SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Mayın 4-də Təhsil Nazirliyinin təşəbbüsü ilə “Ankara məktəbi” məktəb-liseyi və Bakı Avropa liseyinə mediatur təşkil olunub.
10-dək KİV təmsilçisinin iştirak etdiyi mediaturda jurnalistlər ümumtəhsil məktəblərinə təqdim olunan müasir laboratoriya avadanlıqları ilə tanış olub və bu avadanlıqların köməyi ilə keçirilən fizika, kimya və biologiya dərslərini izləyiblər.
Qeyd edək ki, ümumtəhsil məktəblərində mövcud laboratoriyaların müasirləşdirilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən 50 tədris ocağına müxtəlif avadanlıqlar paylanılıb. Bu məktəblərə 2 ədəd mobil araba, 16 ədəd “Biochem” və 16 ədəd “Physio” labdiskləri, 2 ədəd planşet verilib. Bunlardan 31-i Bakı şəhəri üzrə, 9-u isə Sumqayıt, Abşeron, Göygöl, Mingəçevir və Gəncə üzrə məktəb və liseylərə paylanıb. Bununla yanaşı aprel ayının 20-dən etibarən həmin məktəblərdə biologiya, kimya və fizika fənlərini tədris edən müəllimlərə yerli təlimçilər tərəfindən 5 günlük təlimlər təşkil olunub. Təlimlərin may ayının sonunadək yekunlaşması nəzərdə tutulur.
“BioChem” və “PhysioGuide” adlanan bu cihazların köməkliyi ilə şagirdlər əldə etdikləri nəzəri bilikləri real müşahidəyə çevirmək imkanı qazanıblar.
“Edumedia-Azərbaycan” şirkəti bu cihazlardan ən yüksək səviyyədə istifadəni təmin etmək üçün “Globisens” şirkətinin yüksək səviyyəli mütəxəssislərini Azərbaycana dəvət edərək 25 nəfərdən ibarət müəllim heyətinə 3 günlük təlimçi təlimi təşkil edib. Təlimlərdə müəllimlər həm Labdisc cihazı, həm də proqram təminatı ilə tanış olub, onlardan istifadə qaydalarını mənimsəyiblər. Həmçinin, müəllimlər bu cihaz və proqram təminatı vasitəsilə bir sıra təcrübələri həyata keçiriblər.
Jurnalistlər yeni avadanlıqların üstünlüklərini müşahidə edib və şagirdlərin apardıqları təcrübələri izləyiblər.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl