SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“SABAH-ın könüllüsü” proqramı çərçivəsində Təhsil Nazirliyi tərəfindən SABAH qruplarında təhsil alan könüllülər üçün təşkil olunmuş həvəskar videoçarx müsabiqəsi başa çatıb.
“SABAH LIVE” adlanan müsabiqə SABAH qruplarının Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi vasitəsilə keçirilib. Müsabiqə “SABAH-ın könüllüsü”nün fəaliyyətinin və könüllülərin yaradıcılığının nümayiş olunması məqsədilə təşkil olunub.
Birinci Avropa Oyunlarına dəstək olaraq keçirilən müsabiqənin qalibi 2 mərhələdə həyata keçirilən seçimlər vasitəsilə müəyyən olunub. Birinci mərhələdə könüllülər tərəfindən hazırlanmış “SABAH-ın könüllüsü”nün “Bakı 2015” Birinci Avropa Oyunlarına dəstəyini ifadə edən 12 həvəskar videoçarx SABAH qruplarının rəsmi Facebook səhifəsində yerləşdirilib. 5 gün ərzində davam edən müsabiqənin birinci mərhələsində təqdim olunmuş həvəskar videoçarxlar 3100 dəfədən çox bəyənilib (like) və 11 600-dən çox baxış (view) olub. Ən çox bəyənilən və izlənilən 5 videoçarx müsiflər heyətinə təqdim olunub.
7 ali təhsil müəsisəsini təmsil edən müsiflər heyətinin qərarı ilə 422 Facebook istifadəçisi tərəfindən bəyənilən və 1000-dən artıq baxış sayı toplayan Ramal Vəliyevin müəllifliyi ilə hazırlanmış həvəskar videoçarx (video çarxı izləmək üçün: http://goo.gl/eFLKPD) “SABAH LIVE”nin qalibi olub. Müsabiqənin qalibi “SABAH-ın könüllüsü” tərəfindən təşkil olunacaq “Könüllü şəhərciyi”ndə “Bakı 2015” Birinci Avropa Oyunlarının açılış mərasiminə bilet ilə mükafatlandırılacaq.
Məlumat üçün qeyd edək ki, “SABAH-ın könüllüsü” proqramı SABAH qruplarının tələbələrinin, akademik təhsildən ayrılmadan, könüllü fəaliyyətə cəlb olunmaqla, sosial aktivliyini artırmaq və alınmış biliklərin praktikada tətbiq edilməsini, eləcə də tələbələrin idarəçilik bacarıqlarının və liderlik potensialının inkişaf etdirilməsi məqsədilə fəaliyyət göstərir.
SABAH qrupları ali təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəsisələrində Savadlı, Bacarıqlı və Hazırlıqlı tələbələrdən təşkil olunub. Hazırda SABAH qrupları 7 ali təhsil müəsisəsində (Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universiteti) 34 ixtisas üzrə 755 tələbəni əhatə edir.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl