SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Fevralın 2-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Gənclər Gününə həsr olunmuş konsert keçirilib.
Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən konsertdə təhsil naziri Mikayıl Cabbarov iştirak edib. Tədbirə həmçinin, mədəniyyət və incəsənət təmayüllü ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri, ümumi təhsil məktəblərinin direktorları da qatılıblar.
Tədbirdə Bülbül adına orta ixtisas musiqi məktəbinin Prezident təqaüdçüləri və beynəlxalq müsabiqə laureatları violin, fortepiano və tarda Azərbaycan, həmçinin dünya bəstəkarlarının əsərlərini ifa ediblər, ariyalardan parçalar səsləndiriblər.
Konsertdən sonra çıxış edən təhsil naziri Mikayıl Cabbarov 1996-cı ildə ümummilli lider Heydər Əliyev tərəfindən təsis olunan Gənclər Günü münasibətilə bütün gəncləri təbrik edib. Nazir dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı nəticəsində gənclər qarşısında geniş inkişaf üfüqlərinin açıldığını vurğulayıb. Azərbaycan musiqi mədəniyyətinin inkişafında Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolu olduğunu xatırladan Mikayıl Cabbarov Bülbül adına orta ixtisas musiqi məktəbinin rəhbərliyinə və şagirdlərinə uğurlar arzulayıb.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl