• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Boks üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi başa çatıb.

Şağan Olimpiya İdman Kompleksində keçirilən yarışda 20 komanda mübarizə aparıb.
Birincilikdə “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) yığma komandası da iştirak edib. Mərkəzin yetirmələri 1 qızıl, 2 qümüş və 4 bürünc medal qazanaraq komanda hesabında IV yerə layiq görülüb. Fərdi yarışlarda da RİM-in yetirmələri uğurlu nəticələr göstəriblər. 80 kq çəki dərəcəsində Məhəmməd Abdullayev fəxri kürsünün birinci pilləsinə, 48 kq çəki dərəcəsində Elvin Səfərov və 57 kq çəki dərəcəsində İsmayıl Səfərli ikinci pilləsinə, 70 kq çəki dərəcəsində Elvin Atakişiyev, 75 kq çəki dərəcəsində Nurlan Əlizadə, 80 kq çəki dərəcəsində Əli Həşimli və 80 kq-dan yuxarı çəki dərəcəsində İlkin İsmayılov üçüncü pilləsinə yüksəliblər.


10 il əvvəl