SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Humanitar və texniki fənlər üzrə məktəblilər arasında keçirilən Respublika fənn olimpiadalarının yarımfinal mərhələsi başa çatıb.
3700 şagirdin iştirak etdiyi Respublika fənn olimpiadalarının yarımfinal mərhələsi Bakı, Sumqayıt, Gəncə, Şirvan, Şəki, Mingəçevir, Lənkəran, Şamaxı, Ağdaş, Xaçmaz və Naxçıvanda yerləşən 11 mərkəzdə keçirilib.
İştirakçılara 25-30 test tapşırığı təqdim olunub. Qaydalara uyğun olaraq, şagirdlər 90 dəqiqə ərzində humanitar fənlər (Azərbaycan dili və ədəbiyyatı, tarix və coğrafiya) üzrə, 3 saat ərzində texniki (riyaziyyat, fizika, kimya, biologiya və informatika) fənlər üzrə sualları cavablandırıblar. Respublika fənn olimpiadalarının bu mərhələsində informatika üzrə imtahanlar kompüter əsaslı olub və 3 mərkəzdə (Bakı, Gəncə və Naxçıvan) keçirilib.
Yarımfinal mərhələsinin nəticələrinə əsasən, səkkiz fənn üzrə 400 nəfərə yaxın namizədin növbəti mərhələdə – finalda iştirak etməsi nəzərdə tutulub.
Qeyd edək ki, fənn olimpiadaları üç mərhələdən ibarətdir. Olimpiadanın I – rayon (şəhər) mərhələsində 8 fənn üzrə 22000 şagird iştirak edib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl