• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Bakı şəhərində keçiriləcək I Avropa Oyunlarının proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi idman tədbirləri davam edir.

Aprelin 24-dən 27-dək Xaçmazda atletika, Şəmkirdə güləş, Şirvanda karate, Qusarda cüdo və Cəlilabadda basketbol üzrə zona yarışları keçirilib.
Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən atletika üzrə zona yarışında Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonlarının və Sumqayıt şəhərinin komandaları mübarizə aparıb. 1-ci yeri Xaçmaz rayonunun, 2-ci yeri Sumqayıt şəhərinin, 3-cü yeri isə Qusar rayonunun komandaları tutublar.
Şəmkir Olimpiya İdman Kompleksində isə güləş üzrə zona yarışları davam etdirilib. Yarışlarda idmançılar güləşin hər iki növü üzrə 5 çəki dərəcəsində (sərbəst güləş: 26, 32, 38, 47, 59 kq; yunan-roma güləşi: 23, 29, 35, 42, 53 kq) mübarizə aparıblar. Qalib adı uğrunda mübarizəyə respublikanın 18 şəhər və  rayonundan 178 güləşçi qatılıb.
Şirvan şəhərində karate idman növü üzrə zona yarışları keçirilib. Şirvan Olimpiya İdman Kompleksində baş tutan yarışda Şirvan şəhərinin, Sabirabad, Ucar, Beyləqan, Xocəvənd, Ağcəbədi, Zərdab və Laçın rayonlarının komandaları iştirak ediblər. Yarışlarda 150 nəfərdən artıq idmançı karatenin Şotokan və Qocyu-ryu növü üzrə mübarizə aparıb. Şotokan növü üzrə komanda hesabında 1-ci yeri Xocavənd, 2-ci yeri Zərdab, 3-cü yeri Laçın, Qocyu-ryu növü üzrə isə 1-ci yeri Şirvan şəhərinin, 2-ci yeri Beyləqan rayonunun, 3-cü yeri Hacıqabul rayonunun komandaları tutublar.
Qusar Olimpiya İdman Kompleksində isə cüdo üzrə zona yarışına start verilib. Yarışda Xaçmaz, Quba, Qusar, Şabran, Xızı rayonlarından və Sumqayıt şəhərindən 92 məktəbli iştirak edib. Komanda hesabında 1-ci yeri Qusar rayonunun, 2-ci yeri Şabran rayonunun, 3-cü yeri Sumqayıt şəhərinin komandaları tutublar.
Cəlilabad rayonunda basketbol idman növü üzrə keçirilən zona yarışına 10 rayonun komandası qatılıb. Gərgin mübarizə şəraitində keçən görüşlərin nəticələrinə əsasən, 1-ci yeri Cəlilabad, 2-ci yeri Salyan rayonunun, 3-cü yeri Lənkəran rayonunun komandaları tutublar.
Zona yarışlarının qalibləri Təhsil Nazirliyinin diplom və medalları ilə mükafatlandırılıb.
I Avropa Oyunları ərəfəsində ölkəmizdə aparılan təşviqat kampaniyası çərçivəsində təşkil olunan bu yarışlar mayın sonunadək davam edəcək. Yarışlarda 6 min nəfərdən çox şagirdin iştirakı nəzərdə tutulub.
Zona yarışlarının keçirilməsində məqsəd I Avropa Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, məktəbliləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında bədən tərbiyəsi və idmanın rolunu artırmaqdan ibarətdir.


10 il əvvəl