SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Aprelin 1-dən 2-dək Rusiya Məlumat-Mədəniyyət Mərkəzində ümumtəhsil məktəblərinin IV-VII sinif şagirdləri arasında “Sən bir möcüzəsən olimpiada” mövzusunda rus dili fənni üzrə olimpiada keçirilib.
Rusiyanın Azərbaycan Respublikasındakı səfirliyi və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Rus dilinin intensiv tədrisi” layihəsi çərçivəsində Böyük Vətən Müharibəsinin 65 illiyi münasibəti ilə təşkil edilmiş olimpiadanın açılış mərasiminə mərkəzin əməkdaşları və Təhsil Nazirliyinin nümayəndələri qatılıblar. Mərasimdə Bakı şəhəri 142 saylı məktəbin şagirdləri ədəbi-bədii kompazisiya ilə çıxış ediblər.
Olimpiadanın birinci günü Bakı, Sumqayıt şəhərləri, Abşeron, Lənkəran və Masallı ryonları üzrə pilot məktəblərin IV və V sinif şagirdləri, ikinci günü isə Bakı, Sumqayıt, Mingəçevir şəhərləri və Xaçmaz rayonu üzrə pilot məktəblərin VI və VII sinif şagirdləri rus dili fənni üzrə öz biliklərini nümayiş etdiriblər.
Olimpiadada hər sinif komplekti üzrə verilən tapşırıqlar rəngarəng və maraqlı olub. Şagirdlər test tapşırıqlarından əlavə şer nümunələri və monoloqlar söyləyiblər.
Olimpiadanın nəticələri haqda məlumat bir həftə sonra açıqlanacaqdır.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl