SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
19-30 aprel 2010-cu il tarixində Bakı şəhərində Qara Qarayev adına gənc pianoçuların I beynəlxalq elmi-ifaçılıq müsabiqəsi və “Fortepiano Qara Qarayev yaradıcılığında” I beynəlxalq elmi - ifaçılıq konfransı keçiriləcək.
Müsabiqə və konfrans Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının (BMA) 90 illik və Orta ixtisas musiqi məktəb-studiyasının 30 illiyinə həsr olunur. Qeyd edək ki, BMA-nın çoxillik təcrübəsini beynəlxalq səviyyədə nümayiş etdirəcək konfrans və müsabiqə təcrübənin ifaçılıq nəzəriyyəsi ilə yaxınlaşdırılması, musiqi məzmununun mahiyyətinin anlaşılmasını təmin edən yeni eksperimental-yaradıcı metodlardan istifadə olunması, professional vərdiş və biliklərin kamilləşdirilməsi istiqamətində müəyyən addımların atılmasına xidmət edir. Müsabiqə iki mərhələdən ibarət olacaq və 10-25 yaşadək musiqiçilər iştirak edəcək. Konfransda isə yaşından asılı olmayaraq bütün pianoçuların iştirakı nəzərdə tutulur. Müsabiqədən fərqli olaraq, konfrans elmi və ifaçılıq hissələrindən ibarət bir bütöv mərhələdə keçiriləcək. Elmi-ifaçılıq konfrans-müsabiqəsinin keçirilməsində əsas məqsəd Qara Qarayevin yaradıcılığının dərindən öyrənilməsi vasitəsilə təbliği, nəzəriyyə və ifaçılıq təcrübəsinin qarşılıqlı vəhdəti, müxtəlif ölkələrin musiqi mədəniyyətinin yaxınlaşdırılmasıdır. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil olunan müsabiqə və konfrans Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Bəstəkarlar İttifaqının dəstəyi ilə keçiriləcək.
08/07/2015 16:52
Bakıda Azərbaycan Respublikası Prezidentinin Kuboku uğrunda beynəlxalq breyn-rinq turniri başa çatıb.
Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə keçirilən və AzTV-də yayımlanan bilik yarışlarında 12 komanda – Azərbaycan, Ukrayna, Belarus, Almaniya, Gürcüstan, Moldova, Özbəkistan, Estoniya, Rusiya, ABŞ və Türkmənistanın yığma komandaları, eləcə də “Bakı” klubunun yığma komandası iştirak edib. Azərbaycanın “Bakı” yığma komandası ilə Estoniya yığma komandası arasında keçirilmiş ilk oyun 4:5, ABŞ yığma komandası və Almaniya yığma komandasının qarşılaşması isə 5:4 hesabı ilə başa çatıb. Estoniya və ABŞ yığma komandaları arasındakı ilk final qarşılaşmasında 5:2, ikinci final oyununda isə 4:5 hesabı qeydə alınıb və Estoniya komandası yarımfinala çıxıb. Belarus və Gürcüstan yığma komandaları arasındakı oyun 5:4, Ukrayna və Özbəkistan yığma komandalarının qarşılaşması isə 5:2 hesabı ilə yekunlaşıb. Final oyununda Ukrayna yığma komandası Belarus yığma komandasına qalib gəlib (1:5; 5:2). Üçüncü qarşılaşmada Moldova yığma komandası Rusiya yığma komandasına (5:4) qalib gəlib. Sonra isə Azərbaycan yığma komandası Türkmənistan yığma komandasından (5:4) üstün olub. Final oyununda Azərbaycan yığması Moldova komandasını məğlub (5:2; 5:1) edib. Belarus və Rusiya yığma komandaları arasındakı oyunda bərabərlik (4:6; 5:4) qeydə alınıb. Əlavə sualı doğru cavablandıran Belarus yığma komandası finala yüksəlib. Digər finalçı isə Azərbaycan və ABŞ yığma komandalarının qarşılaşmasında müəyyənləşdirilib. Azərbaycan yığma komandası ABŞ yığma komandasına 5:1 və 5:3 hesabı ilə qalib gələrək finala çıxıb. Gərgin mübarizə şəraitində keçən final oyununda Azərbaycan yığma komandası Belarus yığma komandasını (6:4; 3:5; 5:4; 3:5; 6:4) məğlub edərək Azərbaycan Respublikası Prezidentinin Kuboku uğrunda beynəlxalq breyn-rinq turnirinin qalibi olub.
08/07/2015 16:52
Təhsil Nazirliyi 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində Bakı şəhərində 194 nömrəli tam orta məktəbə mediatur təşkil edib.
20-dək KİV nümayəndəsinin iştirak etdiyi tədbirə qeyri-hökumət təşkilatlarının rəhbərləri və hərbi ekspertlər qatılıb. Mediaturun təşkilində əsas məqsəd KİV təmsilçilərinin ümumtəhsil məktəblərində şagirdlərin ilkin hərbi hazırlıq səviyyəsini yüksəltmək üçün yaradılan imkanlarla tanışlığına şərait yaratmaq, kompüter texnologiyalasına əsaslanan təlim silahlarını nümayiş etdirmək, məktəblilərin vətənpərvər ruhda təlim-tərbiyə metodlarının təbliğinə dəstək verməkdən ibarətdir. Qeyd edək ki, ümumtəhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı fənni üzrə kabinetin (hərbi kabinetin) müasir avadanlıqlarla təminatı üçün Təhsil Nazirliyi ilə Müdafiə Sənayesi Nazirliyinin Kosmik Cihazqayırma Təcrübi Zavodu arasında müqavilə bağlanıb. Müqaviləyə uyğun olaraq, 50 pilot məktəbin hərbi kabinetləri müasir standartlara cavab verən, təlim üçün nəzərdə tutulmuş hərbi avadanlıqlar, ləvazimatlar və xüsusi proqram təminatı ilə təchiz olunub. Mediatur çərçivəsində KİV təmsilçiləri məktəbdə yeni təlim avadanlıqları ilə təmin olunmuş hərbi kabinetə baxıb və gənclərin çağırışaqədərki hərbi hazırlığı dərsində iştirak ediblər. Jurnalistlər şagirdlərin silahları söküb yığması, tank əleyhinə minaları zərərsizləşdirməsi, əleyhqazlardan istifadə bacarıqlarını və stimulyativ silahlardan hədəfin nişan alınması prosesini izləyiblər. Mediaturda iştirak edən hərbi araşdırmaçı Şəmistan Nəzirli, "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli şagirdlərin hərbi hazırlığı üçün yaradılan şəraiti yüksək qiymətləndiriblər. Müasir texnologiyalara əsaslanan təlim metodları gələcək əsgərlərin hazırlıq səviyyəsini artırmaqla yanaşı, onların vətənpərvərlik ruhda böyüməsinə də müsbət təsir edir.
08/07/2015 16:52
Bərdə rayonunda ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə martın 12-də açılış mərasimi keçirilmiş regional “ASAN xidmət” mərkəzindəki “ASAN məktəb” bölməsi fəaliyyətə başlayıb.
Təhsil Nazirliyi tərəfindən yaradılmış “ASAN məktəb” Bərdə rayonunun ümumi təhsil məktəblərinə I sinif şagirdlərinin qəbulunu təşkil edəcək. “ASAN məktəb” şagirdlərin I sinfə qəbulu prosesində vaxt itkisini aradan qaldıracaq və şəffaflığı artıracaq. “ASAN məktəb” bölməsinə müraciət edən valideynlər Bərdə rayonunun ümumi təhsil məktəbləri ilə interaktiv lövhədə tanış olur və seçdiyi məktəbdə I sinifə qəbulla bağlı vəziyyəti öyrənir. Uşaqların məktəbə hazırlığı və psixoloji durumunun yoxlanılması da “ASAN məktəb”də yerindəcə həyata keçiriləcək. Komissiyadan keçdikdən sonra uşağın məktəbə qəbul olunması ilə bağlı bildiriş həm valideynə, həm də yerli təhsil şöbəsinə təqdim olunacaq. “ASAN məktəb” layihəsi çərçivəsində digər xidmət ümumi təhsil məktəblərində pedaqoji və texniki sahədə çalışanlara iş yeri haqqında elektron arayışın verilməsidir. Bu xidmət hazırda ölkənin dövlət və özəl ümumi təhsil məktəblərində çalışan 225 minədək əməkdaşı əhatə edir. Hər bir əməkdaş çalışdığı təhsil müəssisəsinə getmədən “ASAN” xidmət mərkəzlərinə müraciət etməklə, yaxud “Elektron Hökumət” portalında qeydiyyatdan keçməklə, öz iş yeri haqqında elektron arayış əldə edir və həmin arayışı elektron poçt vasitəsilə tələb olunan yerə göndərir. “ASAN məktəb” layihəsi çərçivəsində növbəti xidmət ümumi təhsil məktəbləri şagirdlərinin təhsil aldıqları yer haqqında elektron arayışın verilməsidir. Dövlət və özəl ümumi təhsil məktəblərində oxuyan 1 milyon 325 mindən artıq şagirdi və onların valideynlərini əhatə edən bu xidmət valideynə təhsil müəssisəsinə getmədən “ASAN” xidmət mərkəzlərinə müraciət etməklə, yaxud “Elektron Hökumət” portalında qeydiyyatdan keçməklə övladının oxuduğu məktəb, sinfi, tədris dili və öyrəndiyi xarici dil haqqında elektron arayış əldə etmək və həmin arayışı elektron poçt vasitəsilə tələb olunan yerə göndərmək imkanı verir. Mərkəzdə yaradılmış “ASAN kadr” karyera mərkəzi “ASAN məktəb” könüllülük proqramını bitirmiş gənclərə iş tapmaq üçün xüsusi imkanlar verir. Bunun üçün hazırlanmış www.asankadr.az portalı işaxtaranların məşğulluğuna və işəgötürənlərin müvafiq kadrlarla təmin olunmasına şərait yaradır.
08/07/2015 16:52
“Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində dövlət uşaq müəssisələrinin transformasiyası üzrə Baş plana əsasən yetim və valideyn himayəsindən məhrum uşaqların ailədə yaşamaq hüququnu təmin etmək məqsədilə onlar üçün ailəni əvəz edən alternativ xidmətlərin (övladlıq, qəyyumluq və himayədarlıq, ailə tipli kiçik qrup evlər) yaradılması nəzərdə tutulub.
Bu məqsədlə Təhsil Nazirliyi ilə Avstriyanın Hilfswerk təşkilatının birgə hazırladığı layihə Avropa Komissiyası tərəfindən qəbul edilib və layihənin reallaşdırılması üçün 640 770 avro məbləğində vəsait ayrılıb. Layihə çərçivəsində Azərbaycanda alternativ qayğı növü olan himayədar ailə sisteminin yaradılması mexanizmləri qurulacaq, himayədar ailələrin və uşaqların seçim meyarları, onların qiymətləndirilməsi, maliyyələşdirilməsi mexanizmləri hazırlanacaq. Bununla yanaşı, layihənin icra müddəti ərzində himayədar ailə olmaq üçün müraciət edən namizədlər arasından seçiləcək 50 ailə üçün treninqlərin təşkil edilməsi nəzərdə tutulub. Layihəyə uyğun olaraq övladlığa və ya himayədar ailələrə verilməsi mümkün olmayan 10 uşaq üçün ailə tipli kiçik qrup evi yaradılacaq. Eyni zamanda uşaqların müvafiq müəssisələrə düşməsinin qarşısının alınması, onların müdafiəsini həyata keçirmək üçün 25 nəfər sosial işçinin hazırlanması planlaşdırılır. Layihəyə cəlb ediləcək psixoloqlar və sosial işçilər ailə və uşaqların adaptasiyası üçün müvafiq işlər aparacaq. Bu məqsədlə, Hilfswerk təşkilatının Şərqi Avropa və Qafqaz üzrə əlaqələndiricisi Əzizbəyov və Suraxanı rayonlarındakı internat məktəblərdə olub, müəssisələrin müəllim heyəti və rəhbərliyi ilə görüşlər keçirib. 3 il ərzində həyata keçiriləcək layihənin sonunda himayədar ailələr assosiasiyasının yaradılması nəzərdə tutulub.
08/07/2015 16:52
“ASAN məktəb” Bərdə rayonunun ümumtəhsil məktəblərinə I sinif şagirdlərinin qəbulunu təşkil edəcək
Bərdə regional “ASAN xidmət” mərkəzi tərkibində yaradılan “ASAN məktəb” rayonun ümumtəhsil məktəblərinə birinci sinif şagirdlərinin qəbulunu təşkil edəcək. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihənin məqsədi vaxt itkisinin aradan qaldırılması və şəffaflığın artırılmasıdır. Bərdə regional “ASAN xidmət” mərkəzinin məktəbə qəbul şöbəsinin əməkdaşı Sərnaz Babayeva AZƏRTAC-a müsahibəsində “ASAN məktəb” layihəsi barədə məlumat verib. Bildirib ki, I sinfə qəbul valideynin müvafiq sənədlərlə ərizəsi əsasında aparılır. Uşağın sağlamlığı barədə tibbi arayış, doğum haqqında şəhadətnamənin surəti, 2 ədəd 3x4 ölçüdə fotoşəkillə “ASAN məktəb” bölməsinə müraciət edən valideynlər Bərdə rayonunun ümumtəhsil məktəbləri ilə interaktiv lövhədə tanış olur və seçdiyi məktəbdə I sinfə qəbulla bağlı vəziyyəti öyrənirlər. Uşaqların məktəbə hazırlığı və psixoloji durumunun yoxlanılması da “ASAN məktəb”də yerindəcə həyata keçirilir. Komissiyadan keçdikdən sonra uşağın məktəbə qəbul olunması ilə bağlı bildiriş həm valideynə, həm də yerli təhsil şöbəsinə təqdim olunur. “Bundan başqa, “ASAN məktəb” layihəsi çərçivəsində ümumtəhsil məktəblərində pedaqoji və texniki sahədə çalışanlara iş yeri haqqında, ümumtəhsil məktəblərinin şagirdlərinə təhsil aldıqları yer barədə elektron arayışlar da verilir”, - deyə S.Babayeva qeyd edib.
08/07/2015 16:52
Mayın 23-də Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azerbaijan”) və “Britiş Amerikan Tobakko” şirkətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində tələbələr üçün əmək yarmarkası keçiriləcək.
Yarmarka işəgötürənləri və III-IV kurs bakalavriat, eyni zamanda magistratura səviyyəsində təhsil alan tələbələri bir araya toplamaqla iş imkanlarını araşdırmağa əlverişli şərait yaradacaq. Əmək yarmarkası Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələrin beynəlxalq və yerli şirkətlərdə təcrübəyə cəlb edilməsinə, həmçinin onların işlə təmin olunma imkanlarının genişləndirilməsinə yönəlmiş tədbirlər çərçivəsində keçirilir. Yarmarkada ölkəmizdə fəaliyyət göstərən 100-dən artıq beynəlxalq və yerli şirkətin iştirakı nəzərdə tutulub. Onlar yarmarkaya 300-dən çox vakansiya haqqında məlumatla qatılacaqlar. Əmək yarmarkası çərçivəsində işəgötürənlərlə tələbələr arasında tədbirdən əvvəl əlaqələr yaradılacaq, müəssisə təmsilçiləri namizədlər haqqında ətraflı məlumatlandırılacaq və tədbir günü müvafiq şirkət nümayəndələri ilə görüşlər təyin olunacaq. İlk dəfə yaradılan bu imkanlardan bəhrələnmək üçün tələbələr xüsusi proqram təminatı vasitəsilə şəxsi məlumatlarını daxil etməklə qeydiyyatdan keçəcəklər. Bundan sonra şirkətlər müvafiq namizədləri yarmarka zamanı nəzərdə tutulmuş vaxtlarda müsahibəyə dəvət edəcəklər. Tədbirdə iştirak etmək istəyən tələbələr www.jobfair.az internet saytına daxil olmaqla qeydiyyatdan keçə bilərlər.
08/07/2015 16:52
Aprelin 1-də Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Strasburq Universitetinin prezidenti Alen Beretzin rəhbərlik etdiyi Fransa ali təhsil müəssisələrinin rəhbərlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan təhsil naziri hər iki ölkənin dövlət başçıları arasındakı yüksək səviyyəli münasibətlərə uyğun olaraq günbəgün inkişaf edən Azərbaycan-Fransa əlaqələrində təhsil sahəsinin xüsusi rolunu nəzərə çatdırıb. Nazir ali təhsil müəssisələri arasında əlaqələrin daha da genişləndirilməsinin müsbət hal olduğunu bildirib, orta təhsil, tələbə və müəllim mübadiləsi istiqamətlərində mövcud olan səmərəli əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Ötən ilin noyabrında Parisə səfəri çərçivəsində Strasburq Universitetinin prezidenti Alen Beretzlə görüşünü xatırladan təhsil naziri cari ilin fevral ayında Fransada keçirilmiş “Azərbaycan günü” tədbirinin əhəmiyyətinə də diqqət çəkib. Nazir Azərbaycan və Fransa ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişafının vacib olduğunu söyləyib, ikili diplomların tanınması və elmi-tədqiqat sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyinə diqqət çəkib. Strasburq Universitetinin prezidenti Alen Beretz belə görüşlərin Fransa-Azərbaycan təhsil əlaqələrinin inkişafı və birgə əməkdaşlığın daha səmərəli müstəviyə qədəm qoyması baxımından rolunu qeyd edib. Ölkəmizin ali təhsil müəssisələri rəhbərlərinin də iştirak etdiyi görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, 1-3 aprel tarixlərində Azərbaycanda səfərdə olan nümayəndə heyəti bir sıra aparıcı ali təhsil müəssisələrində də olacaq və ikitərəfli təhsil əlaqələrinin inkişafına dair müzakirələr aparacaqlar.
08/07/2015 16:52
“Təhsil” Respublika İdman Mərkəzinin İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin qızlardan ibarət U-13 və U-16 futbol komandaları Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən keçirilən qızlar arasında ölkə çempionatının finalına vəsiqə qazanıb.
U-13 qızlar liqası 3 yarımqrupda 33 komandanın iştirakı ilə Şərq, Qərb və Şimal zonalarına, U-16 YUNİSEF qızlar liqası 2 yarımqrupda 16 komandanın iştirakı ilə Şərq və Qərb zonalarına bölünərək keçirilib. İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin U-13 və U-16 komandaları Şərq zonası qrupunda yer alaraq qrupların bütün oyunlarında qalib gələrək finala vəsiqə qazanıblar. U-13 qızlar liqasının final oyunu aprelin 4-də, U-16 YUNİSEF qızlar liqasının final oyunu isə aprelin 5-də “Bayıl Arena” stadionunda keçiriləcək.
08/07/2015 16:52
Sentyabrın 23-dən 25-dək Rusiyanın Azərbaycandakı səfirliyi Rusiya ilə əməkdaşlıq təşəbbüsləri və Federal agentliyin maliyyə dəstəyi ilə ölkəmizdə ”Rus dili (2006-2010-cu illər) proqramı” çərçivəsində bir sıra tədbirlər, o cümlədən rus dili müəllimləri üçün regional seminarlar keçirəcək.
Proqram çərçivəsində sentyabrın 24-dən 25-dək Lənkəran rayonunda Masallı, Astara, Lerik, Yrdımlı, Cəlilabad və Biləsuvar rayonları üzrə ümumtəhsil və ali məktəblərdə rus dili fənnini tədris edən təlimçi müəllimlər üçün metodik seminar və dəyirma masa keçirilməsi nəzərdə tutulub. Tədbirdə Rusiyanın Azərbaycan Respublikasındakı səfirliyin nümayəndələri, Rusiyadan ölkəmizə gəlmiş pedaqoji elmlər doktoru İ. B. Avdeyeva, filologiya elmləri doktoru, professor B. İ. Annuşkina, “ Rus dili. Kurslar” nəşriyyatı redaksiyasının direktoru, filologiya elmləri namizədi N.O.Kozina, Sankt-Peterburq konservatoriyasının professoru Q. Q. Malişev və digər rəsmi qonaqlar iştirak edəcəklər. Seminar sentyabrın 24-də saat 15-də Lənkəran Dövlət Universitetində başlayacaq və ertəsi gün öz işini davam etdirəcək. Sentyabrın 25-də saat 18-də ölkəmizdə Rusya kitab sərgisi çərçivəsində keçirilən tədbirlərin yekunu olaraq Lənkəran Dövlət Universitetində mətbuat konfransı keçiriləcəkdir.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı