• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

15-16 yaşlı yeniyetmələr arasında keçirilən boks üzrə “Təhsil” Respublika İdman Mərkəzinin açıq Respublika birinciliyi başa çatıb.

Yarışın keçirilməsində məqsəd bu yaş qrupunda “Təhsil” RİM-in yığma komandasını müəyyənləşdirməkdən ibarətdir.
Tədbirin açılış mərasimində “Təhsil” RİM-in direktoru Natiq Lahıcov bildirib ki, belə yarışlar boksun təbliği və inkişaf etdirilməsinə, eyni zamanda yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verir.
Birincilikdə Təhsil Nazirliyinin tabeliyində olan iyirmi idman məktəbinin ümümilikdə 140 idmançısı mübarizə aparıb. Gərgin keçən görüşlərin nəticələrinə əsasən, komanda hesabında I yerə “Təhsil” RİM-in 1 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandası, II yerə Gəncə şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin komandası, III yerə Ağdaş rayon Uşaq-Gənclər İdman Məktəbinin komandası layiq görülüb.
Müxtəlif çəki dərəcələrində və komanda hesabında yer qazanan qaliblərə medal, diplom və kuboklar təqdim olunub. 


10 il əvvəl