• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

18-20 yaşlı gənclər arasında keçirilən sərbəst güləş üzrə “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) Respublika birinciliyi başa çatıb.

13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində təşkil olunan yarışda Təhsil Nazirliyinin tabeliyində olan 21 idman məktəbinin 130 yetirməsi iştirak edib. 9 çəki dərəcəsi üzrə keçirilən yarışları Azərbaycan Güləş Federasiyasının təyin etdiyi beynəlxalq dərəcəli hakimlər heyəti  idarə edib.
Yarışın məqsədi sərbəst güləş idman növü üzrə “Təhsil” RİM-in yığma komandasını müəyyənləşdirməkdən ibarətdir.
Birincilikdə komanda hesabında I yeri Abşeron Uşaq-Gənclər İdman Məktəbinin, II yeri 6 nömrəli Uşaq-Gənclər Güləş Məktəbinin, III yeri “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialının komandası tutub.
Yarışda yüksək nəticə göstərən idmançılar arasından “Təhsil” RİM-in yığma komandasına üzvlər seçilib. Bu güləşçilərdən ibarət yığma komanda fevral ayında həmin yaş qrupu üzrə Azərbaycan birinciliyində “Təhsil” RİM-i təmsil edəcək.


10 il əvvəl