• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Beynəlхalq Yer Günü”nə həsr olunan tədbir keçirilib

Aprelin 22-də  “Beynəlхalq Yer Günü” nə həsr olunmuş onlayn tədbir keçirilib. Tədbir Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Yaşıl Şəbəkə” ekoloji hərəkatının ekoklublarının iştirakı ilə baş tutub. 

 

Tədbirin keçirilməsində məqsəd məktəblilərin ekoloji biliklərinin artırılması, uşaq və gənclərin ekoloji hərəkatının genişləndirilməsindən ibarət olub. 

 

Tədbirdə, həmçinin, VI Ekoloji Foruma hazırlıq məqsədilə ekoklub liderlərinin və ekoloji aktivistlərin 10 ekoloji istiqamət - “Yaşıl iqtisadiyyat”, “Yaşıl turizm”, “Yaşıl aqrar”, “Yaşıl ətraf mühit”, “Yaşıl elm”, “Yaşıl yaradıcılıq”, “Yaşıl cəmiyyət”, “Yaşıl texnologiya”, “Yaşıl şəhər”, “Yaşıl liderlər” üzrə təqdimatları dinlənilib, təklifləri irəli sürülüb və müzakirələr aparılıb.       

  

Tədbirdə 100-ə yaxın gənc ekolider iştirak edib.


3 il əvvəl