SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
I Avropa Oyunlarının proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi idman tədbirləri çərçivəsində Sumqayıt şəhərində basketbol üzrə zona yarışı keçirilib.
Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən zona yarışında Abşeron, Xaçmaz, Xızı, Quba rayonlarının və Sumqayıt şəhərinin komandaları iştirak edib. Yarışda 1-ci yeri Abşeron rayonunun, 2-ci və 3-cü yerləri isə Sumqayıt şəhərinin komandaları tutub.
Daha bir idman yarışı Masallı Olimpiya İdman Kompleksində baş tutub. Burada məktəblilər arasında cüdo üzrə zona yarışı keçirilib. Yarışlarda Masallı, Şirvan, Salyan, Lənkəran və Yardımlı rayonlarının komandaları iştirak edib. Komanda hesabında 1-ci yeri Masallı, 2-ci yeri Şirvan, 3-cü yeri Salyan rayonunun komandaları tutub.
Qaliblər Təhsil Nazirliyinin diplom və medalları ilə mükafatlandırılıb.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl