SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Yanvarın 30-da “İlk peşə-ixtisas təhsilində rəhbər və müəllim heyətinin bilik və bacarıqlarının artırılması” layihəsi çərçivəsində həyata keçirilən “Liderlik və idarəetmə” təlimlərinin iştirakçılarına sertifikatların təqdim olunması mərasimi keçirilib.
Tədbirdə Təhsil Nazirliyi və “GİZ” Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, Təhsil Nazirliyi və “GİZ” Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə həyata keçirdiyi bu layihənin məqsədi ilk peşə-ixtisas təhsili müəssisələri direktorlarının və digər rəhbər işçilərin bacarığını artırmaqla, təhsildə keyfiyyət və səmərəli idarəetməni təmin etməkdən ibarətdir.
Layihə çərçivəsində Peşəkar Təlim və Dəstək Mərkəzi yaradılıb və namizədlərə uzunmüddətli təlimlər keçirilib. Təlimlər təhsildə liderlik və idarəetmə, məktəbin idarə olunması, kurikulumun dizaynı, qiymətləndirmə, məlumatlarin təhlili, monitorinqi və qiymətləndirilməsi kimi peşə təhsilinin əsas komponentlərini əhatə edib.
Çıxış edənlər bu layihənin ilk peşə-ixtisas təhsili müəssisələrinin inkişafına layiqli töhfə verəcəyini vurğulayıblar.
Sonda təlimdə iştirak etmiş 25 nəfərə sertifikat təqdim olunub.
Qeyd edək ki, birinci mərhələdə təlimlər yalnız Bakı şəhərində fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbər və müəllim heyəti üçün təşkil edilib. Növbəti layihələrdə regionlardakı ilk peşə-ixtisas təsili müəssisələrinin rəhbər və müəllim heyəti də təlimlərə cəlb olunacaq.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl