• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyinin I Avropa Oyunları ərəfəsində ölkəmizdə aparılan təşviqat kampaniyası çərçivəsində idmanın müxtəlif növləri üzrə təşkil etdiyi məktəblilərarası zona yarışları davam edir.

Bu tədbirlər çərçivəsində Hövsan Olimpiya İdman Kompleksində keçirilən güləş üzrə məktəblilərarası zona yarışı başa çatıb. Yarışda idmançılar sərbəst və yunan-roma güləş növü üzrə 10 çəki dərəcəsində mübarizə aparıblar. Qalib adı uğrunda mübarizəyə Bakı şəhərinin 13 rayonundan 130 idmançı qatılıb. Yarışın nəticələrinə əsasən, komanda hesabında 1-ci yeri Nərimanov, 2-ci yeri Nəsimi, 3-cü yeri Xəzər rayonunun komandaları tutub.
Daha bir zona yarışı İsmayıllı rayonunda atletika idman növü üzrə təşkil olunub. İsmayıllı Olimpiya İdman Kompleksində keçirilən yarışda Balakən, Zaqatala, Qax, Qəbələ, Oğuz, İsmayıllı, Şamaxı və Göyçay rayonlarının komandaları mübarizə aparıb. 1-ci yeri Oğuz, 2-ci yeri İsmayıllı, 3-cü yeri isə Qəbələ rayonunun komandaları tutub.
Oğuz rayonunda isə voleybol idman növü üzrə zona yarışı keçirilib. Olimpiya İdman Kompleksində təşkil olunan zona yarışında 1-ci yeri Balakən, 2-ci yeri Oğuz, 3-cü yeri isə Şəki rayonunun komandaları tutub.
Gəncə şəhərində taekvondo idman növü üzrə zona yarışları davam etdirilib. Gəncə Olimpiya İdman Kompleksində keçirilən zona yarışında 18 şəhər və rayonu təmsil edən 170-ə yaxın qız və oğlan taekvondoçu qüvvəsini sınayıb. Komanda hesabında 1-ci yeri Gəncə şəhərinin, 2-ci yeri Göygöl, 3-cü yeri Tovuz rayonunun komandaları tutub.
Qaliblər Təhsil Nazirliyinin diplom və medalları ilə mükafatlandırılıb.
Qeyd edək ki, bu yarışlar “Bakı 2015” I Avropa Oyunlarının proqramına daxil olan 14 idman növü üzrə (velosiped, voleybol, stolüstü tennis, taekvando, karate, güləş, çimərlik futbolu, cüdo, boks, basketbol, badminton, atletika, akrobatika və bədii gimnastika) keçirilir.


10 il əvvəl