SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Yanvarın 17-də Təhsil Nazirliyində “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə bağlı mətbuat konfransı keçirilib.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, nazirliyin struktur bölmələrinin rəhbərləri, qeyr-hökumət təşkilatlarının nümayəndələri, təhsil ekspertləri iştirak edib. Təhsil naziri Mikayıl Cabbarov dövlət başçısının dərs yükü normasının 1,5 dəfə, əməkhaqqının 2 dəfə artırılması barədə sərəncamını müəllim peşəsinə diqqətin ən bariz nümunəsi adlandırıb. Nazir bildirib ki, dövlət başçısı növbəti dəfə böyük siyasi iradə göstərərək insan kapitalının inkişafına yönəlmiş uzaqgörən addım atıb. Əhalinin aztəminatlı kateqoriyasına aid müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə verilən qərar dünyada baş verən proseslər nəticəsində yaranmış əlverişsiz şəraitdə belə Azərbaycan Respublikası Prezidentinin sadə insanların rifahı haqqında düşündüyünü və əsas vəzifəsini xalqına şərəflə xidmət etməkdə gördüyünü bir daha təsdiq edir. Nazir qeyd edib ki, dərs yükü normasının, həmçinin əmək haqqının artırılması müəllimlərin aylıq gəlirinə əhəmiyyətli dərəcədə təsir edəcək: “Azərbaycanda müəllimlərin gəlirlərinin azlığının səbəbi yalnız 1 saat əməyə görə ödənilən məbləğin aşağı olması deyil, həmçinin müəllimlərin iş saatının az olmasıdır. Müəllimlərimizin 64 faizi il ərzində 408 saatdan az dərs deyir. Bu isə o deməkdir ki, onların həftəlik dərs yükü 17 akademik saatdan azdır”. Mikayıl Cabbarov tezliklə bölgələrdə sınaq qiymətləndirilməsinin aparılacağını və bunun nəticəsində həmin bölgələrdə yaşayan müəllimlərin də əmək haqqının artacağını deyib. Bu işin sistemli şəkildə mərhələlərlə həyata keçiriləcəyini deyən nazir sınaq qiymətləndirilməsinin müəllimlərin özləri üçün də faydalı olduğunu vurğulayıb. Onun fikrincə, bu proses müəllimlərə öz zəif və güclü tərəflərini müəyyənləşdirməyə, çatışmayan cəhətləri aradan qaldırmağa kömək edir. Nazir xatırladıb ki, paytaxtda aparılan sınaq qiymətləndirilməsinin nəticəsi olaraq bu prosesdə iştirak etmiş müəllimlərin orta dərs yükü 18 saatadək qaldırılıb. Konfransda təhsil ekspertləri dövlət başçısının sərəncamını yüksək qiymətləndirərək bu addımın təhsilin keyfiyyətinin yüksəldilməsinə əhəmiyyətli dərəcədə təsir edəcəyini bildiriblər. Mətbuat konfransında təhsil naziri jurnalistlərin çoxsaylı suallarını cavablandırıb.
08/07/2015 16:52
Yanvarın 19-da Təhsil Nazirliyində 20 yanvar ümumxalq hüzn günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin məkrəzi aparatının işçiləri və tarixçi ekspertlər iştirak edib. Əvvəlcə 1990-cı il yanvarın 20-də qətlə yetirilmiş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Təhsil nazirinin müavini Firudin Qurbanov 25 il öncə Bakı şəhərində və ölkəmizin digər bölgələrində SSRİ hərbi birləşmələri tərəfindən dinc əhaliyə qarşı törədilmiş qırğınlar barədə məlumat verib, qan yaddaşımızın ən mühüm məqamlarından biri olan həmin hadisə ilə xalqımızın demokratiya və suverenlik uğrunda apardığı mübarizəsinin dönməzliyini bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb. Respublikanın informasiya blokadasına alındığı bir şəraitdə baş vermiş hadisələr barədə həqiqətləri operativ surətdə dünya ictimaiyyətinə çatdırmaq zərurəti yaranmışdır. Həmin zaman ümummilli lider Heydər Əliyev bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, mənsub olduğu xalqın faciəsinə məsuliyyət daşıyanları Kremlin bir addımlığında, həm də bütün dünyanın gözü qarşısında ittiham etdi. Tədbirdə daha sonra çıxış edənlər həmin faciəni doğuran səbəblər barədə danışıblar. Sonda 20 yanvar faciəsi ilə əlaqədar qısametrajlı film nümayiş olunub.
08/07/2015 16:52
Dekabrın 26-da Təhsil Nazirliyi ilə “Azərsun Holdinq” şirkətlər qrupu arasında “Təhsil müəssisələri ilə əməkdaşlıq” layihəsi çərçivəsində görüləcək işlərə dair niyyət protokolu imzalanıb.
İmzalanma mərasimini giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov “Azərsun Holdinq” şirkəti ilə belə bir sənədin imzalanmasını Azərbaycan təhsili üçün yaddaqalan və böyük əhəmiyyətli hadisə kimi qiymətləndirib. Nazir bildirib ki, niyyət protokolunun imzalanması Biləsuvar rayonunda fəaliyyət göstərən peşə liseyinin inkişafının birgə təmin edilməsi məqsədinə xidmət edir. Layihənin mahiyyəti barədə mərasim iştirakçılarını məlumatlandıran təhsil naziri qeyd edib ki, “Təhsil müəssisələri ilə əməkdaşlıq” layihəsi çərçivəsində peşə təhsili üzrə müəllim və şagirdlərin bilik və bacarıqlarının artırılması, onların elmi-texniki yeniliklərə yiyələnməsi üçün tədbirlər həyata keçirməklə əmək bazarı ehtiyaclarına uyğun kadrların hazırlanmasının tənzimlənməsi istiqamətində birgə fəaliyyət nəzərdə tutulur. Biləsuvar peşə liseyində təhsil alan şagirdlərə “Azərsun Holdinq” şirkətlər qrupunun Muğan bölgəsindəki istehsalat müəssisələrində təcrübə keçmələrinə şəraitin yaradılacağını vurğulayan nazir layihədə peşə liseyində çalışan mühəndis-pedaqoji heyətin ixtisas səviyyəsinin artırılması üçün tədbirlərin də nəzərdə tutulduğunu diqqətə çatdırıb. Misir Mərdanov layihənin ölkə Prezidenti tərəfindən təsdiq olunmuş peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramının həyata keçirilməsi istiqamətində atılmış mühüm addımlardan biri kimi dəyərləndirib. Nazir eyni zamanda Təhsil Nazirliyi ilə “Azərsun Holdinq” arasındakı mövcud işbirliyinin və imzalanacaq protokolun ölkəmizdə fəaliyyət göstərən digər şirkətlər üçün də örnək olacağına inandığını bildirib. “Azərsun Holdinq” şirkətlər qrupunun prezidenti Abdolbari Goozal imzalanacaq sənədin çox vacib məsələyə həsr olunduğunu, Təhsil Nazirliyi ilə rəhbərlik etdiyi qurum arasında əməkdaşlığın inkişafında mühüm rol oynayacağını qeyd edib. “Azərsun Holdinq”in ölkəmizdəki fəaliyyətindən söz açan şirkət prezidenti yeni müəssisələr açmaqla yanaşı, kadrların yetişdirilməsinin də zəruri olduğunu diqqətə çatdırıb. Sonra Təhsil Nazirliyi ilə “Azərsun Holdinq” şirkətlər qrupu arasında “Təhsil müəssisələri ilə əməkdaşlıq” layihəsi çərçivəsində görüləcək işlərə dair niyyət protokolu imzalanıb. Protokolu təhsil naziri Misir Mərdanov və “Azərsun Holdinq” şirkətlər qrupunun prezidenti Abdolbari Goozal imzalayıblar.
08/07/2015 16:52
Azərbaycan Respublikası təhsil nazirinin 21 yanvar 2015-ci il tarixli, 36 nömrəli əmri ilə təsdiq olunmuşdur Uşaq və gənclərin əl işlərinin Respublika müsabiqəsinin Təşkilat komitəsi 1. Hüseyn Əliyev Nazir müşaviri, sədr 2. Vasif Məmmədov Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdir əvəzi, üzv 3. Aydın Əhmədov Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri 4. Anar Axundov Əsasl Tikinti və Təchizat İdarəsinin müdiri, üzv 5. Namiq Məmmədov İlk peşə-ixtisas təhsili sektorunun müdiri, üzv 6. Məlahət Hacıyeva De institutlaşma və Uşaqların müdafiəsi İdarəsinin rəisi, üzv 7. Rüfət Əliyev Pilot layihələrlə iş sektorunun müdiri, üzv 8. Maral Salmanova Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin aparıcı məsləhətçisi, üzv 9. Kəmalə Cəfərzadə T.İsmayılov adına Bakı şəhər Uşaq-Gənclər Yaradıcılıq Sarayının direktor müavini, üzv
08/07/2015 16:52
15-16 yaşlı yeniyetmələr arasında keçirilən boks üzrə “Təhsil” Respublika İdman Mərkəzinin açıq Respublika birinciliyi başa çatıb.
Yarışın keçirilməsində məqsəd bu yaş qrupunda “Təhsil” RİM-in yığma komandasını müəyyənləşdirməkdən ibarətdir. Tədbirin açılış mərasimində “Təhsil” RİM-in direktoru Natiq Lahıcov bildirib ki, belə yarışlar boksun təbliği və inkişaf etdirilməsinə, eyni zamanda yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verir. Birincilikdə Təhsil Nazirliyinin tabeliyində olan iyirmi idman məktəbinin ümümilikdə 140 idmançısı mübarizə aparıb. Gərgin keçən görüşlərin nəticələrinə əsasən, komanda hesabında I yerə “Təhsil” RİM-in 1 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandası, II yerə Gəncə şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin komandası, III yerə Ağdaş rayon Uşaq-Gənclər İdman Məktəbinin komandası layiq görülüb. Müxtəlif çəki dərəcələrində və komanda hesabında yer qazanan qaliblərə medal, diplom və kuboklar təqdim olunub.
08/07/2015 16:52
Yanvarın 26-da Təhsil Nazirliyində “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planına həsr olunmuş mətbuat konfransı keçirilib.
Konfransda nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsilin məzmununun yaradılması, yüksək nüfuzlu təhsilverənin və yeni idarəetmə sisteminin formalaşdırılması, ömürboyu təhsili təmin edən infrastruktun və yeni maliyyələşdirmə mexanizmlərinin yaradılması və digər məsələlər barədə Fəaliyyət Planında nəzərdə tutulmuş müddəaları izah ediblər. Tədbirdə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində qarşıda duran vəzifələr bir daha diqqətə çatdırılıb, həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Sonda Təhsil Nazirliyinin rəsmiləri jurnalistlərin çoxsaylı suallarını cavablandırıblar.
08/07/2015 16:52
Azərbaycan məktəbliləri Qazaxıstanın Almatı şəhərində keçirilən “XI Beynəlxalq Jauitikov” bilik olimpiadasında yüksək nəticələr əldə ediblər.
Qazaxıstanın Elm və Təhsil Nazirliyi, Almatı Fizika-riyaziyyat təmayüllü “İstedadlar” liseyi, “DARİN” elm mərkəzi tərəfindən təşkil olunan olimpiadada 15 ölkədən 57 komanda iştirak edib. Tədbirdə Azərbaycan 19 nəfərdən ibarət 3 komanda ilə təmsil olunub. 400-dək şagirdin qatıldığı olimpiadada şagirdlər komandalar şəklində riyaziyyat, fizika və informatika fənləri üzrə yarışıblar. Azərbaycan məktəbliləri riyaziyyat və fizika fənləri üzrə uğurlu nəticələr göstəriblər. Riyaziyyat fənni üzrə keçirilən olimpiadada Bakı “İstək” liseyinin X sinif şagirdi Məhəmməd Şirinov II yeri tutaraq gümüş, Quba “İstək” liseyinin X sinif şagirdi Tahir Nadirov III yeri tutaraq bürünc medal qazanıblar. Fizika fənni üzrə olimpiadada Quba “İstək” liseyinin IX sinif şagirdi Səbuhi Mikayılov III yerə çıxaraq bürünc medala layiq görülüb. Qeyd edək ki, "İstək" liseyi Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş tədris planı əsasında, beynəlxalq proqramlar əlavə olunmaqla fəaliyyət göstərir və müntəzəm olaraq şagirdlərin bilik və məntiq olimpiadalarında iştirakını təmin edir.
08/07/2015 16:52
Yanvarın 26-da təhsil naziri Mikayıl Cabbarov Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində Kürdəmir, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayon sakinlərini qəbul edib.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda vətəndaşlar, əsasən müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin tanınması, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı və digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbulda 57 vətəndaşın müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.
08/07/2015 16:52
Dekabrın 28-də Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən Uşaq-Gənclər İdman, Uşaq-Gənclər Şahmat məktəbləri arasında “İlin ən yaxşı idman məktəbi”, “İlin ən yaxşı məşqçi-müəllimi” və “İlin ən yaxşı idmançısı” nominasiyaları üzrə müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Təhsil naziri Misir Mərdanov bir neçə ildir ki, təhsil sistemində idman və fiziki tərbiyə işini daha da yaxşılaşdırmaq, bu sahədə çalışan istedadlı gənc idmançıları, məşqçi-müəllimləri aşkar etmək və rəğbətləndirmək məqsədilə ayrı-ayrı nominasiyalar üzrə respublika müsabiqələri təşkil olunduğunu bildirib. Ölkəmizdə idmanın inkişafına daim ciddi fikir verildiyini qeyd edən nazir bu sahəyə göstərilən diqqət və qayğının ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu, son illərdə isə bu işin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Nazir Azərbaycanın dünya ölkələri arasında tanınmasında, beynəlxalq arenada məşhurlaşmasında idman hərəkatı ilə müqayisə ediləcək digər bir sahənin olmadığını bildirib. Misir Mərdanov tədbir iştirakçılarına Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman məktəbləri, bu müəssisələrdə inkişaf etdirilən idman növləri, məşqçi-müəllimlər və görülmüş işlər haqqında məlumat verib. 10 nominasiya üzrə keçirilən VII respublika müsabiqəsində Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən 158 idman məktəbinin iştirak etdiyini söyləyən nazir qalibləri mərasim iştirakçılarına təqdim edib. Misir Mərdanov iştirakçıları qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra müsabiqə qaliblərinə diplom və hədiyyələr təqdim olunub. Mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva və olimpiya çempionu Fərid Mansurov idmançılara göstərilən qayğıya görə təşəkkürlərini bildiriblər.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı