• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyi Doktorantların və gənc tədqiqatçıların XIX Respublika elmi konfransını keçirəcək.

Azərbaycan Dövlət İqtisad Universitetində 7-8 aprel 2015-ci il tarixlərində təşkil ediləcək konfransa Təbiət elmləri, Texnika elmləri, Sosial-humanitar elmlər və iqtisadiyyat istiqamətləri üzrə məruzələr təqdim oluna bilər. Məruzə tezisləri müvafiq ali təhsil müəssisələrinin doktorantura şöbələrinə təqdim edilməlidir.   ELAN

Təhsil Nazirliyində nazirliyin tabeliyində olan ali təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

Görüşdə iyunun 12-dən 28-dək Bakıda keçiriləcək I Avropa Oyunlarının təşkili işinə tələbə könüllülərin cəlb olunması və digər aidiyyəti məsələlər müzakirə edilib. Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının tarixi əhəmiyyətini vurğulayaraq, oyunların uğurla keçirilməsinin vacib hissəsinin könüllülərin işi olduğunu qeyd edib. Bu sırada tələbələrin xüsusi yeri vardır. Dünyanın müxtəlif ölkələrində böyük miqyaslı tədbirlərin keçirilməsinə tələbə könüllülərin cəlb olunması və bu işin koordinasıyası xüsusi əhəmiyyət kəsb edir. Bu fəaliyyət ictimai maraqlara xidmət etməklə bərabər, tələbələrin öz bacarıqlarını inkişaf etdirmək, iş təcrübəsi qazanmaq, yeni insanlarla tanış olmaq baxımından da faydalıdır. Nazir bildirib ki, Azərbaycanda da mütəmadi olaraq təşkil edilən beynəlxalq əhəmiyyətli tədbirlərə könüllülərin cəlb olunması ənənəsi vardır. Bu təcrübədən I Avropa Oyunları zamanı yararlanmaq, eləcə də könüllülük fəaliyyətinin koordinasiyası vacib məsələlərdəndir.  Görüşdə çıxış edən ali təhsil müəssisələrinin rəhbərləri qeyd ediblər ki, I Avropa Oyunlarında tələbələrin könüllü kimi iştirakına maraq genişdir. Könüllü olacaq tələbələr müvafiq təlimlər keçəcək və tədbirlərdə iştirak tarixinə, vəzifə funksiyalarına və xidmət yerlərinə görə şərti olaraq 3 qrupa bölünəcəklər. Birinci qrup iyunun 12-də açılış və 28-də bağlanış mərasimlərində iştirak edəcək. İkinci qrupun köməyindən iyunun 1-dən 30-dək bütövlükdə Avropa Oyunları müddətində istifadə edilməsi nəzərdə tutulub. Üçüncü qrup isə hazırlıq işlərinə qatılacaq. Bu fəaliyyətin koordinasiyası və Bakı Avropa Oyunları üzrə Əməliyyat Komitəsi (BAOƏK) ilə qarşılıqlı əlaqənin təmin edilməsi üçün ali təhsil müəssisələrində əlaqələndirici nümayəndə təyin olunacaq. Qeyd edək ki, Avropa Oyunları bu qitəni əhatə edən 49 ölkədən olan atletlər üçün çoxnövlü idman tədbiridir və dörd ildə bir dəfə keçiriləcək. İlk Avropa Oyunlarının keçirilməsi hüququ Azərbaycana verilib.

Azərbaycanın trek velosipedi üzrə yığma komandası Portuqaliyada keçirilən beynəlxalq yarışdan uğurla qayıdıb.

Təhsil Nazirliyinin idman məktəbinin yetirmələri də Azərbaycan yığma komandasının üzvləri kimi yarışda iştirak ediblər. Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı “Trofeu CAR Anadia” turnirində 10 ölkənin (Portuqaliya, İtaliya, Niderland, Azərbaycan, Türkiyə, İsveçrə, Avstraliya, Fransa, Rusiya və Yeni Zelandiya) 100-dən artıq idmançısı mübarizə aparıb. Azərbaycan idmançıları yarışda 2 qızıl və 1 bürünc medal qazanıblar. Həm 200, həm də 500 metr məsafəyə mübarizədə bütün rəqiblərindən üstün olan yığma komandamızın lideri Olqa İsmayılova hər iki növdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yığmanın gənc üzvü, Təhsil Nazirliyinin 8 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Nicat Niftəliyev isə 200 metr məsafəyə sprint yarışında 3-cü nəticə göstərib və əsas finala vəsiqə qazanıb. Yarışın bu mərhələsində də inamla çıxış edən təmsilçimiz yekunda bürünc medal əldə edib. Bu, 18 yaşlı Nicatın beynəlxalq yarışlarda qazandığı ilk medaldır.

Şağan Olimpiya İdman Kompleksində yeniyetmə və gənclər arasında keçirilən sambo üzrə Azərbaycan birinciliyində “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) yığma komandası uğurla iştirak edib.

34 komandanın qatıldığı yarışda 385 idmançı qələbə uğrunda mübarizə aparıb. Gərgin keçən mübarizədə “Təhsil” RİM-in 14 yetirməsi fərqlənib. 16-18 yaşlı yeniyetmələr arasında müxtəlif çəki dərəcələrində Namiq Abbasov, Aslan Mirzəyev I yerə, Əliş Yusifov, Balabəy Ağayev, Aqşin Məhəmmədzadə, Qasım Şirinov, Nicat Aslanov və Ehtiram Babazadə III yerə layiq görülüblər. 19-20 yaşlı gənclər arasında isə müxtəlif çəki dərəcələrində Ceyhun Babayev I yeri, Ələsgər Əsgərov II yeri, Əmrah Bayramov, Elşad Adıgözəlzadə, Eyvaz Nəsibli və Xəlil Cəlilzadə III yeri tutublar.

Mingəçevir şəhərində və Yevlax, Bərdə, Ağdaş rayonlarında yaşayan vətəndaşların nəzərinə!

Təhsil naziri Mikayıl Cabbarov 16 fevral 2015-ci il tarixində saat 11:00-da Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Mingəçevir şəhərində və Yevlax, Bərdə, Ağdaş rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Qəbula gəlmək istəyən vətəndaşlar 11, 12 və 13 fevral 2015-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyatı məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində gənclərin 2015-2016-cı tədris ilində xaricdə təhsil almaları məqsədilə seçilmiş ali təhsil müəssisələrinin və prioritet ixtisas istiqamətlərinin siyahıları təsdiq olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya sədrinin 9 fevral 2015-ci il tarixli, 8 nömrəli sərəncamı ilə təsdiq olunmuş siyahılara əsasən, 2015-2016-cı tədris ilində gənclər Dövlət Proqramı çərçivəsində dünyanın 33 ölkəsinin 419 ali təhsil müəssisəsində müvafiq prioritet ixtisas istiqamətlər üzrə təhsil almaq məqsədilə müraciət edə biləcəklər. Prioritet ixtisas istiqamətlərinin əhatəliliyinin genişlənməsi, yüksək texnologiyalar, sənaye, ekologiya kimi yeni ixtisas istiqamətlərinin əlavə olunması tələbələrə ölkənin inkişaf prioritetlərinə uyğun olaraq, geniş seçim imkanı yaradacaqdır. Prioritet ixtisas istiqamətləri I və II dərəcəli olmaqla müəyyən edilib. Bu il keçiriləcək müsabiqədə əsas üstünlük I dərəcəli ixtisas istiqamətlərinə veriləcəkdir. 2015-2016-cı tədris ili üçün gənclər Dövlət Proqramına yalnız müəyyən olunmuş prioritet ixtisas istiqamətləri üzrə müraciət edə biləcəklər. Eyni zamanda, 2015-2016-cı tədris ili üçün Dövlət Proqramına namizədlərin seçimi prosesində təhsillərini xarici ali təhsil müəssisələrinin magistratura və doktorantura səviyyələrində davam etdirmək istəyən gənclər üstünlüyə malik olacaqlar. Hazırda Təhsil Nazirliyi sənəd qəbulu prosesinin daha səmərəli təşkili məqsədilə hazırlıq işləri həyata keçirməkdədir və 2015-2016-cı tədris ili üçün Dövlət Proqramı çərçivəsində sənəd qəbulu prosesinin başlanması və başa çatması tarixləri haqqında ən qısa zamanda ictimaiyyətə əlavə məlumat verəcəkdir. Vətəndaşlardan sənəd qəbulu prosesi başlayana qədər sənədlərini Təhsil Nazirliyinə şəxsən və ya poçt vasitəsilə təqdim etməmələri xahiş olunur. Rəsmi şəkildə elan olunmuş sənəd qəbulu prosesindən kənar təqdim olunmuş heç bir sənəd nəzərə alınmayacaqdır. Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2007-ci ildə qəbul olunmuş və dövlət başçısının xüsusi qayğısı ilə gerçəkləşdirilən Dövlət Proqramı dünyada çox az təsadüf olunan unikal layihədir. Müvafiq ekspertlər ölkənin prioritet ixtisaslar üzrə kadr potensialına olan ehtiyacının ödənilməsi baxımından bu layihənin əhəmiyyətini yüksək dəyərləndirirlər. Qeyd edək ki, ötən tədris ilində 573 tələbənin adı dünyanın nüfuzlu ali məktəblərində təhsil almaq hüququ qazanmış Dövlət Proqramı təqaüdçüləri siyahısına daxil edilib. Ötən ilki seçimlərdə bakalavriatdan sonrakı təhsil səviyyələrinə üstünlük verilib. Belə ki, seçimlər nəticəsində 310 nəfər magistratura, 44 nəfər doktorantura, 65 nəfər rezidentura təhsili almaq hüququ qazanıb. Ölkəmiz üçün prioritet müəyyən olunan mühəndislik, tibb, informasiya texnologiyaları sahəsində yüksək göstəricilərə malik 154 tələbə isə baza ali tibb və bakalavriat səviyyələrində təhsil almaq imkanı əldə edib. Sevindirici haldır ki, ilk dəfə olaraq, ötən il 9 nəfər kənd təsərrüfatı, 14 nəfər isə təhsilin təşkili və idarəolunması kimi vacib sahələr üzrə təhsil almaq hüququ qazanıb. Dövlət Proqramı çərçivəsində indiyədək 3185 təqaüd dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq üçün ayrılıb.   "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Azərbaycan gənclərinin 2015-2016-cı tədris ilində xaricdə təhsil almaları məqsədilə müəyyən edilmiş xaricdə təhsil proqramının I və II dərəcəli prioritet ixtisas istiqamətləri       "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Azərbaycan gənclərinin 2015-2016-cı tədris ilində xaricdə təhsil almaları məqsədilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı

Fevralın 11-də Təhsil Nazirliyi, “British Council” və “İnkişaf Naminə İdman” İctimai Birliyi arasında əməkdaşlığa dair niyyət protokolunun imzalanması mərasimi keçirilib.

Mərasimdə Təhsil Nazirliyinin rəsmiləri, “British Council”un Azərbaycan üzrə rəhbəri və “İnkişaf Naminə İdman” İctimai Birliyinin sədri iştirak ediblər. Tədbirdə məlumat verilib ki, birgə əməkdaşlıq çərçivəsində “TOPs Proqramı – şagirdlərin fiziki sağlamlığı, psixoloji dayanıqlılığı və təlim nailiyyətlərinin yüksəldilməsi“ üzrə nümunəvi layihə hazırlanıb və “Bakcell” şirkətinin dəstəyi ilə 2015-ci ilin əvvəlindən ilkin mərhələnin icrasına başlanıb. “İnkişaf Naminə İdman” İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin məqsədi ümumi təhsil məktəblərində fiziki tərbiyə fənnini tədris edən müəllimləri bu fənn üzrə müasir tədris metodikası – TOPs proqramı ilə təmin etməkdir. Britaniyalı mütəxəssislər tərəfindən yaradılmış və Birləşmiş Krallıqda geniş istifadə olunan bu proqramın tətbiqi təhsil alanların hərəkət bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılmasına, təhsil aldıqları müddətdə onların fiziki-psixoloji sağlamlığının qorunmasına xidmət edəcək. Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, şagirdlərin fiziki sağlamlığı, psixoloji dayanıqlılığı və təlim nailiyyətlərinin bədən təbiyəsi və idman vasitəsilə yüksəldilməsi müasir təhsil üçün prioritet istiqamətlərdəndir. Bu layihə də “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, müvafiq tədbirlər və fəaliyyət istiqamətləri nəzərə alınaraq həyata keçiriləcək. “British Council” təşkilatının Azərbaycan üzrə rəhbəri Elizabet Uayt təmsil etdiyi qurumun ölkəmizdə həyata keçirdiyi layihələrdən və Təhsil Nazirliyi ilə yaranmış işgüzar əməkdaşlıqdan danışıb. Milli Olimpiya Komitəsinin üzvü, “İnkişaf Naminə İdman” İctimai Birliyinin sədri Mehman Kərimov TOPs proqramının tarixi və onun şagirdlərin hərəkət bacarıqlarının inkişafı, fiziki-psixoloji sağlamlığının qorunmasına dair faydalı cəhətləri haqda məlumat verib. Layihə çərçivəsində TOPs metodikası vasitəsilə fiziki tərbiyə dərslərinin və idman məşğələlərinin daha səmərəli və innovativ formada tədrisi üçün müəllimlər üçün metodiki vəsaitin hazırlanması nəzərdə tutulub. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəbbət Vəliyeva bu layihə çərçivəsində fiziki tərbiyə müəllimlərinin müasir tədris vəsaitləri ilə təmin olunmasını müsbət dəyərləndirib. Yeni metodların fiziki sağlamlığında problemi olan məktəblilər üçün əlavə imkanlar yaratması da təqdirəlayiqdir. Sonda Təhsil Nazirliyi, “British Council” və “İnkişaf Naminə İdman” İctimai Birliyi arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb.

“Məktəb direktorunun bir iş günü” layihəsi çərçivəsində ümumtəhsil məktəb rəhbərlərinin tanıdılmasına start verilib.

Layihə çərçivəsində KİV nümayəndələri məktəb direktorunun fəaliyyəti ilə tanış olur, onlara məktəbdə tətbiq olunan yeniliklər və tədris prosesində istifadə edilən innovativ metodlar barədə məlumat verilir. Layihə çərçivəsində tanıtım turu Bakı şəhəri Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdən başlayıb. Jurnalistlər məktəbin direktoru Yuliya Kərimovanın bir günlük iş fəaliyyətini izləyiblər. Sinif otaqlarına baş çəkən Yuliya Kərimova media nümayəndələrinə məktəbdə tam orta təhsil pilləsində təmayül siniflərinin təşkil olunduğunu bildirib. Məktəbəhazırlıq məşğələləri və “Sağlam təhsil sinfi” jurnalistlərdə xüsusi maraq doğurub. Aşağı siniflərdən başlayaraq tədris prosesində elektron vasitələrdən geniş istifadə olunduğunu deyən direktor məktəbdə ən müasir İKT avadanlıqlarının quraşdırıldığını bildirib. İbtidai təhsil siniflərində təlim mühiti də müasir metodologiyaya əsasən qurulub. Uşaqların mütaliə mədəniyyətini yüksəltmək üçün isə tez-tez teatrlaşdırılmış oxu dərsləri təşkil olunur. Yuliya Kərimova şagirdlərin fiziki sağlamlığına da xüsusi diqqət ayrıldığını vurğulayıb. Jurnalistlərlə birlikdə fiziki tərbiyə dərslərini izləyən direktor uşaqların əyləncəli idmana böyük həvəs göstərdiklərini qeyd edib. Müasir avadanlıqlarla təchiz olunmuş müəllimlər otağında həm işləmək, həm də istirahət üçün hər bir şərait yaradılıb. Yuliya Kərimova müəllimlərin peşəkar inkişafını təmin etmək üçün burada tez-tez təlimlərin keçirildiyini də bildirib. Sonda media nümayəndələri məktəb direktoru ilə birlikdə təhsil islahatları və tətbiq olunan yeniliklər barədə fikir mübadiləsi aparıblar.

Dünən KİV-lərdə təhsil sahəsi ilə bağlı yayılan məlumatlarla bağlı Təhsil Nazirliyinə daxil olan sualları ümumiləşdirərək onlara dair cavabları təqdim edirik.

 Sual: Son illərdə məktəb məzunlarının nəticələri yüksəlir yoxsa enir? Cavab: Son 3 ildə ölkədəki ümumtəhsil məktəblərdəki ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilir. Gəlin onların nəticələrinə diqqət yetirək. 2012-ci ildə 9-cu sinfi bitirərək müvəffəqiyyət qazanmış (yəni, müsbət qiymət almış) məzunların sayı 50,27% idi isə, 2013-cü ildə bu rəqəm 58,41%-ə, 2014-cü ildə 62,04%-ə yüksəlib. 2012-ci ildə 11-ci sinfi bitirərək müvəffəqiyyət qazanmış məzunların sayı 68,9% idi isə, 2013-cü ildə onların sayı 72,14%-ə, 2014-cü ildə isə 74,11%-ə qədər artıb. Beləliklə, TQDK-nın verdiyi rəqəmlər ümumi təhsildə dinamikanın müsbətə doğru dəyişdiyini təsdiqləyir.   Sual: Qəbul imtahanlarında toplanan balların ümumtəhsil məktəblərində tətbiq edilən 5 ballıq sistemə (0 – 200 bal bərabərdir “2”-ə, 200 – 300 bal - “3”-ə, 300 – 500 bal - “4”-ə, 500 – 700 bal - “5”-ə) uyğunlaşdırılması əmsalı doğrudurmu? Cavab: Xeyr, belə bir yanaşmanın elmi əsasları yoxdur. Bu cür müqayisənin hansı meyarlar əsasında aparılması da aydın deyildir.    Sual: Qəbul imtahanlarının nəticələrinin əvvəlcədən proqnozlaşdırılması mümkündürmü? Cavab: Yuxarı siniflərdə davamlı surətdə aparılan sınaq imtahanlarının nəticələri belə proqnozların verilməsində bir mənbə kimi çıxış edə bilər.

Fevralın 12-də Heydər Əliyev Mərkəzində “Sabahın alimləri” IV Respublika müsabiqəsinin açılış mərasimi keçirilib.

“Sabahın alimləri” müsabiqəsi hər il ABŞ-da 70-dən artıq ölkənin şagirdlərinin iştirakı ilə keçirilən İntel ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində təşkil olunur. Builki müsabiqədə 204 şagird 106 elmi layihə ilə iştirak edir. Onlardan 39-u fərdi, 67-si kollektiv layihədir. Müsabiqəyə Bakı şəhəri ilə yanaşı, ölkəmizin müxtəlif bölgələrinin ümumtəhsil məktəblərinin şagirdləri layihələr təqdim edib.  Açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin üzvləri, Heydər Əliyev Mərkəzi direktorunun birinci müavini Adil Kərimli, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Şaiq Əsgərov, İntel korporasiyasının MDB ölkələri üzrə meneceri Tatyana Nanayeva iştirak ediblər. Tədbirə, həmçinin digər dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, qeyri-hökumət təşkilatlarının əməkdaşları, təhsil ekspertləri və təhsil müəssisələrinin rəhbərləri qatılıblar. Mərasimdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, “Sabahın alimləri” IV Respublika müsabiqəsinin Azərbaycan gəncliyinin və təhsilinin inkişafına hər zaman xüsusi diqqət göstərən ümummilli lider Heydər Əliyevin adını daşıyan mərkəzdə keçirilməsi təsadüfi deyil. Ölkəmizdə təhsil islahatlarının həyata keçirilməsi, kadr və intellektual potensialın möhkəmləndirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin miras qoyduğu milli təhsil quruculuğu bu gün ölkə Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Nazir “Sabahın alimləri” IV Respublika müsabiqəsinin keçirilməsinin əsas məqsədinin yuxarı sinif şagirdlərinə elmi təfəkkür tərzi və tədqiqatçılıq vərdişlərinin aşılanmasından ibarət olduğunu bildirib. Təhsil naziri innovativ fikir yarışması olan bu müsabiqənin gənclərə müxtəlif problemlərin elmi həll yollarını axtarıb tapmağa kömək edəcəyini nəzərə çatdırıb. AMEA-nın prezidenti Akif Əlizadə təcrübəli alimlərin gənc alimlərlə əməkdaşlığının elmin inkişafına əlavə töhfə olacağına əminliyini vurğulayıb. Akademiyanın institutlarının müasir avadanlıqlarla təmin olunduğunu qeyd edən Akif Əlizadə gənc alimlərə tədqiqat işlərində kömək etməyə hazır olduqlarını deyib.  Mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev şagirdlərin beynəlxalq elm yarışlarında qazandıqları hər bir uğurun bütövlükdə ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Onun fikrincə, bu müsabiqəni gələcək alimlərin ilk addımı kimi dəyərləndimək olar. Heydər Əliyev Mərkəzi direktorunun birinci müavini Adil Kərimli çıxışında Azərbaycan elminə gənc nəslin gəlişinin vacibliyini vurğulayaraq, bu cür müsabiqələrin məktəblilərin elmə marağının artırılması, onların istedad, bacarıq və elmi potensialının üzə çıxarılması baxımından gərəkli olduğunu qeyd edib. A.Kərimli “Sabahın alimləri” müsabiqəsi qaliblərinin bu ilin mayında ABŞ-ın Pitsburq şəhərində keçiriləcək İntel ISEF sərgisində ölkəmizi uğurla təmsil edəcəklərinə inandığını deyib. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Şaiq Əsgərov təhsil infrastrukturunun müasir tələblərə uyğun qurulmasının, təhsilin məzmununun yeniləşdirilməsinin, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsinin və çoxsaylı digər layihələrin, tədbirlərin sabahın alimlərinin yetişməsi üçün etibarlı zəmin yaratdığını deyib. İntel korporasiyasının MDB ölkələri üzrə meneceri Tatyana Nanayeva Beynəlxalq Elm və Mühəndislik Sərgisinin şagirdlərin elmə və yeni biliklərə marağının artmasındakı rolunu qeyd edərək, müsabiqə iştirakçılarına müvəffəqiyyətlər arzulayıb. Açılış mərasimindən sonra iştirakçılar layihələrin nümayiş olunduğu stendlərlə tanış olublar. Müsabiqə üç gün davam edəcək. Sonuncu gün “Açıq qapı” saatları keçiriləcək, şagird və müəllimlərə, həmçinin media nümayəndələrinə layihələrlə tanış olmaq imkanı yaradılacaq. “Sabahın alimləri” IV Respublika müsabiqəsinin qaliblərinə təşkilatçılar tərəfindən diplom, medal və mükafat təqdim olunacaq. 

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı