SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Aprelin 2-də Təhsil Nazirliyində “Əcnəbi vətəndaşların Azərbaycan Respublikasında təhsili (real vəziyyət, problemlər, perspektivlər)” mövzusuna həsr edilmiş kollegiya iclası keçirilib.
Kollegiyada təhsil naziri Misir Mərdanov çıxış edərək ölkə Prezidentinin sərəncamlarına əsasən ali təhsilin inkişaf etdirilməsi istiqamətində görülən mühüm işlərdən danışıb və bu sahənin dövlət başçısının həmişə diqqət mərkəzində olduğunu vurğulayıb. Əcnəbi vətəndaşların ölkəmizin ali məktəblərində təhsilindən söz açan nazir bildirib ki, hazırda Azərbaycanın ali təhsil müəssisələrində 50-yə yaxın ölkədən əcnəbi tələbə təhsil alır.
Sonra təhsil nazirinin müavini Elmar Qasımov “Əcnəbi vətəndaşların Azərbaycan Respublikasında təhsili (real vəziyyət, problemlər, perspektivlər)” mövzusunda təqdimatla çıxış edib. Nazir müavini təqdimatda əcnəbi vətəndaşların ölkəmizin ali təhsil müəssisələrində təhsili, onların sayının ildən-ilə artması, bir neçə ali məktəbdə əcnəbi vətəndaşları ali təhsilə hazırlayan mövcud strukturlar, ən çox əcnəbi tələbə qəbul edən universitetlər barədə məlumat verib. Nazir müavini bildirib ki, hazırda ölkəmizin ali məktəblərində 6813 əcnəbi tələbə müxtəlif ixtisaslar – mühəndislik, humanitar, mədəniyyət və incəsənət, tibb, iqtisadiyyat, idarəetmə və s. sahələrdə təhsil alır. E.Qasımov bu sahə üzrə ötən illərdə olan vəziyyət, əcnəbi vətəndaşların son 3 tədris ilində qəbul dinamikası, habelə, digər bu kimi məsələlər haqqında ətraflı danışıb, səmərəli təkliflər irəli sürüb.
Kollegiya iclasında çıxış edən ali məktəb rektorlarından Abel Məhərrəmov, Əhliman Əmiraslanov, Səməd Seyidov, Şəmsəddin Hacıyev və Gülçöhrə Məmmədova müzakirə olunan məsələnin aktuallığını qeyd edib, rəhbərlik etdikləri təhsil müəssisəsində bu sahədəki vəziyyət və mövcud problemlərdən danışıblar.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl