• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Lənkəran Dövlət Universitetinin yeni rektoru kollektivə təqdim olunub

Aprelin 26-da Lənkəran Dövlət Universitetinin (LDU) rektoru vəzifəsinə təyin olunmuş  Natiq İbrahimov universitetin kollektivinə təqdim edilib.

 

Natiq İbrahimovu kollektivə təqdim edən təhsil nazirinin müavini Firudin Qurbanov universitetin Elmi Şurasının üzvlərini yeni rektorun tərcümeyi-halı ilə tanış edib.

 

Son 5 il ərzində LDU-da tələbə kontigentinin bir neçə dəfə artdığını, maddi-texniki bazanın gücləndiyini, tədris prosesinin keyfiyyətcə yaxşılaşdığını qeyd edən nazir müavini sadalanan istiqamətlərdə görülən işləri yüksək dəyərləndirib. Firudin Qurbanov LDU-nun cənub regionunun inkişafında mühüm rol oynadığından da söz açıb. Nazir müavini bildirib ki, zamanın tələblərinə cavab verən savadlı, eyni zamanda vətənpərvər kadrların hazırlanması universitetlərin, professor-müəllim heyətinin əsas vəzifəsidir və ali təhsil ocaqları bundan sonrakı fəaliyyətlərində regionun tələbatını nəzərə almaqla kadr hazırlığına üstünlük verməlidirlər.

 

Natiq İbrahimov da öz növbəsində ona göstərilən etimadı doğruldacağını bildirib.


3 il əvvəl