• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Sloveniyada doktoranturada təqaüdlü təhsil imkanı

Sloveniya Respublikası Azərbaycan vətəndaşları üçün karstologiya sahəsində (geologiya elmləri) doktorantura səviyyəsi üzrə təhsil üçün təqaüd proqramı elan edir.   Təqaüd proqramı barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

Müəllimlərin işə qəbulu ilə bağlı yeniliklər

"Əsas həyat bacarıqları" mövzusunda distant təlimlər davam edir

Təhsil İnstitutu UNICEF (BMT-nin Uşaq Fondu) ilə birgə "Fövqəladə vəziyyət şəraitində uşaqlara və yeniyetmələrə məktəb əsaslı psixososial dəstəyin göstərilməsi" adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində cəbhəyanı ərazilərdə "Əsas həyat bacarıqları" mövzusunda distant təlimlər keçirilir. UNICEF tərəfindən hazırlanan "Əsas həyat bacarıqları" proqramının məqsədi cəbhəyanı bölgələrdə təhsil alan yeniyetmələrin gündəlik həyatlarında rastlaşdıqları çətinlikləri aradan qaldırmaq üçün bir sıra bacarıqlara yiyələnməsidir. Belə ki, təlimlər zamanı yeniyetmələrə “Stresin idarə olunması”, “Emosiyaların tənzimlənməsi”, “Özünü sağlam qiymətləndirmə”, “Fəal dinləmə”, “Empatiya”, “Dayanıqlıq” kimi bacarıqların aşılanması, inkişaf etdirilməsi və tətbiqi hədəf olaraq qarşıya qoyulub. Bərdə, Ağdam və Tərtər rayonlarında növbəti 100 müəllim üçün sözügedən təlimlər 12 akademik saat üzrə davam edir.  Qeyd edək ki, təlimdə iştirak edən müəllimlər tərəfindən aidiyyəti mövzular üzrə şagirdlər üçün məşğələlər keçiriləcək. Məşğələlərin may ayının sonuna qədər yekunlaşdırılması planlaşdırılır.   

Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı ictimai rəy öyrənilib

Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı ictimaiyyətin fikrinin öyrənilməsi, həmçinin prosesin təkmilləşdirilməsi məqsədi ilə sorğu keçirilib.   İctimai rəy öyrənildikdən sonra hazırda müəllim vəzifəsində çalışan şəxslərin yeni tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində iştirakı üçün şərait yaradılmasına qərar verilib. Həmçinin, müsabiqənin test imtahanı mərhələsinin regionlarda təşkili və vakansiya seçimi zamanı imtahan nəticələrinin toqquşması hallarında ötən ildə tətbiq olunan əmsalların cari ildə də tətbiqi nəzərdə tutulub.   Qeyd edək ki, namizədlərin imtahan nəticələri bir tədris ili ərzində qüvvədə qalacaq.

Birinci sinfə qəbulla bağlı yeni xidmətlər

Peşə təhsili üzrə dərsliklərin ictimai müzakirəsi təşkil edilir

Peşə təhsili üzə dərslik təchizatının yaxşılaşdırılması ilə yanaşı mövcud dərsliklərin məzmun və tədris aspektindən təkmilləşdirilməsi üzərində işlər aparılmaqdadır. Bu məqsədlə dərsliklər üzrə ictimai rəyin öyrənilməsi prosesinə başlanılıb.    Geyim üzrə dizayner, dərzi, tikiş maşınlarının operatoru və tikişçi, turizm təşkilatçısı, turizm sahəsində iaşə xidməti üzrə mütəxəssis və mehmanxana inzibatçısı ixtisasları üzrə, ümumilikdə  31 modul dərs vəsaiti www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsində yerləşdirilib. Sayta daxil olaraq qeyd edilən bölmədə yerləşdirilmiş modulların məzmunu ilə tanış olmaq və  xüsusi ayrılmış sahədə irad və təklifləri yazmaq  mümkündür. İctimai müzakirəyə çıxarılmış dərsliklər üzrə rəy və təkliflərin bildirilməsi üçün 15 günlük müddət müəyyən edilib.   Peşə Təhsili üzrə Dövlət Agentliyi  elm adamlarını, işəgötürənləri, təhsil işçilərini, valideynləri və bütün maraqlı tərəfləri müzakirəyə çıxarılmış dərsliklərə dair rəy, irad və təkliflərini bildirməyə dəvət edir.    Qeyd edək ki, peşə təhsili üzrə tədrisin keyfiyyətinin artırılması məqsədilə 2020-2021-ci tədris ilində ilk dəfə olaraq müxtəlif ixtisaslar üzrə dərsliklər dövlət büdcəsi hesabına çap edilərək peşə təhsili müəssisələrinə paylanılıb. Növbəti tədris ilində də dərslik təchizatının yaxşılaşdırılması istiqamətində işlərin genişləndirilməsi nəzərdə tutulub. Agentlik tərəfindən çapı nəzərdə tutulan bütün dərsliklərin ictimai müzakirəyə çıxarılması nəzərdə tutulur.  

I sinfə qəbulla bağlı “Whatsapp” hesabı yaradılıb

Təhsil Nazirliyi tərəfindən birinci sinfə şagird qəbulu ilə bağlı “Whatsapp” hesabı yaradılıb. Vətəndaşlar həmin “Whatsapp” platforması vasitəsilə də 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu prosesinin həyata keçirilməsinə dair suallara cavab tapa biləcəklər. Məqsəd birinci sinfə qəbul prosesi zamanı yaranmış sualları, həmçinin müraciətləri daha çevik və operativ cavablandırmaqdır.   Qeyd edək ki, 27 aprel saat 11:00-da növbəti tədris ili üzrə I sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına start verilib. Məktəb seçimi prosesinə isə aprelin 29-dan başlanılacaq. Şagirdlərin qəbulu prosesi www.mektebeqebul.edu.az  elektron portalı vasitəsilə aparılır.   Keçid: https://api.whatsapp.com/send/?phone=994512067848 “Whatsapp” nömrə: (+994) 51 206 78 48

“Virtual bələdçi” vasitəsilə I sinfə qəbulla bağlı suallarınız cavablandırılacaq

Təhsil Nazirliyinin rəsmi internet saytının “Sual-cavab” bölməsinə (https://edu.gov.az/az/faq) “Virtual bələdçi” xidməti əlavə edilib. Yeni xidmət vasitəsilə 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu prosesinin həyata keçirilməsinə dair suallarınıza cavab tapa bilərsiniz.    Qeyd edək ki, 27 aprel saat 11:00-da növbəti tədris ili üzrə I sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına start verilib. Məktəb seçimi prosesinə isə aprelin 29-dan başlanılacaq. Şagirdlərin qəbulu prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.  

IV siniflər PIRLS 2021-in əsas mərhələsində

Azərbaycanlı şagirdlər PIRLS 2021 beynəlxalq qiymətləndirmə tədqiqatının əsas mərhələsində iştirak edirlər.   Aprelin 27-dən etibarən Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən tədqiqatın pandemiya dövrünün qaydalarına uyğun olaraq həyata keçirilməsinə başlanılıb. Bütün ölkəni əhatə edəcək qiymətləndirmədə müxtəlif regionlar üzrə 200 məktəbdən təxminən 7000 şagirdin iştirakı nəzərdə tutulur. Qiymətləndirmə tədqiqatı üçün seçilmiş 254 sinifdən 120-si regionların payına düşür. Bu siniflərdən 201-i Azərbaycan, 53-ü isə rus bölməsi üzrədir.     Qeyd edək ki, PIRLS (Progress in International Reading Literacy Study) - Oxu Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Tədqiqat IV sinif şagirdlərinin oxuyub anlama bacarığını qiymətləndirmək məqsədilə Beynəlxalq Qiymətləndirmə Assosiasiyası tərəfindən hər 5 ildən bir təşkil olunur.

Birinci sinfə qeydiyyat başlayır

 Aprelin 27-si saat 11:00-dan 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir. Ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.   I sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına aprelin 27-dən, məktəb seçimi prosesinə isə aprelin 29-dan başlanılacaq.   Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il tarixində başa çatacaq.   2021-2022-ci tədris ili üzrə birinci sinfə qəbul, qeydiyyat prosesinin həyata keçirilməsi barədə əlavə məlumatı aşağıda təqdim olunan sual-cavab faylından, həmçinin videotəlimatdan əldə edə bilərsiniz:     2021-2022-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna dair suallar və onların cavabları

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı