• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

"Bakı-2015" I Avropa Oyunlarının Proqramına daxil edilmliş idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunan zona yarışları davam edir.

Təhsil Nazirliyinin təşkil etdiyi kütləvi idman tədbirləri çərçivəsində İsmayıllı rayonunda basketbol idman növü üzrə zona yarışı keçirilib. İsmayıllı Olimpiya İdman Kompleksində baş tutan zona yarışında 9 rayonun komandası birincilik uğrunda mübarizə aparıb. Komanda hesabında 1-ci yeri Şəki, 2-ci yeri Oğuz, 3-cü yeri Zaqatala rayonunun komandaları tutub.
Daha bir idman yarışı Gəncə Olimpiya İdman Kompleksində keçirilib. Burada məktəblilər arasında cüdo üzrə zona yarışı baş tutub. Yarışda Samux, Ağdam, Goranboy, Yevlax, Bərdə, Şəmkir və Gəncənin 150 cüdoçusu 7 çəki dərəcəsində mübarizə aparıb. Komanda hesabında Gəncə cüdoçuları birinci, Yevlax təmsilçiləri ikinci, Şəmkirlilər üçüncü nəticə göstəriblər.
Balakən rayonunda boks idman növü üzrə zona yarışı keçirilib. Balakən Olimpiya İdman Kompleksində keçirilmiş yarışda Balakən, Zaqatala, Şəki, Ağdaş, Qəbələ və Göyçay rayonlarının boksçuları mübarizə aparıblar. Komanda hesabında 1-ci yeri Balakən, 2-ci yeri Şəki, 3-cü yeri Zaqatala rayonunun komandaları tutub.
Salyan rayonunda isə stolüstü tennis idman növü üzrə zona yarışları davam etdirilib. Salyan Olimpiya İdman Kompleksində keçirilmiş yarışda 100-dən çox idmançı mübarizə aparıb. Komanda hesabında oğlanlar arasında 1-ci yeri Salyan, 2-ci yeri Lənkəran, 3-cü yeri Masallı, qızlar arasında 1-ci və 2-ci yerləri Salyan, 3-cü yeri Masallı rayonunun komandaları tutub.
Lənkəran şəhərində isə çimərlik futbolu idman növü üzrə zona yarışlarına start verilib. “Qafqaz” otelinin meydançasında təşkil olunmuş yarışda 6 rayonun komandası mübarizə aparıb. Yarışın nəticələrinə əsasən 1-ci yeri Lənkəran, 2-ci yeri Astara, 3-cü yeri Cəlilabad rayonunun komandaları tutub.
Yarışların açılış mərasimlərində Təhsil Nazirliyinin, yerli icra orqanlarının və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qaliblər Təhsil Nazirliyinin diplom və medalları ilə mükafatlandırılıb.
Qeyd edək ki, bu yarışlar “Bakı 2015” I Avropa Oyunlarının proqramına daxil olan 14 idman növü üzrə (velosiped, voleybol, stolüstü tennis, taekvando, karate, güləş, çimərlik futbolu, cüdo, boks, basketbol, badminton, atletika, akrobatika və bədii gimnastika) keçirilir.


10 il əvvəl