• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

"Bakı-2015" I Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi idman tədbirləri davam edir.

Bu tədbirlər çərçivəsində Bakıda karate, Qubada taekvondo, Biləsuvarda boks üzrə zona yarışları keçirilib.
Hövsan Olimpiya İdman Kompleksində keçirilən zona yarışında Bakı şəhəri üzrə 300 nəfərdən artıq idmançı karatenin Şotokan və Qocyu-ryu növü üzrə mübarizə aparıb. Şotokan növü üzrə komanda hesabında 1-ci yeri Nəsimi, 2-ci yeri Xətai, 3-cü yeri Səbail, Qocyu-ryu növü 1-ci yeri Nizami, 2-ci yeri Xətai, 3-cü yeri Qaradağ rayonunun komandaları tutub.
Quba rayonunda isə taekvondo idman növü üzrə zona yarışı keçirilib. Quba Olimpiya İdman Kompleksində baş tutan yarışda Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Abşeron rayonlarının və Sumqayıt şəhərinin komandaları təmsil olunub. Yarışda oğlan və qızlardan ibarət komandalar 9 çəki dərəcəsində mübarizə aparıblar.
 Komanda hesabında qızlar arasında 1-ci yeri Qusar, 2-ci yeri Quba rayonlarının, 3-cü yeri Sumqayıt şəhərinin, oğlanlar arasında 1-ci yeri Quba rayonunun, 2-ci yeri Sumqayıt şəhərinin, 3-cü yeri Qusar rayonunun komandaları tutublar.
Biləsuvar rayonunda isə boks idman növü üzrə zona yarışlarına start verilib. Biləsuvar Olimpiya İdman Kompleksində keçirilən zona yarışında Biləsuvar, Masallı, Lənkəran, Astara, Cəlilabad və Neftçala rayonlarının komandaları iştirak edib. Yarışda idmançılar 34-54 kq çəki dərəcələrində mübarizə aparıblar. Komanda hesabında 1-ci yeri Cəlilabad, 2-ci yeri Neftçala, 3-cü yeri Biləsuvar rayonlarının komandaları tutublar.
Zona yarışlarının qalibləri Təhsil Nazirliyinin diplom və medalları ilə mükafatlandırılıb. 


10 il əvvəl