• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Aprelin 27-dən mayın 3-dək Bakıda məktəblilərin kimya üzrə 44-cü Beynəlxalq Mendeleyev Olimpiadası keçiriləcək.

“Cresent-Beach” otelində keçiriləcək olimpiadada MDB və Baltikyanı ölkələrin, həmçinin, azərbaycanlı şagirdlərin geniş tərkibdə iştirakı nəzərdə tutulur. Mendeleyev Olimpiadasına Bolqarıstan, Rumıniya, Makedoniya və digər bir sıra ölkələrin nümayəndələrinin də qatılacağı gözlənilir. Olimpiadanın keçirilməsi üçün Azərbaycan hökuməti tərəfindən 220 750 manat vəsaitin ayrılması nəzərdə tutulur. Məlumat üçün bildirək ki, son 10 ildə Beynəlxalq Mendeleyev Olimpiadası bir çox ölkələrdə keçirilib. Onların arasında Rusiya Federasiyası, Qazaxıstan, Moldova, Tacikistan, Ermənistan, Belorus, Özbəkistan və Türkmənistan da var. 2000-ci ildə isə 34-cü Beynəlxalq Mendeleyev olimpiadası Azərbaycanda keçirilib. Mendeleyev Olimpiadasının dəfələrlə iştirakçısı olmuş Azərbaycan məktəblilərinin də əksəriyyətinin adı qaliblər sırasındadır. Onların bir çoxu təhsillərini Moskva Dövlət Universitetində davam etdirir, bəziləri isə artıq bu nüfuzlu təhsil ocağının məzunları olublar.

Martın 31-də T. İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının “Uşaq dünyası” rəsm qalereyasında ermənilərin tarix boyu azərbaycanlılara qarşı törətdiyi soyqırımına həsr olunmuş rəsm müsabiqəsinin yekununa dair tədbir keçirilib.

Rəsm sərgisi “Erməni genosidi” mövzusunda keçirilmiş Respublika rəsm müsabiqəsinə təqdim edilən rəsm əsərlərindən təşkil olunub. Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Elmar Qasımov bildirib ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım XX əsrin ən dəhşətli faciələrindəndir. E. Qasımov belə faciələrin ölkəmizin müxtəlif bölgələrində müəyyən dövrlərdə sistemli şəkildə törədildiyini və həmin genosidin izlərinin hələ də açılmaqda olduğunu diqqətə çatdırıb. Nazir müavini  31 mart 1918-ci ildə ermənilər tərəfindən törədilmiş soyqırıma 1998-ci ildə ümummilli liderimiz Heydər Əliyevin siyasi və hüquqi qiymət verməsini iştirakçılara xatırladaraq bu sənədin əhəmiyyətindən danışıb. E.Qasımov əlavə edib ki, erməni qəddarlıqları barədə məlumatlar dünyanın bütün xalqlarının diqqətinə çatdırılmalı və bu işdə hər bir azərbaycanlı öz köməyini əsirgəməməlidir. Nazir müavini  bildirib ki, qalereyada cəmləşən rəsm əsərləri erməni vəhşiliyinə qarşı nifrəti əks etdirməklə yanaşı, həm də gənclərdə vətənpərvərlik ruhunun yüksək dərəcədə olduğunu göstərir. Sonra söz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyevaya verilib. Ermənilərin tarix boyu azərbaycanlılara qarşı yeritdiyi məkrli siyasətdən söz açan A.Sofiyeva belə müsabiqə və tədbirlərin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib. Tədbirdə ən yaxşı rəsm müəllifi olan, I, II və III yerləri qazanan 36 iştirakçıya Təhsil Nazirliyinin diplom və hədiyyələri təqdim olunub. Məlumat üçün qeyd edək ki, “Erməni genosidi” mövzusunda keçirilmiş Respublika rəsm müsabiqəsində on minlərlə şagird və tələbə iştirak edib, rəsmlərin seçilməsi ilə bağlı yerlərdə münsiflər heyəti yaradılıb və ən yaxşı işlər seçilərək Respublika turuna təqdim edilib. Respublika mərhələsinə təqdim edilmiş 400 rəsm işinə Azərbaycan Rəssamlıq Akademiyasının mütəxəssisləri tərəfindən baxılıb və onlardan 250 iş seçilib. Sonda iştirakçılar erməni vəhşiliyini əks etdirən rəsm əsərlərinə baxıblar.

Aprelin 3-də Təhsil Nazirliyi tərəfindən Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı, Şamaxı, Zaqatala və Qobustan rayonlarının ümumtəhsil məktəblərinin XI siniflərində, aprelin 4-də isə həmin bölgələrin IX siniflərində mərkəzləşdirilmiş qaydada yoxlama imtahanları keçiriləcək.

XI siniflər üzrə 53 imtahan mərkəzində 17221, IX siniflər üzrə 56 imtahan mərkəzində 26457 şagird imtahan verəcək.

Bakının 8 saylı orta məktəbinin müəllimi İlhamə Əkbərova Microsoft korporasiyasının Berlində keçirdiyi Avropa İnnovativ Müəllimlər Müsabiqəsinin yekunlarına görə, ilk “iyirmiliyə" daxil olub.

İ.Əkbərova Azərbaycanı "Məzmunda innovasiyalar"  nominasiyası üzrə "Çoxüzlülər bizim ətrafımızdadır" layihəsi ilə təmsil edib. Müsabiqədə 41 ölkədən 80-dən çox müəllim iştirak edib. Avropanın ən yaxşı 20 innovativ müəllimi sırasında İlhamə Əkbərova cari ilin oktyabr ayında Keyptaun şəhərində (CAR) keçiriləcək Ümumdünya İnnovativ Müəllimlər Müsabiqəsində iştirak etmək hüququnu qazanıb. İlhamə Əkbərova ölkəmizi Berlində Təhsil Nazirliyi və "Microsoft Azərbaycan" şirkəti tərəfindən həyata keçirilən, "Mədəd", "Ultra", "İntel", "HP" tərəfindən dəstəklənən Azərbaycan üzrə İnnovativ müəllimlər müsabiqəsinin qalibi kimi təmsil edib.

Aprelin 2-də Təhsil Nazirliyində “Əcnəbi vətəndaşların Azərbaycan Respublikasında təhsili (real vəziyyət, problemlər, perspektivlər)” mövzusuna həsr edilmiş kollegiya iclası keçirilib.

Kollegiyada təhsil naziri Misir Mərdanov çıxış edərək ölkə Prezidentinin sərəncamlarına əsasən ali təhsilin inkişaf etdirilməsi istiqamətində görülən mühüm işlərdən danışıb və bu sahənin dövlət başçısının həmişə diqqət mərkəzində olduğunu vurğulayıb. Əcnəbi vətəndaşların ölkəmizin ali məktəblərində təhsilindən söz açan nazir bildirib ki, hazırda Azərbaycanın ali təhsil müəssisələrində 50-yə yaxın ölkədən əcnəbi tələbə təhsil alır. Sonra təhsil nazirinin müavini Elmar Qasımov “Əcnəbi vətəndaşların Azərbaycan Respublikasında təhsili (real vəziyyət, problemlər, perspektivlər)” mövzusunda təqdimatla çıxış edib. Nazir müavini təqdimatda əcnəbi vətəndaşların ölkəmizin ali təhsil müəssisələrində təhsili, onların sayının ildən-ilə artması,  bir neçə ali məktəbdə əcnəbi vətəndaşları ali təhsilə hazırlayan mövcud strukturlar, ən çox əcnəbi tələbə qəbul edən universitetlər barədə məlumat verib. Nazir müavini bildirib ki, hazırda ölkəmizin ali məktəblərində 6813 əcnəbi tələbə müxtəlif ixtisaslar – mühəndislik, humanitar, mədəniyyət və incəsənət, tibb, iqtisadiyyat, idarəetmə və s. sahələrdə təhsil alır. E.Qasımov bu sahə üzrə ötən illərdə olan vəziyyət, əcnəbi vətəndaşların son 3 tədris ilində qəbul dinamikası, habelə, digər bu kimi məsələlər haqqında ətraflı danışıb, səmərəli təkliflər irəli sürüb.  Kollegiya iclasında çıxış edən ali məktəb rektorlarından Abel Məhərrəmov, Əhliman Əmiraslanov, Səməd Seyidov, Şəmsəddin Hacıyev və Gülçöhrə Məmmədova müzakirə olunan məsələnin aktuallığını qeyd edib, rəhbərlik etdikləri təhsil müəssisəsində bu sahədəki vəziyyət və mövcud problemlərdən danışıblar.

Aprelin 1-dən 2-dək Rusiya Məlumat-Mədəniyyət Mərkəzində ümumtəhsil məktəblərinin IV-VII sinif şagirdləri arasında “Sən bir möcüzəsən olimpiada” mövzusunda rus dili fənni üzrə olimpiada keçirilib.

Rusiyanın Azərbaycan Respublikasındakı səfirliyi və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Rus dilinin intensiv tədrisi” layihəsi çərçivəsində Böyük Vətən Müharibəsinin 65 illiyi münasibəti ilə təşkil edilmiş olimpiadanın açılış mərasiminə mərkəzin əməkdaşları və Təhsil Nazirliyinin nümayəndələri qatılıblar. Mərasimdə Bakı şəhəri 142 saylı məktəbin şagirdləri ədəbi-bədii kompazisiya ilə çıxış ediblər. Olimpiadanın birinci günü Bakı, Sumqayıt şəhərləri, Abşeron, Lənkəran və Masallı ryonları üzrə pilot məktəblərin IV və V sinif şagirdləri, ikinci günü isə  Bakı, Sumqayıt, Mingəçevir şəhərləri və Xaçmaz rayonu üzrə pilot məktəblərin VI və VII sinif şagirdləri rus dili fənni üzrə öz biliklərini nümayiş etdiriblər. Olimpiadada hər sinif komplekti üzrə verilən tapşırıqlar rəngarəng və maraqlı olub. Şagirdlər test tapşırıqlarından əlavə şer nümunələri və monoloqlar söyləyiblər. Olimpiadanın nəticələri haqda məlumat bir həftə sonra açıqlanacaqdır.

2009-cu ilin yekunlarına dair mətbuat konfransında təhsil naziri Misir Mərdanovun təqdimat-məruzəsi

Yanvarın 30-da “İlk peşə-ixtisas təhsilində rəhbər və müəllim heyətinin bilik və bacarıqlarının artırılması” layihəsi çərçivəsində həyata keçirilən “Liderlik və idarəetmə” təlimlərinin iştirakçılarına sertifikatların təqdim olunması mərasimi keçirilib.

Tədbirdə Təhsil Nazirliyi və “GİZ” Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, Təhsil Nazirliyi və “GİZ” Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə həyata keçirdiyi bu layihənin məqsədi ilk peşə-ixtisas təhsili müəssisələri direktorlarının və digər rəhbər işçilərin bacarığını artırmaqla, təhsildə keyfiyyət və səmərəli idarəetməni təmin etməkdən ibarətdir. Layihə çərçivəsində Peşəkar Təlim və Dəstək Mərkəzi yaradılıb və namizədlərə uzunmüddətli təlimlər keçirilib. Təlimlər təhsildə liderlik və idarəetmə, məktəbin idarə olunması, kurikulumun dizaynı, qiymətləndirmə, məlumatlarin təhlili, monitorinqi və qiymətləndirilməsi kimi peşə təhsilinin əsas komponentlərini əhatə edib. Çıxış edənlər bu layihənin ilk peşə-ixtisas təhsili müəssisələrinin inkişafına layiqli töhfə verəcəyini vurğulayıblar. Sonda təlimdə iştirak etmiş 25 nəfərə sertifikat təqdim olunub. Qeyd edək ki, birinci mərhələdə təlimlər yalnız Bakı şəhərində fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbər və müəllim heyəti üçün təşkil edilib. Növbəti layihələrdə regionlardakı ilk peşə-ixtisas təsili müəssisələrinin rəhbər və müəllim heyəti də təlimlərə cəlb olunacaq.

Fevralın 12-dən 14-dək Heydər Əliyev Mərkəzində “Sabahın alimləri” IV Respublika müsabiqəsi keçiriləcək.

Müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunacaq. Müsabiqənin əsas məqsədi yuxarı sinif şagirdlərinə öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı vermək və onların arasından ABŞ-da hər il keçirilən İntel İSEF–Beynəlxalq Elm və Mühəndislik sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir. Bu müsabiqə dünyada şagirdlər arasında keçirilən ən nüfüzlü beynəlxalq tədbirə seçim turudur. Müsabiqəyə 200 şagirdin hazırladığı 106 elmi layihənin təqdim olunması gözlənilir. Bu layihələrdən 67-si kollektiv, 39-u fərdi qaydada hazırlanıb. Qalib gələcək 3 layihənin müəllifi may ayında ABŞ-ın Pensilvaniya ştatının Pitsburq şəhərində keçiriləcək İntel İSEF sərgisində iştirak etmək imkanı qazanacaq.

Təhsil Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən məktəblərin IV sinfində dərs deyən ibtidai sinif müəllimləri üçün “Təməl” təqaüd proqramı təklif edir.

 Müsabiqə əsasında seçiləcək müəllimlər “Təməl” təqaüd proqramı çərçivəsində yeni format və məzmunlu təlimdə iştirak etmək hüququ qazanacaqlar. 16 həftəlik təlim kursunda iştirakçılar yaş fiziologiyası və psixologiyası, ibtidai təhsilin fəlsəfəsi və öyrənmə nəzəriyyələri, pedaqoji ustalıq praktikumu və İKT savadlılığı mövzularında yeni yanaşmalarla tanış olacaqlar. Təlim keçənlər yekun qiymətləndirmədə iştirak edəcəklər. İmtahanlarda qənaətbəxş nəticə göstərmiş iştirakçılara sertifikat və təlim resursları təqdim olunacaq.   Azərbaycan Respublikasının Təhsil Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən məktəblərin IV sinfində dərs deyən ibtidai sinif müəllimlərini “Təməl” Təqaüd proqramında iştirak etməyə dəvət edir.  

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı