• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Ağır atletika üzrə kişi və qadınlar arasında keçirilən Azərbaycan çempionatı başa çatıb.

Ağır Atletika Akademiyasında təşkil olunan çempionatda “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) yığma komandası da iştirak edib. Yığma komanda Təhsil Nazirliyinin tabeliyində olan idman məktəblərinin boks üzrə ən yaxşı yetirmələrindən formalaşdırılıb. Çempionatda uğurla çıxış edən “Təhsil” RİM-in idmançıları 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. Belə ki, 58 kq çəki dərəcəsində Ləman Əhmədova, 77 kq çəki dərəcəsində Əfqan Bayramov və  105 kq-dan ağır çəki dərəcəsində Azər Məmmədov I yeri tutublar.  105 kq çəki dərəcəsində Əli Əliyev fəxri kürsünün II, 85 kq çəki dərəcəsində Emin Qocayev və 94 kq çəki dərəcəsində Ceyhun Məhərrəmov III pilləsinə yüksəliblər.

Fevralın 2-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Gənclər Gününə həsr olunmuş konsert keçirilib.

Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən konsertdə təhsil naziri Mikayıl Cabbarov iştirak edib. Tədbirə həmçinin, mədəniyyət və incəsənət təmayüllü ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri, ümumi təhsil məktəblərinin direktorları da qatılıblar. Tədbirdə Bülbül adına orta ixtisas musiqi məktəbinin Prezident təqaüdçüləri və beynəlxalq müsabiqə laureatları violin, fortepiano və tarda Azərbaycan, həmçinin dünya bəstəkarlarının əsərlərini ifa ediblər, ariyalardan parçalar səsləndiriblər. Konsertdən sonra çıxış edən təhsil naziri Mikayıl Cabbarov 1996-cı ildə ümummilli lider Heydər Əliyev tərəfindən təsis olunan Gənclər Günü münasibətilə bütün gəncləri təbrik edib. Nazir dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı nəticəsində gənclər qarşısında geniş inkişaf üfüqlərinin açıldığını vurğulayıb. Azərbaycan musiqi mədəniyyətinin inkişafında Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolu olduğunu xatırladan Mikayıl Cabbarov Bülbül adına orta ixtisas musiqi məktəbinin rəhbərliyinə və şagirdlərinə uğurlar arzulayıb.

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146), Kommutator xidmətinə daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2015-cü ilin yanvar ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 4381 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,7 dəfə çox, 2014-cü il ilə müqayisədə isə 1,8 dəfə çox) və Kommutator xidmətinə 3000-ə yaxın zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 4214 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 545 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 1300 sənəd (440 ərizə, 691 məktub, 169 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlərdə daha çox təhsil sənədlərinin (diplomların) tanınması, ümumi təhsil müəssisələrində şagirdlərin yerdəyişməsi, tələbələrin ali təhsil müəssisələrinə bərpası və köçürülməsi, müəllimlərin yerdəyişməsi və işə qəbulu ilə bağlı məsələlər əksini tapıb. Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin bazar ertəsi (1018 zəng) və çərşənbə axşamı (1024 zəng) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:30-dan 16:30-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar ertəsi (969 müraciət) və çərşənbə (908 müraciət) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.

18-20 yaşlı gənclər arasında keçirilən sərbəst güləş üzrə “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) Respublika birinciliyi başa çatıb.

13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində təşkil olunan yarışda Təhsil Nazirliyinin tabeliyində olan 21 idman məktəbinin 130 yetirməsi iştirak edib. 9 çəki dərəcəsi üzrə keçirilən yarışları Azərbaycan Güləş Federasiyasının təyin etdiyi beynəlxalq dərəcəli hakimlər heyəti  idarə edib. Yarışın məqsədi sərbəst güləş idman növü üzrə “Təhsil” RİM-in yığma komandasını müəyyənləşdirməkdən ibarətdir. Birincilikdə komanda hesabında I yeri Abşeron Uşaq-Gənclər İdman Məktəbinin, II yeri 6 nömrəli Uşaq-Gənclər Güləş Məktəbinin, III yeri “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialının komandası tutub. Yarışda yüksək nəticə göstərən idmançılar arasından “Təhsil” RİM-in yığma komandasına üzvlər seçilib. Bu güləşçilərdən ibarət yığma komanda fevral ayında həmin yaş qrupu üzrə Azərbaycan birinciliyində “Təhsil” RİM-i təmsil edəcək.

Boks üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi başa çatıb.

Şağan Olimpiya İdman Kompleksində keçirilən yarışda 20 komanda mübarizə aparıb. Birincilikdə “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) yığma komandası da iştirak edib. Mərkəzin yetirmələri 1 qızıl, 2 qümüş və 4 bürünc medal qazanaraq komanda hesabında IV yerə layiq görülüb. Fərdi yarışlarda da RİM-in yetirmələri uğurlu nəticələr göstəriblər. 80 kq çəki dərəcəsində Məhəmməd Abdullayev fəxri kürsünün birinci pilləsinə, 48 kq çəki dərəcəsində Elvin Səfərov və 57 kq çəki dərəcəsində İsmayıl Səfərli ikinci pilləsinə, 70 kq çəki dərəcəsində Elvin Atakişiyev, 75 kq çəki dərəcəsində Nurlan Əlizadə, 80 kq çəki dərəcəsində Əli Həşimli və 80 kq-dan yuxarı çəki dərəcəsində İlkin İsmayılov üçüncü pilləsinə yüksəliblər.

2 Fevral - Gənclər Günü münasibəti ilə “Buta Palace”da istedadlı və yaradıcı gənclərin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, həmçinin gənclər təşkilatlarının rəhbərləri, fəal gənclər və digər qonaqlar iştirak ediblər. Mərasimdə “2015-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq, elm, mədəniyyət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən Elnur Həsənova, Seymur Hüseynova, Zafiq Xəlilova, Xədicə Novruzovaya, Fərid Sadıxlıya və Ceyla Seyidovaya Prezident mükafatı təqdim olunub.

“2015-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən elm, mədəniyyət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən və mükafatlandırılan gənclərdən biri də Xədicə Novruzovadır.

Xədicə Novruzova 1995-ci ildə Bakıda doğulub, 219 nömrəli tam orta məktəbi bitirib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyor sənəti fakültəsinin II kursunda təhsil alır.    - Prezident mükafatına layiq görüldüyünüzü eşidəndə hansı hissləri keçirdiniz?         - Əvvəla bu mükafata layiq görüldüyüm üçün hörmətli Prezidentimiz cənab İlham Əliyevə  təşəkkür edirəm. Bu xəbəri ilk olaraq anamdan eşitdim, o, sevindiyindən ağlayaraq məni qucaqladı, öpdü. Özümü yuxuda hiss edirdim, bunun gerçək olduğuna inana bilmirdim. Biz bir yerdə saytlarda sərəncamla tanış olduqdan sonra özümə gəldim. Dostlar, qohumlar, tanışlar mənə zəng vuraraq təbrik edirdi. Bu mükafat mənə daha yaxşı çalışmağa və ölkəmizə layiqli gənc kimi yetişməyə böyük stimul oldu.   - Mükafatlandırılma mərasimi necə xatirinizdə qaldı? - Mərasim çox gözəl və möhtəşəm təşkil olunmuşdu. O anları yaşamaq lazımdı, hisslərin sözlə ifadəsi mümkün deyil. Siz inana bilməzsiniz ki, mən 15 il çalışdığım teatr səhnəsindən daha çox “Buta Palace”ın səhnəsində həyəcan keçirdim. Mükafatı və diplomu əlimə alana qədər inana bilmirdim.   -Mükafat demişkən, sizə mükafat olaraq verilən pulu nəyə xərcləmək fikrindəsiniz?    -Bu, mənim üçün o qədər ani oldu ki, heç düşünməyə vaxtım olmayıb. Çox güman ki, gələcək təhsilim və işim üzrə planlaşdıracam. Təbii ki, ailəmlə məsləhətləşdikdən sonra.   - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənəti üzrə təhsil alırsınız. Aktyorluq özünüzün seçimidir, yoxsa belə alınıb?    -Mənim ailəm incəsənət sahəsində çalışan insanlardı. Babam aktyor və rejissor, əməkdar mədəniyyət işçisi Məmmədkamal Kazımovdur. Məni həmişə onun davamçısı adlandırırlar. Anam teatrşünasdır, atam da aktyorluq üzrə təhsil alıb. Hətta qardaşım turizm üzrə ixtisaslaşsa da, incəsənətlə maraqlanan insandır.   -Deməli, uşaq yaşlarınızdan teatr, səhnə sizə tanışdı. Bəs bir aktrisa olaraq səhnə ilə tanışlığınız nə vaxt yaranıb?     -Səhnə ilə tanışlığım 15 il bundan əvvələ gedib çıxır. İlk dəfə Akademik Milli Dram Teatrında Elçinin əsəri əsasında Azərpaşa Nemətovun səhnələşdirdiyi “Mənim ərim dəlidir” tamaşasında səhnəyə çıxmışam və orada 5 yaşlı qonşu qızı rolunu oynamışam.          Səhnəyə sevgim indi də ilk gündə olduğu kimidir, teatra marağım illər ötdükcə daha da artır. Səhnə, auditoriya elə bir yerdir ki, orda olanda sanki səmadasan və yerlə-göyün arasında sənin üçün ayrılmış xüsusi bir fəza var, ora düşürsən. Mən səhnə ilə yaşayıram.   -Səhnəyə, teatra bu qədər bağlı olmağınız təhsilinizə mane olmur ki?  -Tələbə olmaq çox maraqlıdı. Bizim universitetdə dərsin keyfiyyəti, tələbələrə münasibət çox yaxşıdı. Yaxşı tələbə olmaq yaxşı oxumaq deməkdi.  Nə qədər oxusan, dünya, yaxud yerli ədəbiyyatla nə qədər çox tanış olsan, bir o qədər savadlı olarsan. Hər kəsin səhnədə heyranlıqla izlədiyi aktyorlar bizim universitet müəllimlərimizdi. Savadlı aktyor olmaq irəli getmək üçün yeganə yoldu. Kino, film çəkilişləri bəzən 5-10, hətta daha çox dublla çəkilir, ancaq teatrda aktyorun belə imkanı yoxdu. Səhnə səhvi bağışlamır. Teatr aktyoru əhatəli, məlumatlı olmalıdır. O, oynadığı obrazı tanımalıdır. Əgər bu tarixi bir obrazdırsa, bu zaman ikiqat məsuliyyət daşıyırsan, həm tarixi bilməlisən, həm də rejissorun istədiyi duyğuları çatdırmalısan.   -Oynadığınız hansı tamaşalar sizin hafizənizdə dərin iz buraxıb? –25-26 fevral tarixlərində Hüseynbala Mirələmovun “Xəcalət” tamaşası səhnəyə qoyulacaq, biz o tamaşa ilə dünyanın bir çox teatrlarında çıxış eləmişik və hətta Çexov teatr festivalında “Ən yaxşı aktyor oyununa görə” mükafatı almışıq. Serbiyada, Belarusda, Gürcüstanda, Maltada və bir çox başqa ölkələrdə də çıxışlarımız olub. Çıxış etdiyim tamaşalardan “Kabuslar”, “Brüsselden məktublar”, “Müsyö Jordan”, “Poçt şöbəsində xəyal”, “Qaraca qız”, “Mənim ərim dəlidir”, “Xəcalət” və s. yaddaşımda qalıb. Yerli aktyorların çoxuyla uzun illər birgə çalışmışıq və mən özümü onların tələbəsi kimi hiss eləmişəm. Korifeylərlə də eyni səhnəni bölüşdüyüm tamaşalar olub.   -Gənclərin teatra münasibəti sizi qane edirmi?   -Azərbaycanda kifayət qədər teatr sevənlər var. Paytaxtda səhnələşdirdiyimiz tamaşalar auditoriyanı cəlb edə bilir, anşlaqla keçən hər çıxışa görə biz öz tamaşaçılarımızdan razı qalırıq. Hətta bölgələrə qastrol səfərlərinə gedəndə hər tamaşa anşlaqla keçir, tamaşaçıların əksəriyyəti gənclər olur, teatrda hər yer dolu olur və alqışlar, təriflər dayanmır. Bu bizi inanılmaz dərəcədə sevindirir.   -Sonda ürək sözlərinizi eşitmək istərdik.   -Mən Gənclər Günü münasibəti ilə gəncləri təbrik edirəm, hər kəsə uğurlar arzulayıram. Biz gəncləri diqqətdə saxladığına görə Prezidentimiz başda olmaqla bütün dövlət qurumlarına minnətdarlığımı bildirirəm. Sonda hər kəsi  tamaşalarımıza baxmağa dəvət edirəm. Teatr dünyası çox dərindi və maraqlı tamaşalarımız  da çox olur, gəlin izləyin, qiymət verin. Biz sizin üçün çalışırıq. 

2009-cu ildə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman məktəblərinin yetirmələri 300-dən artıq olimpiya oyunları, dünya, Avropa çempionatı və digər mötəbər turnirlərdə iştirak edərək yüksək nəticələr qazanıblar.

 Onlar beynəlxalq yarışlarda ümumilikdə 168 medal (57 qızıl, 51 gümüş, 60 bürünc) əldə ediblər. Ötən il digər idmançılarımız kimi şahmatçılarımız üçün də uğurlu olub. Ötən ilin iyun ayında Bakı şəhəri 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbinin komandası Bolqarıstanda keçirilən məktəblilərin Avropa komanda çempionatında yüksək nəticə əldə edərək müstəqillik dövründə ilk dəfə birinci yerə çıxıb. Həmin məktəbin yetirməsi Məmmədzadə Günay Türkiyənin Antalya şəhərində uşaq, yeniyetmə və gənclər arasında 6 yaş qrupu üzrə keçirilən dünya birinciliyində 8-10 yaşlılar arasında dünya çempionu adına layiq görülüb. Bakı şəhəri 2 nömrəli Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Qədimli Abdulla iyun ayında Gürcüstanın Batumi şəhərində keçirilən 8 yaşadək şahmatçılar arasında Avropa birincisi olub, Ucar rayon Şahmat Məktəbinin yetirməsi Xatın Bağırova Fransanın Nitsa şəhərində qadınlar arasında keçirilən beynəlxalq turnirdə I yerə çıxıb. "Təhsil" Respublika İdman Mərkəzinin Sumqayıt filialının yetirməsi Cəlilov Cəlil Macarıstanda keçirilən cüdo üzrə yeniyetmələrin dünya birinciliyində II, Sloveniyada keçirilən yeniyetmələrin Avropa birinciliyində II və Finlandiyada keçirilən yeniyetmələrin Olimpiya həftəsində I yeri tutaraq qızıl medal qazanıb. Həmin məktəbin digər yetirməsi Fəqan Eminoğlu isə Ermənistanda gənclər arasında keçirilən cüdo üzrə Avropa birinciliyində II yeri tutub. Bakı şəhər 19 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Baxşəliyev Ələkbər Türkiyənin Anapa şəhərində keçirilən boks idman növü üzrə keçirilən məktəblilərin Avropa birinciliyində I yeri tutub. Bakı şəhər 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Müşkiyev İlqar cüdo üzrə 55 kiloqram çəki dərəcəsində Türkiyədə kişilər arasında keçirilən beynəlxalq turnirdə III, Polşada keçirilən “A” kateqoriyalı beynəlxalq turnirdə I, Ermənistanda gənclər arasında keçirilən Avropa çempionatında II və Fransada keçirilən dünya çempionatında II yeri tutmağa nail olub.

Yanvarın 7-də Təhsil Nazirliyində ali təhsil müəssisələrinin rəhbərləri ilə müşavirə keçirilib.

Müşavirədə "2009-2010-cu tədris ilinin qış imtahan sessiyasının keçirilməsi barədə", "Ali təhsil müəssisələrinin reytinqini müəyyənləşdirən metodikanın təqdimatı", "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramının icrası", "Ali təhsil müəssisələrində təhsil sənədlərinin (diplomların) alınması, saxlanılması, doldurulması, verilməsi və uçotu haqqında" məsələlər müzakirə olunub. Müşavirəni açan təhsil naziri Misir Mərdanov müzakirəyə çıxarılan məsələlərin vacibliyini qeyd edib. Nazir bildirib ki, son illər həyata keçirilən tədbirlər, xüsusən də Təhsil Nazirliyində Mərkəzi Operativ Qərargahın, "Qaynar xətt" xidmətinin, ali məktəblərdə müvafiq qərargahların yaradılması, qeyri-hökumət təşkilatlarının Təhsil Nazirliyi ilə birgə imtahan sessiyasının gedişinə nəzarət etməsi, neqativ halların aradan qaldırılması üçün görülmüş operativ işlər nəticəsində semestr və dövlət imtahanlarında obyektivliyin və şəffaflığın təmin edilməsi istiqamətində mühüm uğurlar qazanılıb. Nazir həmin vasitələrdən istifadə olunmaqla builki qış imtahan sessiyasının da yüksək səviyyədə keçiriləcəyinə əmin olduğunu vurğulayıb. Köçürmələrlə bağlı yaranmış narahatlığı ali məktəb rəhbərlərinin diqqəti­nə çatdıran Misir Mərdanov son vaxtlar köçürmələr edilərkən kredit sisteminin tələblərinin az da olsa, pozulduğunu, köçürülən tələbələr fənləri dinləmədən onlara göndərişlər verildiyini, fərq imtahanlarında qiymətlər yazıldığını və kreditlər hesablandığını, bütün bunların isə həmin tələbələrdə haqlı narazılığa səbəb olduğunu bildirib, ali təhsil müəssisələrinin rəhbərlərinə bu məsələləri diqqət mərkəzində saxlamağı tövsiyyə edib. Təhsil sənədlərinin alınması, saxlanılması, doldurulması, verilməsi və üçotuna toxunan nazir bunların çox ciddi məsələlər olduğunu bildirərək müvafiq qaydalara dəqiq əməl edilməsinin vacibliyini ali təhsil müəssisələrinin rəhbərlərinin diqqətinə çatdırıb. Təhsil naziri onu da qeyd edib ki, ölkəmizin ali məktəblərinə daxil olanların hamısına, layiq oldu, olmadı, ali təhsil almaları barədə diplomlar verilir. Halbuki xarici ölkələrin universitetlərində oxuyanların, təxminən, 70 faizinin diplom ala bildiyini söyləyən Misir Mərdanov mütəxəssis hazırlığının keyfiyyətinə, ali məktəblərin nüfuzuna mənfi təsir göstərən bu məsələ barədə də fikirləşməyin vaxtının çatdığını vurğulayıb. Ali məktəblərin reytinqinin müəyyənləşdirilməsi barədə fikirlərini müşavirə iştirakçıları ilə bölüşən nazir bildirib ki, Təhsil Nazirliyində artıq ilyarımdır ki, bununla bağlı iş aparılır. Müvafiq metodika hazırlanıb rəy və təkliflərin bildirilməsi üçün ali məktəblərə göndərildiyini nəzərə çatdıran nazir qeyd edib ki, təqdim olunan sənəd hazırlanarkən dünyanın bir sıra ölkələrinin bu sahədəki təcrübələri nəzərə alınıb. Təqdim olunan metodikaya əsasən ali məktəbin reytinqinin üç meyarın - ali məktəbin potensialı; ali məktəbin fəallığı və təhsilin keyfiyyəti; beynəlxalq aləmdə tanınması - cəminə əsasən müəyyən olunduğunu bildirən Misir Mərdanov hər bir meyarı müəyyənləşdirmək üçün istifadə olunan indikatorlar haqqında da geniş məlumat verib. Təqdim olunan metodika ətrafında müşavirədə geniş fikir mübadiləsi aparılıb. Çıxış edən ali məktəb rektorları öz rəy və mülahizələrini söyləyib, təkliflərini bildiriblər. Daha sonra müşavirə  iştirakçılarına "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın icrası çərçivəsində görülmüş işlər barədə məlumat verilib. Qeyd olunub ki, proqramın icrası ilə əlaqədar Təhsil Nazirliyinin Fəaliyyət planı hazırlanıb, Elmi-Koordinasiya Şurası və islahat istiqamətləri üzrə işçi qrupları yaradılıb. Nazir Dövlət Proqramının müvafiq bəndinə uyğun olaraq ayrı-ayrı ali təhsil müəssisələrinin İnkişaf proqramlarının hazırlanmalı olduğunu bildirib və həmin sənədlərdə əksini tapması zəruri olan məsələləri diqqətə çatdırıb.

Fevralın 15-də 47-ci Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək Azərbaycan milli komandasına namizədlərin seçilməsi üzrə müsabiqənin zona mərhələsi keçiriləcək.

Bu mərhələnin keçirilməsi üçün respublika üzrə 10 mərkəz (Bakı, Gəncə, Mingəçevir, Şəki, Şirvan, Şamaxı, Ağdaş, Lənkəran, Xaçmaz və Naxçıvan) seçilib. Zona mərhələsində respublikanın bütün rayon və şəhərləri üzrə rayon, şəhər mərhələsində 19-dan yüksək bal toplamış 693 şagird iştirak edəcək. Bu mərhələdə suallar M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının mütəxəssisləri tərəfindən nisbətən çətinləşdirilmiş qapalı test və açıq tipli formatda hazırlanacaq. 30 sualın cavablandırılması üçün şagirdlərə 4 saat vaxt veriləcək. Kimya üzrə dünya olimpiadaları dərinləşdirilmiş proqram üzrə keçirildiyindən sualların cavablandırılması kimya fənni ilə yanaşı, fizikaya dair biliklərin də olmasını tələb edir. Buna görə zona mərhələsində iştirak edəcək şagirdlərin ümumi proqramla yanaşı, kimyəvi elementlərin radioaktiv parçalanması, yarımparçalanma dövrü, radioaktivlik sıraları, kimyəvi reaksiyaların istilik effekti, sürəti, tarazlıq sabiti, suyun ion hasili, hidrogen göstəricisi, pH anlayışı, elektroliz, Faradey qanunları, aromatik və heterotsiklik maddələr, aromatik turşular mövzularına diqqət yetirmələri tövsiyə olunur. Seçim turunun respublika mərhələsi M.V.Lomonosov adına MDU-nun Bakı filialında keçiriləcək. Şagirdlər 20 çətinləşdirilmiş qapalı testi və açıq tipli sualları cavablandıracaqlar. 80 ölkədən 300-dən artıq məktəblinin iştirak edəcəyi 47-ci Beynəlxalq Kimya Olimpiadası iyulun 20-dən 29-dək Bakı şəhərində keçiriləcək. Qeyd edək ki, Beynəlxalq Kimya Olimpiadası ilk dəfə 1968-ci ildə 5 ölkənin iştirakı ilə Çexoslovakiyada (indiki Çexiyada) təşkil olunub. 2013-cü ildə keçirilmiş 46-cı olimpiada 75 ölkədən 300 şagirdin iştirakı ilə Vyetnamın Hanoy şəhərində keçirilib. Azərbaycan məktəbliləri bu olimpiadada 2002-ci ildən iştirak edir və bu günədək onlar 5 qızıl, 5 gümüş, 14 bürünc olmaqla, ümumilikdə 24 medal qazanıblar. 47-ci Beynəlxalq Kimya Olimpiadası ilə bağlı ətraflı məlumat olimpiadanın rəsmi internet saytında (http://icho2015.msu.az/) yerləşdirilib.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı