• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Azərbaycan məktəbliləri Qazaxıstanın Almatı şəhərində keçirilən “XI Beynəlxalq Jauitikov” bilik olimpiadasında yüksək nəticələr əldə ediblər.

Qazaxıstanın Elm və Təhsil Nazirliyi, Almatı Fizika-riyaziyyat təmayüllü “İstedadlar” liseyi, “DARİN” elm mərkəzi tərəfindən təşkil olunan olimpiadada 15 ölkədən 57 komanda iştirak edib. Tədbirdə Azərbaycan 19 nəfərdən ibarət 3 komanda ilə təmsil olunub.
400-dək şagirdin qatıldığı olimpiadada şagirdlər komandalar şəklində riyaziyyat, fizika və informatika fənləri üzrə yarışıblar. Azərbaycan məktəbliləri riyaziyyat və fizika fənləri üzrə uğurlu nəticələr göstəriblər.
Riyaziyyat fənni üzrə keçirilən olimpiadada Bakı “İstək” liseyinin X sinif şagirdi Məhəmməd Şirinov II yeri tutaraq gümüş, Quba “İstək” liseyinin X sinif şagirdi Tahir Nadirov III yeri tutaraq bürünc medal qazanıblar. Fizika fənni üzrə olimpiadada Quba “İstək” liseyinin IX sinif şagirdi Səbuhi Mikayılov III yerə çıxaraq bürünc medala layiq görülüb.
Qeyd edək ki, "İstək" liseyi Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş tədris planı əsasında, beynəlxalq proqramlar əlavə olunmaqla fəaliyyət göstərir və müntəzəm olaraq şagirdlərin bilik və məntiq olimpiadalarında iştirakını təmin edir.


10 il əvvəl