SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Martın 31-də T. İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının “Uşaq dünyası” rəsm qalereyasında ermənilərin tarix boyu azərbaycanlılara qarşı törətdiyi soyqırımına həsr olunmuş rəsm müsabiqəsinin yekununa dair tədbir keçirilib.
Rəsm sərgisi “Erməni genosidi” mövzusunda keçirilmiş Respublika rəsm müsabiqəsinə təqdim edilən rəsm əsərlərindən təşkil olunub.
Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Elmar Qasımov bildirib ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım XX əsrin ən dəhşətli faciələrindəndir. E. Qasımov belə faciələrin ölkəmizin müxtəlif bölgələrində müəyyən dövrlərdə sistemli şəkildə törədildiyini və həmin genosidin izlərinin hələ də açılmaqda olduğunu diqqətə çatdırıb. Nazir müavini 31 mart 1918-ci ildə ermənilər tərəfindən törədilmiş soyqırıma 1998-ci ildə ümummilli liderimiz Heydər Əliyevin siyasi və hüquqi qiymət verməsini iştirakçılara xatırladaraq bu sənədin əhəmiyyətindən danışıb. E.Qasımov əlavə edib ki, erməni qəddarlıqları barədə məlumatlar dünyanın bütün xalqlarının diqqətinə çatdırılmalı və bu işdə hər bir azərbaycanlı öz köməyini əsirgəməməlidir.
Nazir müavini bildirib ki, qalereyada cəmləşən rəsm əsərləri erməni vəhşiliyinə qarşı nifrəti əks etdirməklə yanaşı, həm də gənclərdə vətənpərvərlik ruhunun yüksək dərəcədə olduğunu göstərir.
Sonra söz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyevaya verilib. Ermənilərin tarix boyu azərbaycanlılara qarşı yeritdiyi məkrli siyasətdən söz açan A.Sofiyeva belə müsabiqə və tədbirlərin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib.
Tədbirdə ən yaxşı rəsm müəllifi olan, I, II və III yerləri qazanan 36 iştirakçıya Təhsil Nazirliyinin diplom və hədiyyələri təqdim olunub.
Məlumat üçün qeyd edək ki, “Erməni genosidi” mövzusunda keçirilmiş Respublika rəsm müsabiqəsində on minlərlə şagird və tələbə iştirak edib, rəsmlərin seçilməsi ilə bağlı yerlərdə münsiflər heyəti yaradılıb və ən yaxşı işlər seçilərək Respublika turuna təqdim edilib. Respublika mərhələsinə təqdim edilmiş 400 rəsm işinə Azərbaycan Rəssamlıq Akademiyasının mütəxəssisləri tərəfindən baxılıb və onlardan 250 iş seçilib.
Sonda iştirakçılar erməni vəhşiliyini əks etdirən rəsm əsərlərinə baxıblar.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl