• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Fənn müsabiqələrinin I mərhələsi keçirilir

VI-VII sinif şagirdləri arasında VI respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsinə start verilib.

 

Aprelin 26-da VI siniflər üçün riyaziyyat və informatika fənləri üzrə imtahan prosesi təşkil edilib. Aprelin 27-də isə VII siniflər üçün fizika, kimya və biologiya fənləri üzrə imtahan prosesinin təşkili nəzərdə tutulur.

 

Müsabiqə 25 mindən çox şagirdin iştirakı ilə Bakı şəhəri Naxçıvan Muxtar Respublikası da daxil olmaqla bütün bölgələr üzrə ümumilikdə 97 mərkəzdə təşkil edilib.

 

Fənn müsabiqələrinin yekun nəticələrinə (Respublika mərhələsinin nəticələrinə) əsasən, yeni tədris ili üçün beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinin dinləyiciləri müəyyən ediləcək.

 

Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsinəsas məqsəd istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.


3 il əvvəl