SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Aprelin 28-də Bakıda stolüstü tennis üzrə məktəblilərarası zona yarışının açılış mərasimi keçirilib.
Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov, məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri və idman ictimaiyyətinin nümayəndələri iştirak edib. Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov zona yarışları barədə məlumat verib. F.Qurbanov bildirib ki, Təhsil Nazirliyi I Avropa Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, məktəbliləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında bədən tərbiyəsinin və idmanın rolunu artırmaq məqsədilə ölkəmizin bütün bölgələrini əhatə edən zona yarışları keçirir. “Bakı 2015” I Avropa Oyunlarının proqramına daxil olan 14 idman növü üzrə təşkil olunan yarışlar mayın sonunadək davam edəcək və bu yarışlarda 6 min nəfərdən çox şagirdin iştirakı gözlənilir. Aprelin 21-də start verilən zona yarışları çərçivəsində indiyədək 10-dan çox bölgədə belə kütləvi idman tədbirinin keçirildiyini xatırladan nazir müavini məktəblilərin fəallığını yüksək qiymətləndirib. Nazir müavini qeyd edib ki, məktəblilər arasında bütün ölkəni əhatə edən belə kütləvi idman tədbiri ilk dəfədir keçirilir. Yarışlar şagirdləri idmana həvəsləndirməklə yanaşı, məktəblilər arasında əlaqələrin genişlənməsinə və müntəzəm idman turnirlərinin keçirilməsinə şərait yaradır. Rəsmi mərasimdən sonra yarışa start verilib. Qeyd edək ki, zona yarışına qatılmış 12 komandanın tərkibi 2001-ci il təvəllüdlü və daha kiçik 4 oğlan və 4 qızdan ibarətdir. Beynəlxalq Stolüstü Tennis Federasiyasının qaydalarına uyğun olaraq, keçirilən yarışda 100-ə yaxın tennisçi mübarizə aparır. Bakı şəhərində start verilən tennis üzrə zona yarışı mayın 1-dən 3-dək Salyanda, 5-dən 7-dək Gəncədə, 13-dən 15-dək Şirvanda, 17-dən 19-dək Sumqayıtda, 21-dən 23-dək Şəkidə davam etdiriləcək. Qaliblər Təhsil Nazirliyi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
08/07/2015 16:52
“SABAH-ın könüllüsü” proqramı çərçivəsində Təhsil Nazirliyi tərəfindən SABAH qruplarında təhsil alan könüllülər üçün təşkil olunmuş həvəskar videoçarx müsabiqəsi başa çatıb.
“SABAH LIVE” adlanan müsabiqə SABAH qruplarının Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi vasitəsilə keçirilib. Müsabiqə “SABAH-ın könüllüsü”nün fəaliyyətinin və könüllülərin yaradıcılığının nümayiş olunması məqsədilə təşkil olunub. Birinci Avropa Oyunlarına dəstək olaraq keçirilən müsabiqənin qalibi 2 mərhələdə həyata keçirilən seçimlər vasitəsilə müəyyən olunub. Birinci mərhələdə könüllülər tərəfindən hazırlanmış “SABAH-ın könüllüsü”nün “Bakı 2015” Birinci Avropa Oyunlarına dəstəyini ifadə edən 12 həvəskar videoçarx SABAH qruplarının rəsmi Facebook səhifəsində yerləşdirilib. 5 gün ərzində davam edən müsabiqənin birinci mərhələsində təqdim olunmuş həvəskar videoçarxlar 3100 dəfədən çox bəyənilib (like) və 11 600-dən çox baxış (view) olub. Ən çox bəyənilən və izlənilən 5 videoçarx müsiflər heyətinə təqdim olunub. 7 ali təhsil müəsisəsini təmsil edən müsiflər heyətinin qərarı ilə 422 Facebook istifadəçisi tərəfindən bəyənilən və 1000-dən artıq baxış sayı toplayan Ramal Vəliyevin müəllifliyi ilə hazırlanmış həvəskar videoçarx (video çarxı izləmək üçün: http://goo.gl/eFLKPD) “SABAH LIVE”nin qalibi olub. Müsabiqənin qalibi “SABAH-ın könüllüsü” tərəfindən təşkil olunacaq “Könüllü şəhərciyi”ndə “Bakı 2015” Birinci Avropa Oyunlarının açılış mərasiminə bilet ilə mükafatlandırılacaq. Məlumat üçün qeyd edək ki, “SABAH-ın könüllüsü” proqramı SABAH qruplarının tələbələrinin, akademik təhsildən ayrılmadan, könüllü fəaliyyətə cəlb olunmaqla, sosial aktivliyini artırmaq və alınmış biliklərin praktikada tətbiq edilməsini, eləcə də tələbələrin idarəçilik bacarıqlarının və liderlik potensialının inkişaf etdirilməsi məqsədilə fəaliyyət göstərir. SABAH qrupları ali təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəsisələrində Savadlı, Bacarıqlı və Hazırlıqlı tələbələrdən təşkil olunub. Hazırda SABAH qrupları 7 ali təhsil müəsisəsində (Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universiteti) 34 ixtisas üzrə 755 tələbəni əhatə edir. http://goo.gl/eFLKPD
08/07/2015 16:52
I Avropa Oyunlarının proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi idman tədbirləri çərçivəsində Sumqayıt şəhərində basketbol üzrə zona yarışı keçirilib.
Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən zona yarışında Abşeron, Xaçmaz, Xızı, Quba rayonlarının və Sumqayıt şəhərinin komandaları iştirak edib. Yarışda 1-ci yeri Abşeron rayonunun, 2-ci və 3-cü yerləri isə Sumqayıt şəhərinin komandaları tutub. Daha bir idman yarışı Masallı Olimpiya İdman Kompleksində baş tutub. Burada məktəblilər arasında cüdo üzrə zona yarışı keçirilib. Yarışlarda Masallı, Şirvan, Salyan, Lənkəran və Yardımlı rayonlarının komandaları iştirak edib. Komanda hesabında 1-ci yeri Masallı, 2-ci yeri Şirvan, 3-cü yeri Salyan rayonunun komandaları tutub. Qaliblər Təhsil Nazirliyinin diplom və medalları ilə mükafatlandırılıb.
08/07/2015 16:52
Təhsil naziri Misir Mərdanov “20 Yanvar faciəsinin on doqquzuncu ildönümünün qeyd edilməsi barədə” əmr imzalayıb. Əmrə əsasən 20 Yanvar faciəsinin on doqquzuncu ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilib.
Tədbirlər planına müvafiq olaraq ali, orta ixtisas, texniki-peşə, ümumtəhsil, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrində yanvarın 14-dən 20-dək Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlər həyata keçirilməsi nəzərdə tutulur.
08/07/2015 16:52
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinə qəbul olunub təhsili müəyyən səbəblərdən yarımçıq qalmış şəxslərin arxivdə aşkar olunmuş attestatlarının Təhsil Nazirliyi tərəfindən qaytarılmasına başlanılır.
Həmin şəxslərin siyahısı Təhsil Nazirliyinin rəsmi saytında və Facebook səhifəsində yerləşdirilib. Qeyd olunan siyahıda adı olan şəxslər 4 may 2015-ci il tarixdən Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (146-1) zəng edərək, qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə (digər şəxslər etibarnamə əsasında) hər həftənin çərşənbə axşamı və çərşənbə günləri Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinə müraciət edərək, müvafiq sənədlərini geri ala bilərlər. Siyahı
08/07/2015 16:52
Aprelin 30-da Təhsil Nazirliyində növbəti mətbuat konfransı keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin Təhsil inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev, İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov, Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Həsən Həsənli iştirak ediblər. Konfransda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” üzrə müsabiqə, Məktəblilərin Fənn Olimpiadaları, SABAH qrupları üzrə imtahanlar, təhsil müəssisələrinin yeni avadanlıqlarla təchizatı, birinci sinfə elektron qəbul, ibtidai sinif müəllimlərinin iştirak etdiyi “Təməl” proqramı və elektron dərsliklər sahəsində yeni layihələr barədə məlumat verilib. Təhsil Nazirliyinin nümayəndələri jurnalistlərin çoxsaylı suallarını cavablandırıblar.
08/07/2015 16:52
Mayın 1-də Təhsil Nazirliyinin “Universitet kitabxanaları məktəblilərin gözü ilə” layihəsi çərçivəsində ümumi təhsil müəssisələri şagirdlərinin ADA Universitetinə səfəri təşkil olunub.
Layihənin əsas məqsədi şagirdlərdə ali məktəb kitabxanaları haqqında dolğun təsəvvürlərin formalaşdırılmasını və onlara əlavə biliklərin verilməsini təmin etmək, eləcə də məktəblilərin universitet kitabxanaları ilə yaxından tanış olmalarına əlverişli şərait yaratmaqdan ibarətdir. Layihə çərçivəsində Bakı şəhərindəki Heydər Əliyev adına Lisey, 132-134 nömrəli Təhsil Kompleksi, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi və Gənc İstedadlar Liseyinin hər birindən 8 nəfər IX – XI sinif şagirdi ADA Universitetinin kitabxanası ilə yaxından tanış olub. ADA Universiteti kitabxanasının dekanı Marta Spirz şagirdlərə rəhbərlik etdiyi kitabxana haqqında ətraflı məlumat verib, elektron və ənənəvi resurslardan istifadə imkanları barədə fikirlərini bildirib. Məktəblilər ADA Universitetinin kitabxanası haqqında təəssüratlarını qeyd edib və əvvəlcədən müəyyənləşdirilmiş meyarlar üzrə qiymətləndirmə aparıblar. Qeyd edək ki, layihə çərçivəsində ümumi təhsil müəssisələri şagirdlərinin 6 ali məktəb kitabxanasına səfəri nəzərdə tutulub. Layihənin yekununda ali təhsil müəssisələri kitabxanalarının imkanları və oxucu məmnunluğu baxımından şəraiti məktəblilər tərəfindən qiymətləndiriləcək, bu sahədə zəruri hesab edilən təkmilləşdirici təkliflər irəli sürüləcək. Həmçinin, şagirdlər ali təhsil müəssisələrinin kitabxanaları ilə tanışlıqdan sonra kitabxanaçılıq, informasiya mübadiləsi, kitabxanaların tarixi, kitabxana-biblioqrafiya işi haqqında əldə etdikləri məlumatları öz həmyaşıdları ilə bölüşə biləcəklər.
08/07/2015 16:52
Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilıik Mərkəzinin təşəbbüsü ilə Bakının Xəzər rayonunun ümumtəhsil məktəblərində ekologiyanın tədrisinin müasir metodikası üzrə açıq dərslər təşkil olunub.
Açıq dərslər Bakı şəhərindəki Şagirdlərin Ekoloji Tərbiyə və Təcrübəçilik mərkəzləri üzvlərinin, Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsi tələbələrinin iştirakı ilə keçirilib. Ümumtəhsil məktəblərinin təbiət fənləri (biologiya, kimya, coğrafiya) müəllimlərinin və 6-8-ci sinif şagirdlərinin iştirak etdiyi açıq dərslər Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin əməkdaşları tərəfindən xüsusi hazırlanmış əyani vəsaitlər, elektron təqdimatlar, metodiki materiallardan istifadə olunmaqla, interaktiv müzakirələr şəraitində keçirilib. Tədbirdə Xəzər rayonunun 30 ümumtəhsil məktəbindən 750 şagird ekologiyanın əsasları, qlobal ekoloji problemlər və ətraf mühitin mühafizəsi barədə məlumatlandırıblar.
08/07/2015 16:52
Təhsil Nazirliyinin I Avropa Oyunları ərəfəsində ölkəmizdə aparılan təşviqat kampaniyası çərçivəsində idmanın müxtəlif növləri üzrə təşkil etdiyi məktəblilərarası zona yarışları davam edir.
Bu tədbirlər çərçivəsində Hövsan Olimpiya İdman Kompleksində keçirilən güləş üzrə məktəblilərarası zona yarışı başa çatıb. Yarışda idmançılar sərbəst və yunan-roma güləş növü üzrə 10 çəki dərəcəsində mübarizə aparıblar. Qalib adı uğrunda mübarizəyə Bakı şəhərinin 13 rayonundan 130 idmançı qatılıb. Yarışın nəticələrinə əsasən, komanda hesabında 1-ci yeri Nərimanov, 2-ci yeri Nəsimi, 3-cü yeri Xəzər rayonunun komandaları tutub. Daha bir zona yarışı İsmayıllı rayonunda atletika idman növü üzrə təşkil olunub. İsmayıllı Olimpiya İdman Kompleksində keçirilən yarışda Balakən, Zaqatala, Qax, Qəbələ, Oğuz, İsmayıllı, Şamaxı və Göyçay rayonlarının komandaları mübarizə aparıb. 1-ci yeri Oğuz, 2-ci yeri İsmayıllı, 3-cü yeri isə Qəbələ rayonunun komandaları tutub. Oğuz rayonunda isə voleybol idman növü üzrə zona yarışı keçirilib. Olimpiya İdman Kompleksində təşkil olunan zona yarışında 1-ci yeri Balakən, 2-ci yeri Oğuz, 3-cü yeri isə Şəki rayonunun komandaları tutub. Gəncə şəhərində taekvondo idman növü üzrə zona yarışları davam etdirilib. Gəncə Olimpiya İdman Kompleksində keçirilən zona yarışında 18 şəhər və rayonu təmsil edən 170-ə yaxın qız və oğlan taekvondoçu qüvvəsini sınayıb. Komanda hesabında 1-ci yeri Gəncə şəhərinin, 2-ci yeri Göygöl, 3-cü yeri Tovuz rayonunun komandaları tutub. Qaliblər Təhsil Nazirliyinin diplom və medalları ilə mükafatlandırılıb. Qeyd edək ki, bu yarışlar “Bakı 2015” I Avropa Oyunlarının proqramına daxil olan 14 idman növü üzrə (velosiped, voleybol, stolüstü tennis, taekvando, karate, güləş, çimərlik futbolu, cüdo, boks, basketbol, badminton, atletika, akrobatika və bədii gimnastika) keçirilir.
08/07/2015 16:52
Mayın 9-da Təhsil Nazirliyi tabeliyindəki təhsil müəssisələrində iməcilik keçiriləcək.
Təhsil naziri Mikayıl Cabbarov faşizm üzərində qələbənin 70 illiyi və müstəqil Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar təhsil müəssisələrində iməcilik keçirilməsi məqsədilə rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə), Təhsil Nazirliyi tabeliyindəki ümumi təhsil müəssisələrinə ünvanlanmış telefonoqrama imzalayıb. Müəllim, şagird və texniki işçilərin iştirakı ilə keçiriləcək iməciliklərdə təhsil müəssisələri ərazisində, tədris ocaqları daxilində abadlıq, yaşıllıq, təmizlik işlərinin görülməsi nəzərdə tutulub.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı