• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“SABAH-ın könüllüsü” tərəfindən Bakı şəhərindəki 7 ali təhsil müəsisəsində “Bakı 2015” 1-ci Avropa Oyunlarına dəstək tədbirləri davam etdirilir.

“SABAH Könüllü Həftəsi” çərçivəsində 23-30 aprel 2015-ci il tarixlərində keçirilən tədbirlərdə Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universitetinin SABAH qruplarında təhsil alan yüzlərlə tələbəsi iştirak edir.
“SABAH-ın könüllüsü”nün ideyaları əsasında təşkil olunan idman və intellektual yarışlar, müsabiqə, aksiya “flsh-mob”-lar “Bakı 2015” 1-ci Avropa Oyunlarına dəstək xarakteri daşıyır.
Təhsildən ayrılmadan təşkil olunan tədbirlər tələbələrin asudə vaxtlarının səmərəli təşkilinə, onların təşkilatçılıq və idarəçilik bacarıqlarının, yaradıcı təfəkkürünün inkişafına imkan yaradacaq.
Qeyd edək ki, “SABAH-ın könüllüsü” olmaq üçün http://sabah.edu.az/az/sabahinkonullusu ünvanına müraciət etmək lazımdır.
“SABAH-ın könüllüsü”nün fəaliyyətini SABAH qruplarının rəsmi saytından (www.sabah.edu.gov.az) və Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsindən (www.facebook.com/sabah.edu.gov.az) izləmək olar.
“SABAH Könüllü Həftəsi” haqqında ətraflı məlumatı https://www.facebook.com/events/871517992903740/ ünvanından əldə etmək mümkündür.
SABAH qrupları ali təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində Savadlı, Bacarıqlı və Hazırlıqlı tələbələrdən təşkil olunub. Hazırda SABAH qrupları 7 ali təhsil müəssisəsində (Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universiteti) 34 ixtisas üzrə 755 tələbəni əhatə edir.


10 il əvvəl