SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Bakının 8 saylı orta məktəbinin müəllimi İlhamə Əkbərova Microsoft korporasiyasının Berlində keçirdiyi Avropa İnnovativ Müəllimlər Müsabiqəsinin yekunlarına görə, ilk “iyirmiliyə" daxil olub.
İ.Əkbərova Azərbaycanı "Məzmunda innovasiyalar" nominasiyası üzrə "Çoxüzlülər bizim ətrafımızdadır" layihəsi ilə təmsil edib. Müsabiqədə 41 ölkədən 80-dən çox müəllim iştirak edib.
Avropanın ən yaxşı 20 innovativ müəllimi sırasında İlhamə Əkbərova cari ilin oktyabr ayında Keyptaun şəhərində (CAR) keçiriləcək Ümumdünya İnnovativ Müəllimlər Müsabiqəsində iştirak etmək hüququnu qazanıb.
İlhamə Əkbərova ölkəmizi Berlində Təhsil Nazirliyi və "Microsoft Azərbaycan" şirkəti tərəfindən həyata keçirilən, "Mədəd", "Ultra", "İntel", "HP" tərəfindən dəstəklənən Azərbaycan üzrə İnnovativ müəllimlər müsabiqəsinin qalibi kimi təmsil edib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl