• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Martın 30-dan aprelin 4-dək Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr olunmuş “Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” I Respublika festivalı keçiriləcək.

Festivalın musiqi və incəsənət məktəblərinin şagirdləri arasında bəstəkarlıq, instrumental ifaçılıq, xor və solo oxuma nominasiyaları üzrə keçirilməsi nəzərdə tutulub.
Yarışmanın təşkilində məqsəd böyüməkdə olan nəslin mənəvi simasının formalaşmasında mühüm rolu olan milli musiqi gen yaddaşının fəallaşdırılması, musiqi və incəsənət məktəbləri şagirdlərində öz milli köklərinə, Azərbaycan xalq sənətinin əsaslarına marağın artırılmasıdır.
Festivalın şərtlərinə əsasən, iştirakçılar xalq musiqisi işləmələri və Azərbaycan ladları əsasında yazılmış bəstəkar pyesləri ifa etməlidirlər. Hər pyesin ifasından əvvəl iştirakçı əsərdə istifadə olunan ladın səs qatarı və kadanslarını səsləndirməlidir.
Qaliblər münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək. Mükafat yerlərini tutanlar “Festivalın laureatı” adına layiq görüləcəklər. Festivalın son günündə isə qaliblərin iştirakı ilə konsert keçiriləcək.


10 il əvvəl