• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Aprelin 27-də ümumi təhsil müəssisələrinin müəllimləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş şahmat yarışının final mərhələsi keçirilib.

Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə keçirdiyi şahmat yarışının finalında rayon, şəhər mərhələlərinin qalibi olan 70-ə yaxın müəllim iştirak edib. Olimpiya sistemi üzrə təşkil olunan final yarışının nəticələrinə əsasən, Lerik rayonu Çayrud kənd tam orta məktəbinin müəllimi İmran Kəlbiyev birinci, Naxçıvan Muxtar Respublikası Sədərək rayonu Sədərək kənd 1 nömrəli tam orta məktəbin müəllimi Sultan Rzayev ikinci, Cəlilabad şəhər 4  nömrəli tam orta məktəbin müəllimi Anar Bağışov üçüncü yerin sahibi olublar.
Qaliblər və fəal iştirakçılar diplomla təltif olunub və onlara pul mükafatları verilib.
Qeyd edək ki, bu yarış şahmatı geniş təbliğ etmək və yaymaq, asudə vaxtı səmərəli keçirmək və ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünü geniş qeyd etmək məqsədilə ümumi təhsil məktəblərinin müəllimləri arasında şahmat yarışının keçirilməsi haqqında Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarına əsasən təşkil olunub.  Yarışın birinci mərhələsi martın 10-dək ümumi təhsil məktəblərində, ikinci mərhələsi isə aprelin 10-dək şəhər və rayonlar üzrə keçirilib.


10 il əvvəl