• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

47-ci Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək Azərbaycan milli komandasına namizədlərin seçilməsi üzrə müsabiqənin rayon-şəhər mərhələsi başa çatıb.

Bu mərhələdə ümumilikdə, X və XI siniflər üzrə 1472 şagird iştirak edib. Müsabiqənin nəticələrinə əsasən, 693 şagird zona mərhələsində iştirak etmək hüququ qazanıb. Müsabiqənin zona mərhələsinin keçirilmə tarixi yaxın günlərdə Təhsil Nazirliyi tərəfindən elan olunacaq. Zona mərhələsinin Təşkilat Komitəsi tərəfindən müəyyən edilmiş mərkəzlərdə keçirilməsi nəzərdə tutulur. Mərkəzlər respublikanın müxtəlif bölgələrində yerləşən ümumi təhsil müəssisələri arasından seçiləcək. Zona mərhələsində iştirak edəcək şagirdlər ilk mərhələnin nəticələrinə əsasən, Təşkilat Komitəsinin qərarı ilə müəyyənləşdiriləcək. Bu mərhələdə suallar nisbətən çətinləşdirilmiş qapalı test və açıq tipli formatda hazırlanacaq. 30 sualın cavablandırılması üçün şagirdlərə 4 saat vaxt ayrılacaq. Seçim turunun respublika mərhələsi M.V.Lomonosov adına MDU-nun Bakı filialında keçiriləcək. Bu mərhələdə iştirak edəcək şagirdlər də zona mərhələsinin nəticələri nəzərə alınmaqla, Təşkilat Komitəsinin qərarına əsasən müəyyənləşdiriləcək. Şagirdlər 20 çətinləşdirilmiş qapalı testi və açıq tipli sualları cavablandıracaqlar. Qeyd edək ki, 80 ölkədən 300-dən artıq məktəblinin iştirak edəcəyi 47-ci Beynəlxalq Kimya Olimpiadası iyulun 20-dən 29-dək Bakı şəhərində keçiriləcək. Beynəlxalq Kimya Olimpiadası ilk dəfə 1968-ci ildə 5 ölkənin iştirakı ilə Çexoslovakiyada (indiki Çexiyada) keçirilib. 2013-cü ildə keçirilmiş 46-cı olimpiada 75 ölkədən 300 şagirdin iştirakı ilə Vyetnamın Hanoy şəhərində təşkil edilib. Azərbaycan məktəbliləri bu olimpiadada 2002-ci ildən iştirak edir və bu günədək onlar 5 qızıl, 5 gümüş, 14 bürünc olmaqla, ümumilikdə 24 medal qazanıblar. Qeyd edək ki, 47-ci Beynəlxalq Kimya Olimpiadasının rəsmi internet saytı (http://icho2015.msu.az/) istifadəyə verilib.

Yanvarın 26-da Təhsil Nazirliyində ümumtəhsil məktəblərinin şagirdləri arasında dahi rus şairi Mixail Lermontovun 200 illik yubileyi münasibətilə təşkil olunmuş müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Ümumtəhsil məktəblərinin VII-XI sinif şagirdləri arasında keçirilən müsabiqədə məktəblilər bədii qiraət, teatrlaşdırılmış səhnəciklər və rəsm nominasiyaları üzrə iştirak ediblər. Tədbirdə hər nominasiya üzrə I, II və III yerin sahiblərinə Təhsil Nazirliyinin diplomu təqdim olunub. Qalibləri Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdir əvəzi Vasif Məmmədov təbrik edərək müsabiqənin məqsədinin XIX əsrdə yaşamış dahi rus şairi və dramaturqu Mixail Lermontovun zəngin həyat və fəaliyyətini gənc nəslə daha yaxından tanıtmaq, onun irsinə maraq oyatmaqdan ibarət olduğunu bildirib.

Təhsil Nazirliyinin dəstəyi ilə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən həyata keçirilən “Respublika Məktəblərarası Debat Forumu 2014” layihəsi başa çatıb.

“Narkotik vasitələrin, onların psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndinin icrası məqsədilə həyata keçirilən layihə çərçivəsində Bakı, Sumqayıt, Şəki, Gəncə, Lənkəran və Şəmkirdə təlimlər, eyni zamanda turnirlər keçirilib. Təlimlər çərçivəsində şagirdlər sağlam həyat tərzi haqqında məlumatlandırılıb, interaktiv tədris metodlarının istifadəsi vasitəsilə ilkin biliklər qazanıblar. Layihə çərçivəsində Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Pərvin Məmmədov tərəfindən “Sağlam həyat” mövzusunda ekspert və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən debat təlimləri təşkil olunub. Silsilə təlim və turnirlərdən sonra “Respublika Məktəblərarası Debat Forumu 2014” keçirilib. Forumda Bakı, Sumqayıt, Gəncə, Şəki, Lənkəran, Şəmkir şəhərlərindəki 60 məktəbin komandası iştirak edib. Turnirlərin nəticəsi olaraq, Bakı Avropa Liseyinin ”Debal” və Sumqayıt şəhər 1 saylı tam orta məktəbin “Kommunikadze” komandaları finalda mübarizə aparmaq şansı qazanıblar. Forumun final oyunu və mükafatlandırma mərasimi yanvarın 29-da Azərbaycan Dövlət İqtisad Universitetində keçiriləcək. 

Dekabrın 29-da Təhsil Nazirliyində “Azərbaycan məktəbi” jurnalının 85 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Tədbiri giriş sözü ilə təhsil naziri Misir Mərdanov açaraq bildirib ki, bir əsrə yaxın şərəfli ömür sürmüş, Azərbaycanın maarif, təhsil, pedaqoji fikir və milli mətbuat səhifələrində öz dəst-xətti ilə seçilən “Azərbaycan məktəbi” jurnalının 85 illik yubileyi təhsilimizin tarixində əhəmiyyətli hadisədir. Nazir “Azərbaycan məktəbi” jurnalının keçdiyi uğurlu inkişaf yolundan, təhsilimizə layiqli töhfələr verdiyindən söz açaraq bu mətbu orqanın əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Nəcəf Nəcəfov çıxış edərək bildirib ki, jurnal bir mətbu orqan kimi məktəb həyatının ən zəruri məsələlərini işıqlandırılmaqla təhsilimizin inkişafına xidmət edib. Tədbirdə iştirak edən alim və pedaqoqlardan Ə.Ağayev, Y.Kərimov, H.Əhmədov və başqaları yubiley münasibətilə “Azərbaycan məktəbi” jurnalının əməkdaşlarını təbrik ediblər. Sonda təhsil naziri Misir Mərdanov “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Nəcəf Nəcəfova, baş redaktoru müavini Nəsrəddin Musayevə Təhsil Nazirliyinin “Azərbaycan Respublikanın qabaqcıl təhsil işçisi” döş nişanını, bir qrup əməkdaşa isə Fəxri fərman təqdim edib.

Məktəblilərin Fənn Olimpiadalarının rayon-şəhər mərhələsi yekunlaşıb.

Olimpiadanın rayon-şəhər mərhələsində 21183 şagird iştirak edib. Yekun nəticələrə əsasən, Azərbaycan dili fənni üzrə 740, tarix fənni üzrə 715, coğrafiya fənni üzrə 671, biologiya fənni üzrə 452, fizika fənni üzrə 393, riyaziyyat fənni üzrə 334, kimya fənni üzrə 151, informatika fənni üzrə isə 79 şagird uğur əldə edib. Bununla, bütün fənlər üzrə 3535 şagird respublika mərhələsinin yarımfinal turunda iştirak etmək hüququ qazanıb. Qeyd edək ki, olimpiadaların respublika mərhələsinin yarımfinal turu mart ayında zonalar üzrə keçiriləcək.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin bu dəfəki qonağı Utrext Universitetinin məzunu Nicat Abbaslıdır.

Yanvarın 29-da “Respublika Məktəblərarası Debat Forumu 2014” layihəsi çərçivəsində final oyunu və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin rəsmiləri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının nümayəndələri, QHT rəhbərləri iştirak ediblər. Mərasimdə Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdir əvəzi Vasif Məmmədov layihə barədə məlumat verib. O, bildirib ki, Təhsil Nazirliyinin dəstəyi ilə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndinin icrası məqsədilə həyata keçirilən bu layihə çərçivəsində Bakı, Sumqayıt, Gəncə, Şəki, Lənkəran və Şəmkirdə ümumilikdə 180 şagird üçün təlimlər, eyni zamanda turnirlər keçirilib. Təlimlər çərçivəsində şagirdlər sağlam həyat tərzi haqqında məlumatlandırılıb, interaktiv tədris metodlarının istifadəsi vasitəsilə ilkin biliklər qazanıblar. Silsilə təlim və turnirlərdən sonra “Respublika Məktəblərarası Debat Forumu 2014” keçirilib. Forumda Bakı, Sumqayıt, Gəncə, Şəki, Lənkəran və Şəmkir şəhərlərindəki 60 məktəbin komandası iştirak edib. Turnirlərin nəticəsi olaraq, Bakı Avropa Liseyinin ”Debal” və Sumqayıt şəhər 1 saylı tam orta məktəbin “Kommunikadze” komandaları finalda mübarizə aparmaq şansı qazanıblar. Rəsmi çıxışlardan sonra final oyunu keçirilib. Bakı Avropa Liseyinin ”Debal” komandası rəqibinə üstün gələrək “Sağlam həyat” Kubokunun sahibi olub. Münsiflər heyəti “ən yaxşı natiq” nominasiyası üzrə də qaliblərin adlarını açıqlayıb. Bu nominasiya üzrə Bakı Avropa Liseyinin şagirdi Ümid Mahmudov I, Şəki şəhəri 1 nömrəli tam orta məktəbin şagirdi Çinarə Mustafayeva II, Bakı Avropa Liseyinin şagirdi Nihad Əliyev III yeri tutub.

Aprelin 6-da Təhsil Nazirliyi tərəfindən “Elektron Təhsil” Ümumrespublika müsabiqəsinin başlanmasına həsr olunmuş mətbuat konfransı keçirilib.

Təhsil Nazirliyi nəzdindəki Təhsil sisteminin informasiyalaşdırılması idarəsində keçirilən mətbuat konfransında idarənin rəisi Samir Məmmədov qeyd edib ki, 2010-cu il Təhsil Nazirliyi tərəfindən “Təhsildə İKT ili” elan olunub və bu müsabiqə nəzərdə tutulmuş fəaliyyətlərdən biridir. Onun sözlərinə görə, müsabiqə “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir və “Microsoft Azərbaycan”, İntel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, AZEDUNET, Ultra, HP, Mədəd təşkilatları tərəfindən dəstəklənir. Təşkilat Komitəsinin üzvü, Azərbaycan İnternet forumunun rəhbəri Osman Gündüz müsabiqənin rəsmi veb-saytının təqdimatını keçirib. O.Gündüz qeyd edib ki, müsabiqəyə dair məlumatlar www.musabiqe.edu.az rəsmi internet səhifəsində yerləşdirilib. Tədbirdə qeyd olunub ki, müsabiqə “Təhsildə internet texnologiyaları” və “Müasir məktəbdə elektron tədris resursları” istiqamətləri üzrə təşkil edilib. Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internet texnologiyalardan tədris prosesində istifadəni daha da inkişaf etdirmək, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından səmərəli istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir. Müvafiq istiqamətlərə əsasən müəyyən edilən 5 nominasiyanın hər biri üzrə qalib gələnlərə noutbuk, netbuk və digər mükafatlar təqdim olunacaq.

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) cari ilin mart ayında 356 müraciət daxil olub.

Qəbul edilən müraciətlərin 311-i telefonla, 45-i   elektron poçt vasitəsilə göndərilib. Daşıdığı informasiyanın əhəmiyyətindən və mövzusundan asılı olmayaraq bütün müraciətlər dinlənilib, qeydə alınıb. Xüsusi araşdırma tələb edən müraciətlər aidiyyəti qurumlara göndərilərək müvafiq araşdırılmalar aparılıb, ünvanlı müraciətlər yazılı şəkildə cavablandırılıb. Müraciətlərin böyük əksəriyyəti anonimdir. Müraciətlərdə sorğuların sayı daha çoxdur. Bu isə cari ilin fevral-mart ayları ərzində ümumtəhsil məktəblərinin IX-XI siniflərində mərkəzləşdirilmiş qaydada keçirilən yoxlama imtahanları, müəllimlərin işə qəbulu üzrə yeni mexanizmin tətbiqi, Respublika fənn olimpiadalarının və Beynəlxalq olimpiadaların təşkili, keçirilməsi və nəticələrinin öyrənilməsi ilə əlaqədar olub. Belə müraciətlər ümumi sorğuların 70 faizindən çoxunu təşkil edir. Digər sorğular xaricdə təhsil, müəllimlərin əmək haqqının hesablanması, təhsil sənədlərinin alınması, tanınması və sair məsələlərlə bağlı olub. Müraciətlərin bir qismində məktəbəqədər, ümumi, texniki peşə, orta ixtisas və ali təhsil müəssisələrindəki problemlərdən bəhs olunur. Bu müraciətlər əsasında araşdırmalar aparılıb, problemlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib. “Qaynar xətt” xidmətinə daxil olan müraciətlərin 90 faizdən çoxu ümumtəhsil məktəbləri ilə əlaqədardır. Belə müraciətlərin böyük əksəriyyəti Bakı şəhərindən, bir qismi Gəncə, Sumqayıt və Şirvan şəhərlərindən daxil olub. Eyni zamanda Abşeron, Qəbələ, Gədəbəy, Şəki, Şamaxı, Beyləqan, Lənkəran rayonlarından daha çox müraciət qeydə alınıb. Müraciətlərdə ümumtəhsil müəssisələrində tədris prosesinin təşkili, maddi-texniki təchizat sahəsində çatışmazlıqlar, məktəb direktorlarının idarəetmədə yol verdikləri nöqsanlar və digər məsələlər öz əksini tapıb. Təhsil Nazirliyinin “Qaynar xətt”inə edilən bütün müraciətlər ciddi araşdırılıb və müvafiq tədbirlər həyata keçirilib.

Aprelin 7-də təhsil naziri Misir Mərdanov Dünya Bankının ölkəmizdə səfərdə olan missiyası ilə görüşüb.

Misir Mərdanov qonaqları səmimi salamlayaraq onların Təhsil Nazirliyində keçirdikləri görüşlərin, apardıqları bir sıra müzakirələrin görülən işlərin daha da yaxşılaşdırılmasında mühüm rol oynayacağını qeyd edib. Nazir Dünya Bankı ilə Təhsil Nazirliyinin birgə həyata keçirdiyi tədbirlərdən, reallaşdırılan işlərdən danışıb. Nazir, həmçinin, Dünya Bankı tərəfindən hazırlanmış “Yaşayış səviyyəsinin qiymətləndirilməsinə dair hesabat”la tanış olduğunu və bununla bağlı bir sıra qeydlərini bildirib. Dünya Bankının Azərbaycan üzrə meneceri Qriqori Yedjeyçak səmimi qəbula və müvafiq hesabat haqqında fikirlərinə görə təhsil naziri Misir Mərdanova təşəkkür edib. Ölkəmizin təhsil sektorunda aparılan işlərdən danışan qonaq Azərbaycanın onlar üçün ən yaxşı tərəfdaş olduğunu vurğulayıb. Sonra Dünya Bankının Cənubi Qafqaz ölkələri üzrə koordinatoru Meskerem Mulatu Təhsil Nazirliyinin müvafiq şöbələrində Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin icrası istiqamətində keçirilmiş görüşlərdən, aparılan müzakirələrdən söz açıb. Xanım Mulatu görülən işlərin yaxın gələcəkdə təhsil sahəsinin daha da inkişafına səbəb olacağını nəzərə çatdırıb, müəllim hazırlığı, ixtisasartırma təhsili üzrə aparılan yenilikləri təqdirəlayiq hal kimi dəyərləndirib. PİSA-Beynəlxalq Qiymətləndirmə Proqramında ölkəmizin iştirakından danışan qonaq bununla bağlı bir sıra məqamlara toxunub. Nazir də öz növbəsində qeyd olunan istiqamətlərdə aparılan işlərdən söz açıb, son illər ali və orta təhsil sahəsində həyata keçirilən tədbirlər, Dünya Bankının tövsiyəsi ilə Təhsil Nazirliyində yaradılan şöbələrin gördükləri iş, 10 təhsil ocağının nümunəvi məktəbə çevrilməsi barədə qonaqlara məlumat verib. Sonda təhsil naziri Misir Mərdanov bu görüşdən məmnun qaldığını ifadə edib və qonaqlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı