SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Mart 13-də Təhsil Nazirliyinin Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli internat məktəbində “Fitnə”, “Şah və xidmətçi” və “Humayın yuxusu” adlı cizgi filmlərinin təqdimatı keçirilib.
Təhsil Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Bakı Şəhər Kino Xidməti İdarəsi, eləcə də Gözdən Əlillər Cəmiyyəti tərəfindən “Sərhədsiz kino” layihəsi çərçivəsində hazırlanmış bu filmlər görmə və eşitmə imkanları məhdud uşaqların başa düşməsi üçün tiflo və surdo şərhləri ilə təmin olunub.
Təqdimat mərasimində Təhsil, Mədəniyyət və Turizm, Gənclər və İdman, Rabitə və Yüksək Texnologiyalar, Səhiyyə nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Ombudsman Aparatının, Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edib.
Cizgi filmlərinin təqdimatından sonra şagirdlərin hazırladığı bədii proqram nümayiş olunub.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl