SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Yanvarın 19-da Təhsil Nazirliyində 20 yanvar ümumxalq hüzn günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin məkrəzi aparatının işçiləri və tarixçi ekspertlər iştirak edib.
Əvvəlcə 1990-cı il yanvarın 20-də qətlə yetirilmiş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Təhsil nazirinin müavini Firudin Qurbanov 25 il öncə Bakı şəhərində və ölkəmizin digər bölgələrində SSRİ hərbi birləşmələri tərəfindən dinc əhaliyə qarşı törədilmiş qırğınlar barədə məlumat verib, qan yaddaşımızın ən mühüm məqamlarından biri olan həmin hadisə ilə xalqımızın demokratiya və suverenlik uğrunda apardığı mübarizəsinin dönməzliyini bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb.
Respublikanın informasiya blokadasına alındığı bir şəraitdə baş vermiş hadisələr barədə həqiqətləri operativ surətdə dünya ictimaiyyətinə çatdırmaq zərurəti yaranmışdır. Həmin zaman ümummilli lider Heydər Əliyev bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, mənsub olduğu xalqın faciəsinə məsuliyyət daşıyanları Kremlin bir addımlığında, həm də bütün dünyanın gözü qarşısında ittiham etdi.
Tədbirdə daha sonra çıxış edənlər həmin faciəni doğuran səbəblər barədə danışıblar.
Sonda 20 yanvar faciəsi ilə əlaqədar qısametrajlı film nümayiş olunub.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl