SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Aprelin 28-də Bakıda stolüstü tennis üzrə məktəblilərarası zona yarışının açılış mərasimi keçirilib.
Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov, məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri və idman ictimaiyyətinin nümayəndələri iştirak edib.
Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov zona yarışları barədə məlumat verib. F.Qurbanov bildirib ki, Təhsil Nazirliyi I Avropa Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, məktəbliləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında bədən tərbiyəsinin və idmanın rolunu artırmaq məqsədilə ölkəmizin bütün bölgələrini əhatə edən zona yarışları keçirir. “Bakı 2015” I Avropa Oyunlarının proqramına daxil olan 14 idman növü üzrə təşkil olunan yarışlar mayın sonunadək davam edəcək və bu yarışlarda 6 min nəfərdən çox şagirdin iştirakı gözlənilir. Aprelin 21-də start verilən zona yarışları çərçivəsində indiyədək 10-dan çox bölgədə belə kütləvi idman tədbirinin keçirildiyini xatırladan nazir müavini məktəblilərin fəallığını yüksək qiymətləndirib.
Nazir müavini qeyd edib ki, məktəblilər arasında bütün ölkəni əhatə edən belə kütləvi idman tədbiri ilk dəfədir keçirilir. Yarışlar şagirdləri idmana həvəsləndirməklə yanaşı, məktəblilər arasında əlaqələrin genişlənməsinə və müntəzəm idman turnirlərinin keçirilməsinə şərait yaradır.
Rəsmi mərasimdən sonra yarışa start verilib.
Qeyd edək ki, zona yarışına qatılmış 12 komandanın tərkibi 2001-ci il təvəllüdlü və daha kiçik 4 oğlan və 4 qızdan ibarətdir. Beynəlxalq Stolüstü Tennis Federasiyasının qaydalarına uyğun olaraq, keçirilən yarışda 100-ə yaxın tennisçi mübarizə aparır.
Bakı şəhərində start verilən tennis üzrə zona yarışı mayın 1-dən 3-dək Salyanda, 5-dən 7-dək Gəncədə, 13-dən 15-dək Şirvanda, 17-dən 19-dək Sumqayıtda, 21-dən 23-dək Şəkidə davam etdiriləcək.
Qaliblər Təhsil Nazirliyi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl