• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Direktor vəzifəsinə işə qəbul üzrə müsahibələr mərhələli keçiriləcək

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin may-avqust aylarında keçirilməsi nəzərdə tutulub. 


Müsahibələr 4 mərhələdə təşkil ediləcək. İlkin mərhələ may ayında baş tutacaq. Birinci mərhələdə imtahan nəticəsi 36 baldan çox olan və şagird sayı 1000 nəfərdən çox olan 40 ümumi təhsil müəssissəsində vakant direktor vəzifəsini seçmiş namizədlərin iştirakı planlaşdırılır. İkinci mərhələdə imtahan nəticəsi 30 baldan çox olan və şagird sayı 500-1000 nəfər olan 72 ümumi təhsil müəssissəsində vakant direktor vəzifəsini seçmiş namizədlərin iştirakı nəzərdə tutulur. Üçüncü mərhələdə isə imtahan nəticəsi 26 baldan çox olan və şagird sayı 100-500 nəfər olan 323 ümumi təhsil müəssissəsində, dördüncü mərhələdə imtahan nəticəsi 24 baldan çox olan və şagird sayı 2-100 nəfər olan 189 ümumi təhsil müəssissəsində vakant direktor vəzifəsini seçmiş namizədlər iştirak edəcək.

 

Müsahibə mərhələsinə namizədlərin daha hazırlıqlı iştirakını təmin etmək məqsədilə müsabiqə proqramı və nümunəvi müsahibə sualları hazırlanıb. 

 

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə proqramı

 

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi üçün nümunəvi suallar:

- Peşəkar kompetensiyalar (qanunvericiliyə dair biliklər)

- İdarəetmə bacarıqları

- Dünyagörüşü və şəxsi keyfiyyətlər

 

Təhsil Nazirliyi direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsində iştirak edəcək bütün namizədlərə uğurlar arzu edir!


3 il əvvəl