• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyi “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq ümumi təhsil müəssisələrinin müasir informasiya-kommunikasiya texnologiyaları ilə təminatı, tədrisdə dünya standartlarına cavab verən əyani vasitələrdən istifadə prosesini genişləndirir.

Martın 16-da “Labdisc” avadanlığı ilə təmin olunmuş 2 məktəbə - Bakı şəhəri Nərimanov rayonu 193 və Xətai rayonu 24 nömrəli məktəblərə mediatur təşkil olunub. Media nümayəndələri yeni avadanlıqlardan istifadə etməklə keçirilən fizika və kimya fənnləri üzrə “Açıq dərs”lərdə iştirak ediblər.
Mediatur çərçivəsində mətbuat nümayəndələrinə izah olunub ki, “Labdisc” məlumat qeydiyyat qurğusu 15 ədəd daxilə quraşdırılmış simsiz sensorlarla tam bir laboratoriya kimi fəaliyyət göstərir. Qurğu simsiz kommunikasiya vasitəsilə məktəbin bütün əsas texnologiya və avadanlıqları ilə tam inteqrasiya olunur. Kompüterlər, netbuklar, interaktiv lövhələr və planşetlərə qoşulmaqla sistem kabelsiz laboratoriya şəraitində yüksək fəallığı təmin edir. Bu isə dərs zamanı müəllimlə şagird arasında əməkdaşlığa, interaktiv tədrisə imkan yaradır, eyni zamanda texnoloji xərclərə qənaət edir.
Cihaz və proqram təminatından ibarət olan qurğu Azərbaycan dilini dəstəkləyir və “Windows”la Android istifadəçiləri tərəfindən asanlıqla istifadə olunur. Bununla yanaşı, fizika, kima və biologya dərslərində sınaqlar aparmaq üçün mobil araba işlənib hazırlanıb.
Azərbaycanın müstəqilliyi dövründə ilk dəfədir ki, ümumi təhsil məktəbləri üçün belə avadanlıqlar alınıb. Təhsil Nazirliyi artıq 50-dək ümumi təhsil müəssisəsinin yeni avadanlıqlarla təmin edilməsi prosesinə start verib.
Avadanlıqların köməyilə şagirdlər mürəkkəb sınaq işlər aparmaq, prosesi interaktiv lövhədə izləmək izləmək imkanı əldə edirlər. Eyni zamanda bu avadanlıqların mobil xüsusiyyətə malik olması onların istənilən məkanda istifadəsinə şərait yaradır.
Məktəblərin yeni avadanlıqlarla təminatı ilə yanaşı, onların tədrisi ilə məşğul olan müəllimlər üçün də təlimlər keçirilib. “Edumedia-Azərbaycan” şirkəti Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində 25 nəfərdən ibarət müəllim heyətinə təlimlər təşkil edib.
 


10 il əvvəl