsil edəcək idmançılardan 24 nəfəri Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələri və həmin məktəblərdə çalışan məşqçi-müəllimlərdir. Onlar 7 idman növü üzrə (atletika, akrobatika gimnastikası,badminton, qılıncoynatma, sambo, sərbəst güləş, stolüstü tennis) mübarizə aparacaqlar.
Azərbaycanda olimpiya hərəkatının müstəqillik illərində təşəkkül tapdığını vurğulayan təhsil naziri ümummilli lider Heydər Əliyev tərəfindən idmanın inkişafına xidmət edən dövlət siyasətinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, olimpiya hərəkatının daha da genişləndiyini nəzərə çatdırıb. Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən idman məktəblərindən I Avropa Oyunlarında iştirak edəcək idmançılara uğurlar arzulayan nazir deyib ki, layiqli çıxış əvvəlki göstəricilərdən daha yaxşı nəticələr əldə etməkdir.
I Avropa Oyunlarında iştirak edəcək idmançı və məşqçilər görüşə və göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə edib, qarşıdan gələn möhtəşəm idman qarşılaşmalarında doğma divarlar amilinin onları ölkəmizi layiqincə təmsil etməyə ruhlandıracağını bildiriblər.
Sonda təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən idman məktəblərindən I Avropa Oyunlarında iştirak edəcək idmançı və məşqçilərə qol saatı hədiyyə edib və onlarla xatirə şəkli çəkdirib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl