• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Mart 13-də Təhsil Nazirliyinin Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli internat məktəbində “Fitnə”, “Şah və xidmətçi” və “Humayın yuxusu” adlı cizgi filmlərinin təqdimatı keçirilib.

Təhsil Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Bakı Şəhər Kino Xidməti İdarəsi, eləcə də Gözdən Əlillər Cəmiyyəti tərəfindən “Sərhədsiz kino” layihəsi çərçivəsində hazırlanmış bu filmlər görmə və eşitmə imkanları məhdud uşaqların başa düşməsi üçün tiflo və surdo şərhləri ilə təmin olunub. Təqdimat mərasimində Təhsil, Mədəniyyət və Turizm, Gənclər və İdman, Rabitə və Yüksək Texnologiyalar, Səhiyyə nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Ombudsman Aparatının, Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edib. Cizgi filmlərinin təqdimatından sonra şagirdlərin hazırladığı bədii proqram nümayiş olunub.

Təhsil Nazirliyi “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq ümumi təhsil müəssisələrinin müasir informasiya-kommunikasiya texnologiyaları ilə təminatı, tədrisdə dünya standartlarına cavab verən əyani vasitələrdən istifadə prosesini genişləndirir.

Martın 16-da “Labdisc” avadanlığı ilə təmin olunmuş 2 məktəbə - Bakı şəhəri Nərimanov rayonu 193 və Xətai rayonu 24 nömrəli məktəblərə mediatur təşkil olunub. Media nümayəndələri yeni avadanlıqlardan istifadə etməklə keçirilən fizika və kimya fənnləri üzrə “Açıq dərs”lərdə iştirak ediblər. Mediatur çərçivəsində mətbuat nümayəndələrinə izah olunub ki, “Labdisc” məlumat qeydiyyat qurğusu 15 ədəd daxilə quraşdırılmış simsiz sensorlarla tam bir laboratoriya kimi fəaliyyət göstərir. Qurğu simsiz kommunikasiya vasitəsilə məktəbin bütün əsas texnologiya və avadanlıqları ilə tam inteqrasiya olunur. Kompüterlər, netbuklar, interaktiv lövhələr və planşetlərə qoşulmaqla sistem kabelsiz laboratoriya şəraitində yüksək fəallığı təmin edir. Bu isə dərs zamanı müəllimlə şagird arasında əməkdaşlığa, interaktiv tədrisə imkan yaradır, eyni zamanda texnoloji xərclərə qənaət edir. Cihaz və proqram təminatından ibarət olan qurğu Azərbaycan dilini dəstəkləyir və “Windows”la Android istifadəçiləri tərəfindən asanlıqla istifadə olunur. Bununla yanaşı, fizika, kima və biologya dərslərində sınaqlar aparmaq üçün mobil araba işlənib hazırlanıb. Azərbaycanın müstəqilliyi dövründə ilk dəfədir ki, ümumi təhsil məktəbləri üçün belə avadanlıqlar alınıb. Təhsil Nazirliyi artıq 50-dək ümumi təhsil müəssisəsinin yeni avadanlıqlarla təmin edilməsi prosesinə start verib. Avadanlıqların köməyilə şagirdlər mürəkkəb sınaq işlər aparmaq, prosesi interaktiv lövhədə izləmək izləmək imkanı əldə edirlər. Eyni zamanda bu avadanlıqların mobil xüsusiyyətə malik olması onların istənilən məkanda istifadəsinə şərait yaradır. Məktəblərin yeni avadanlıqlarla təminatı ilə yanaşı, onların tədrisi ilə məşğul olan müəllimlər üçün də təlimlər keçirilib. “Edumedia-Azərbaycan” şirkəti Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində 25 nəfərdən ibarət müəllim heyətinə təlimlər təşkil edib.  

Bakıda Azərbaycan İnvestisiya Sammiti öz işinə başlayıb.

 “The Economist Events” tərəfindən “Qeyri-neft sektoru real iqtisadiyyatın aparıcı sahəsidir” mövzusunda təşkil olunan tədbirdə bir sıra ölkələrin, o cümlədən Azərbaycanın hökumət nümayəndələri, iri şirkət rəhbərləri, iqtisadçı ekspertlər iştirak ediblər. Sammitin məqsədi keçid iqtisadiyyatı olan dövlətlərin qarşısında duran əsas perspektivləri, imkanları və çağırışları müzakirə etməkdir. “The Economist” jurnalının redaktoru Con Endryusun sədrliyi ilə keçirilən tədbir Azərbaycanın neft iqtisadiyyatının şaxələndirilməsi imkanları və bunun ölkə həyatının müxtəlif sahələrinə təsiri haqqında məruzələrlə başlayıb. Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov informasiya texnologiyalarının inkişaf trendləri və onun Azərbaycanın 2020 hədəfləri ilə bağlantısından danışaraq İKT-nin yeni əsrin əsas iqtisadi fenomeni olduğunu vurğulayıb. Sammitdə təhsil naziri Mikayıl Cabbarov “Milli artımı təmin etmək üçün təhsil” mövzusunda məruzə edib. Müasir dövrdə təhsil sistemi ilə işəgötürənlər arasında münasibətlərin dəyişdiyini vurğulayan nazir hazırda əsas hədəfin dövrün tələblərinə cavab verən müasir təhsil sisteminin qurulmasından ibarət olduğunu deyib. Araşdırmalar göstərir ki, sosial-iqtisadi tərəqqi inkişaf etmiş təhsil sisteminin nəticəsidir. Bu amili nəzərə alaraq ölkəmizin təhsil sistemində islahatlar aparılır, yeni layihələr həyata keçirilir. Mikayıl Cabbarov sammit iştirakçılarına təhsil sistemindəki yeniliklər barədə ətraflı məlumat verib. Nazir qeyd edib ki, təhsil islahatlarının reallaşmasında əsas sənəd hesab olunan “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” əsasında Fəaliyyət Planı hazırlanıb və bu ilin yanvar ayında dövlət başçısı tərəfindən təsdiq olunub. Bu plan strategiyada göstərilən hədəflərə nail olunması istiqamətində yol xəritəsidir. Artıq Təhsil Nazirliyi müvafiq dövlət qurumları ilə əməkdaşlıq şəraitində Strategiyanın icrasına başlayıb. Nazir məruzəsində SABAH qrupları, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsilinə dair Dövlət Proqramı”nın nəticələri, təhsilverənlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində baş verən yeniliklər və digər məsələlər haqqında məlumat verib, fikirlərini açıqlayıb. İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova çıxışında dünyada baş verən iqtisadi dəyişikliklərin ölkəmiz qarşısında qoyduğu çağırışlara toxunub. Təhsil, bank, texnologiyalar və sənaye sektorlarının aparıcı nümayəndələrinin iştirak etdiyi tədbirdə “Enerji sektoru – növbəti fəsil: Azərbaycanın iqtisadi qüdrətinin əsasının inkişafı”, “Neft iqtisadiyyatı çərçivəsindən kənar: rəqabətqabiliyyətli mikroəsasın yaradılması”, “İnnovasiyalar, sahibkarlıq və diversifikasiya: maneələrin aradan qaldırılması”, “Rəqəmsal əsr: yeni iqtisadiyyat şəraitində texnologiya və telekommunikasiyaların rolu”, “İdman tədbirləri: Azərbaycanın dünya arenasında mövqeyi” və “Diversifikasiya: qeyri-neft sektorunun payının artırılması” mövzularına dair panellərdə müzakirələr aparılıb.  

Humanitar və texniki fənlər üzrə məktəblilər arasında keçirilən Respublika fənn olimpiadalarının yarımfinal mərhələsi başa çatıb.

3700 şagirdin iştirak etdiyi Respublika fənn olimpiadalarının yarımfinal mərhələsi Bakı, Sumqayıt, Gəncə, Şirvan, Şəki, Mingəçevir, Lənkəran, Şamaxı, Ağdaş, Xaçmaz və Naxçıvanda yerləşən 11 mərkəzdə keçirilib. İştirakçılara 25-30 test tapşırığı təqdim olunub. Qaydalara uyğun olaraq, şagirdlər 90 dəqiqə ərzində humanitar fənlər (Azərbaycan dili və ədəbiyyatı, tarix və coğrafiya) üzrə, 3 saat ərzində texniki (riyaziyyat, fizika, kimya, biologiya və informatika) fənlər üzrə sualları cavablandırıblar. Respublika fənn olimpiadalarının bu mərhələsində informatika üzrə imtahanlar kompüter əsaslı olub və 3 mərkəzdə (Bakı, Gəncə və Naxçıvan) keçirilib. Yarımfinal mərhələsinin nəticələrinə əsasən, səkkiz fənn üzrə 400 nəfərə yaxın namizədin növbəti mərhələdə – finalda iştirak etməsi nəzərdə tutulub. Qeyd edək ki, fənn olimpiadaları üç mərhələdən ibarətdir. Olimpiadanın I – rayon (şəhər) mərhələsində 8 fənn üzrə 22000 şagird iştirak edib.

Martın 30-dan aprelin 4-dək Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr olunmuş “Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” I Respublika festivalı keçiriləcək.

Festivalın musiqi və incəsənət məktəblərinin şagirdləri arasında bəstəkarlıq, instrumental ifaçılıq, xor və solo oxuma nominasiyaları üzrə keçirilməsi nəzərdə tutulub. Yarışmanın təşkilində məqsəd böyüməkdə olan nəslin mənəvi simasının formalaşmasında mühüm rolu olan milli musiqi gen yaddaşının fəallaşdırılması, musiqi və incəsənət məktəbləri şagirdlərində öz milli köklərinə, Azərbaycan xalq sənətinin əsaslarına marağın artırılmasıdır. Festivalın şərtlərinə əsasən, iştirakçılar xalq musiqisi işləmələri və Azərbaycan ladları əsasında yazılmış bəstəkar pyesləri ifa etməlidirlər. Hər pyesin ifasından əvvəl iştirakçı əsərdə istifadə olunan ladın səs qatarı və kadanslarını səsləndirməlidir. Qaliblər münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək. Mükafat yerlərini tutanlar “Festivalın laureatı” adına layiq görüləcəklər. Festivalın son günündə isə qaliblərin iştirakı ilə konsert keçiriləcək.

Ümumtəhsil məktəblərinin müəllimləri arasında “Həyat bilgisi və maliyyə savadlılığı” adlı müsabiqəyə start verilib.

Azərbaycan Respublikası Mərkəzi Bankı və Təhsil Nazirliyinin birgə təşəbbüsü, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu və “AccessBank”ın dəstəyi ilə “Maliyyə savadlılığı” layihəsi çərçivəsində keçirilən müsabiqə ümumtəhsil məktəblərinin müəllimləri arasında Həyat bilgisi fənninin “Fərd və cəmiyyət” məzmun xəttinin “Cəmiyyətin sosial-iqtisadi həyatı” alt-xətti üzrə elektron təhsil resursları hazırlamaq, müəllimlərin maliyyə savadlılığını artırmaq, eləcə də hazırlanacaq resursların təhsil şəbəkələrində paylaşılaraq müəllimlər arasında yayılmasını təmin etmək məqsədilə təşkil olunub. Müsabiqə “Maliyyə savadlılığına aid ən yaxşı resurs” nominasiyası üzrə www.musabiqe.edu.az saytı vasitəsilə keçirilir. Müsabiqədə iştirak etmək istəyənlər hazırladıqları elektron təhsil resurslarını 17 aprel 2015-ci il tarixinədək www.musabiqe.edu.az saytına yükləməlidirlər. Müsabiqədə I, II və III yerləri tutan müəllimlərə noutbuk, printer, skaner təqdim ediləcək. Fərqlənən iştirakçılar isə müxtəlif hədiyyələrlə mükafatlandırılacaqlar.

Ümumtəhsil məktəblərinin şagirdləri arasında “Bu günün qənaəti sabahın təminatıdır” adlı müsabiqəyə start verilib.

Azərbaycan Respublikası Mərkəzi Bankı və Təhsil Nazirliyinin birgə təşəbbüsü, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu və “FINCA Azərbaycan”ın dəstəyi ilə “Maliyyə savadlılığı” layihəsi çərçivəsində keçirilən müsabiqə şagirdlərin pul yığımı və qənaətcilliklə bağlı şəxsi təcrübələrini əks etdirən qısametrajlı filmlərin hazırlanması, maliyyə savadlılığının artırılması istiqamətində məktəblilər arasında maarifləndirmə işlərinin aparılması məqsədilə təşkil olunub. Müsabiqə “Şagirdin məqsədli qənaəti” nominasiyası üzrə www.musabiqe.edu.az saytı vasitəsilə keçirilir. Müsabiqədə iştirak etmək istəyənlər hazırladıqları filmləri 17 aprel 2015-ci il tarixinədək www.musabiqe.edu.az saytına yükləməlidirlər. Müsabiqədə I, II və III yerləri tutan şagirdlərə netbuk, planşet, e-book reader təqdim ediləcək. Fərqlənən iştirakçılar isə müxtəlif hədiyyələrlə mükafatlandırılacaqlar.

Fransada ilk Azərbaycan dili müəllimi

 

ABŞ-ın Harvard Universitetində dil təlimində innovasiyaların tətbiqi mövzusunda beynəlxalq forum keçirilib.

Təhsil Nazirliyi Hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsinin Lisenziyalaşdırma və akkreditasiya sektorunun baş məsləhətçisi Əfqan Abdullayevin qatıldığı 3 günlük forumda təhsildə mükəmməllik, dil bacarıq və vərdişləri, standartlaşmış dil testləri, kurikulumların qloballaşdırılması, dil müəllimi hazırlığı, müasir təlim texnologiyalarının tətbiqi, bilik və bacarıqların qiymətləndirilməsi kimi məsələlər müzakirə olunub. “Education First” (EF) beynəlxalq cəmiyyətinin təşkilatçılığı ilə keçirilən forumun iştirakçıları Harvard Universitetində bu sahədə aparılan tədqiqatlar, onların tətbiqi imkanları ilə tanış olublar, dərsləri izləyiblər. Qeyd edək ki, forum EF cəmiyyətinin 50 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində təşkil edilib. Yarım əsr əvvəl Bertil Halt tərəfindən əsası qoyulan EF-in məqsədi dünyada təhsilin geniş yayılmasına kömək etməkdir. 21 ölkənin 45 şəhərində bölməsi olan EF milyonlarla insanın ingilis dili öyrənməsinə dəstək göstərib.

Təhsil naziri Mikayıl Cabbarov “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrası barədə əmr imzalayıb.

Əmrə əsasən, əlilliyi olan sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrinə inklüziv təhsilə cəlb olunması nəzərdə tutulur. Nizami rayonu 220 nömrəli məktəb-lisey və Xətai rayonu 138 nömrəli orta məktəb layihə üzrə pilot müəssisə kimi seçilib. Pilot müəssisələrdə loqopedik xidmətin yaradılması qərara alınıb.   “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı