• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Bakı şəhəri üzrə məktəblilərin fənn olimpiadalarının şəhər mərhələsi keçirilib.

 Paytaxtın 12 rayonunu əhatə etmiş fənn olimpiadaları 3, 18, 42, 95, 96, 114, 138, 139, 160, 181, 220, 235, 258, 276 nömrəli tam orta məktəblərdə təşkil olunub. Üç saat davam edən olimpiadanın bu mərhələsində ümumilikdə 3473 şagird iştirak edib. Bu il ilk dəfə olaraq fənn olimpiadalarının şəhər mərhələsi test üsulu ilə keçirilib. Bu mərhələdə müvəffəqiyyət qazanan şagirdlər olimpiadanın respublika mərhələsinə vəsiqə əldə edəcəklər.

"Gələcək karyeramı Mərkəzi Bankda qurmağı planlaşdırıram"

Böyük Britaniyanın Queen Mary London Universitetinin magistrantı Məhəmməd Məhərrəmli ilə söhbət  Məhəmməd Mirqalib oğlu Məhərrəmli 1991-ci il noyabrın 15-də Gədəbəy rayonunda anadan olub. 2008-ci ildə şəhər 1 nömrəli tam orta məktəbi bitirib. 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə fakültəsinə daxil olub. 2012-ci ildə həmin universitetin "Xüsusi İstedadlar Qrupu"ndan (XİQ) məzun olub. 2012-2013-cü illərdə "Hyatt" korporasiyasında daxili auditor kimi fəaliyyət göstərib.   2013-cü ilin sentyabrından "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın Queen Mary London Universitetində magistratura təhsilinə başlayıb. - Xaricdə təhsil almağa necə qərar verdiniz? İxtisas seçimində kimlərin dəstəyi oldu? - "Xüsusi İstedadlar Qrupu"nda təhsil almaq demək olar ki, mənim həyatımı dəyişən əsas amillərdən biri oldu. Çünki bu qruplarda bütün dərslər xarici və ya xaricdə oxumuş müəllimlər tərəfindən ingilis dilində tədris olunurdu. Bu isə bizdə xarici ədəbiyyatı oxumaq və qavramaq qabiliyyətini gücləndirdi, tezliklə öyrəndiyimiz biliklərin daha da təkmilləşdirilməsinə ehtiyac yarandı və biz də xaricə üz tutduq. İxtisas seçiminə gəldikdə isə, maliyyə və mühasibatlıq sahəsində təhsil almaq mənim arzum idi. Bu arzu Azərbaycanda həmin sahəyə artan tələbat, həm də bakalavr dövründə aldığım təhsilin nəticəsində yaranmışdı. Mən deyərdim ki, 2013-2014-cü ildə Dövlət Proqramı çərçivəsində tələbələrin seçim prosesi əvvəlki illərə nisbətən yenilik idi. Bu, ədalətli, sistemli və şəffaf bir seçim prosesi ilə diqqət çəkdi. - Təhsilimizdə gedən proseslərə münasibətiniz? - Son illərdə böyük işlər görülür. Təbii ki, irəlidə görüləcək çox işlər var. Cənab Prezidentimiz İlham Əliyevin sözləri ilə desək, "Biz iqtisadi potensialımızı insan kapitalına çevirməliyik". Həqiqətən də hazırda ölkəmizdə ən çox diqqət təhsil sahəsinə yönəldilib. Təhsil naziri Mikayıl Cabbarovun ölkəmizin təhsil sisteminə gətirdiyi yeniliklər bütün cəmiyyətdə rəğbətlə qarşılanır. Aparılan islahatlar təhsil sistemimizin səviyyəsinin güclənməsinə xidmət edir.  - Tələbə həyatınız necə keçir?  - Londona gedəndə iqlimlə bağlı bir az çətinliklər oldu, amma ingilislər olduqca mədəni və istiqanlı xalqdır, buna görə də çox çətinlik çəkmədik. Amma Britaniyada magistr dərəcəsi almaq çox çətindir. İmtahanlardan yaxşı qiymətlər almaq üçün bəzən gecələri kitabxanada keçirmək lazımdır, amma bu çətinliyin özü də xoş gəlir, çünki çox dəyərli biliklər qazanırsan. Hər çətinliklə qarşılaşdıqda bu biliklərin Azərbaycanımıza verəcəyi faydaları düşünmək məni həmişə həvəsləndirib.  Asudə vaxtım çox az olur və daha çox idmanla məşğul oluram. Bundan başqa, Britaniyanın "Financial Times" kimi məşhur jurnallarında dərc olunan   materialları izləyirəm. - Oxuduğunuz ali məktəb barədə... - Queen Mary London Universitetinin əsası 1785-ci ildə qoyulub. Hazırda dünyanın ən yaxşı 100 universiteti sırasındadır. Ali məktəbdə 15 minə yaxın tələbə təhsil alır. Tələbələrin 30 faizini dünyanın 130 ölkəsindən olan əcnəbilər təşkil edir. Universitet məzunlarından 5 nəfər Nobel mükafatına layiq görülüb. Oxuduğum ixtisasa görə, yəni maliyyə və mühasibatlığa görə isə Böyük Britaniyanın ən yaxşı dörd universitetindən biridir. - Universitetdə imtahan sessiyası necə təşkil olunur? - Bizim universitetdə bütün imtahanlar - həm qış, həm də yay semestrinin imtahanları may ayı ərzində olur. Bütün imtahanlar yazılı esse suallardan ibarət olur və London Universiteti tərəfindən mərkəzləşmiş qaydada aparılır. İmtahan nəticələri isə həm universitet daxili, həm də başqa universitetlərdən olan müəllimlər tərəfindən yoxlanılır. - Universitetdə mühazirələrin təşkili necə qurulub? - Bütün mühazirələr interaktiv metod üzərində qurulub, yəni mühazirələrdə müəllim və tələbə arasında fikir mübadiləsi aparılır. Bütün zəruri materiallar hər tələbənin elektron hesabında yerləşdirilir, tələbə istənilən vaxt materiallardan istifadə edə bilir. Dərs prosesinə nəzarət universitet tərəfindən aparılır və eyni zamanda tələbələrdən müəllimlər haqda anonim sorğu alınır ki, bu sorğuların nəticəsi müəllimlərin həm maaşına, həm də gələcək dərslərinə təsir edir.  - Əcnəbi tələbələrin təhsil üçün Britaniya universitetlərini seçməsini necə izah edərdiniz? - Sonuncu reytinq cədvəllərinə baxsaq görərik ki, dünyanın ən yaxşı altı universitetindən dördü Britaniya universitetidir. Britaniyada təhsil almaq üçün səbəblər çoxdur, məsələn, ən yeni texnologiyaların olduğu laboratoriyalar, zəngin kitabxanalar, bütün tələblərə cavab verən kampuslar və yüksək keyfiyyətli təhsil. Bundan başqa, Britaniyada məzun olmuş tələbə bilir ki, onun diplomu dünyada tanınır və dünyanın hər yerində iş tapa bilər. - Bir neçə kəlmə seçdiyiniz ixtisasın əhəmiyyəti barədə...  - Güclü bir ölkə üçün güclü iqtisadiyyat, güclü bir iqtisadiyyat üçün də güclü maliyyə və mühasibatlıq sistemi olmalıdır. Beynəlxalq mühasibatlıq və maliyyə sisteminə keçidlə əlaqədar bu sahədə peşəkar kadrlara olan tələbat gündən-günə artır. Buna görə də bu keçid dövründə Azərbaycan Respublikasına yararlı peşəkar kadr kimi yetişmək mənim əsas hədəfimdir. - Gələcək planlarınız? - Gələcək karyeramı Mərkəzi Bankda qurmağı planlaşdırıram. Ölkəmizə və millətimizə yararlı işlər görmək üçün hər zaman əlimdən gələni edəcəm.   "Azərbaycan müəllimi" qəzeti  

47-ci Beynəlxalq Kimya Olimpiadası 20-29 iyul 2015-ci il tarixlərində Bakı şəhərində keçiriləcək.

Beynəlxalq Kimya Olimpiadasının Təşkilat Komitəsi tərəfindən Azərbaycanda keçirilməsi nəzərdə tutulan olimpiadada dünyanın 80-ə yaxın ölkəsi iştirak edəcək. 47-ci Beynəlxalq Kimya Olimpiadasının yüksək səviyyədə keçirilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən müvafiq əmr imzalanıb. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, professor Nərgiz Paşayevanın sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb. Eyni zamanda 47-ci Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək milli komandaya namizədlərin seçilməsi qaydaları təsdiq edilib. Qaydalara əsasən, olimpiadada çıxış edəcək milli komandaya namizədlərin seçilməsi məqsədi ilə ümumtəhsil müəssisələrinin şagirdləri arasında kimya fənni üzrə seçim turları keçiriləcək. Seçim turlarına X-XI sinif şagirdləri cəlb ediləcək. Seçim turlarının yekun mərhələsinin qalibləri M.V.Lomonosov adına MDU-nun Bakı filialında təşkil olunacaq Beynəlxalq Kimya Olimpiadasına hazırlıq məşğələlərində iştirak edəcəklər. Seçim turları rayon (şəhər), zona və respublika mərhələlərindən ibarətdir. Hər üç mərhələ üzrə suallar M.V.Lomonosov adına MDU-nun Bakı filialının mütəxəssisləri tərəfindən hazırlanacaq. İlk seçim turu 18 yanvar 2015-ci il tarixində keçiriləcək. Bu mərhələdə şagirdlərə 30 sual təqdim ediləcək və cavablandırılması üçün 3 saat vaxt veriləcək. Suallar siniflər üzrə məktəb proqramına uyğun qapalı test formatında hazırlanacaq. Zona mərhələsinin Təşkilat Komitəsi tərəfindən müəyyən edilmiş mərkəzlərdə keçirilməsi nəzərdə tutulur. Mərkəzlər respublikanın müxtəlif bölgələrində yerləşən ümumi təhsil müəssisələri arasından seçiləcək. Zona mərhələsində iştirak edəcək şagirdlər ilk mərhələnin nəticələrinə əsasən Təşkilat Komitəsinin qərarı ilə müəyyənləşdiriləcək. Bu mərhələdə suallar nisbətən çətinləşdirilmiş qapalı test və açıq tipli formatda hazırlanacaq. 30 sualın cavablandırılması üçün şagirdlərə 4 saat vaxt ayrılacaq. Seçim turunun respublika mərhələsi M.V.Lomonosov adına MDU-nun Bakı filialında keçiriləcək. Bu mərhələdə də iştirak edəcək şagirdlər zona mərhələsinin nəticələri nəzərə alınmaqla, Təşkilat Komitəsinin qərarına əsasən müəyyənləşdiriləcək. Şagirdlər 20 çətinləşdirilmiş qapalı testi və açıq tipli sualları cavablandıracaqlar. Bunun üçün onlara 4 saat vaxt ayrılacaq. Respublika mərhələsinin nəticələrinin imtahan başa çatdıqdan 5 gün sonra elan olunması nəzərdə tutulur. Nəticələr məlum olduqdan sonra apelyasiya günü müəyyən ediləcək. Beynəlxalq Kimya Olimpiadası ilk dəfə 1968-ci ildə 5 ölkənin iştirakı ilə Çexoslovakiyada (indiki Çexiyada) keçirilib. Sonuncu – 46-cı olimpiada 2013-cü ildə 75 ölkədən 300 şagirdin iştirakı ilə Vyetnamın Hanoy şəhərində təşkil edilib. Azərbaycan məktəbliləri bu olimpiadada 2002-ci ildən iştirak edir və bu günədək onlar 5 qızıl, 5 gümüş, 14 bürünc olmaqla, ümumilikdə 24 medal qazanıblar. Qeyd edək ki, 47-ci Beynəlxalq Kimya Olimpiadasının rəsmi internet saytı (http://icho2015.msu.az/) istifadəyə verilib.

Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən məktəblilərin Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi başa çatıb.

Bu mərhələnin nəticələri 15 gün ərzində elan olunacaq. Olimpiadalarda Bakı şəhəri üzrə 3473, bölgələrdən 20600 nəfər şagird iştirak edib. IX, X və XI sinif şagirdləri Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə  öz biliklərini nümayiş etdiriblər. Tapşırıqlar münsiflər heyəti tərəfindən məktəb proqramına uyğun qapalı test sualları formasında tərtib olunub. Rayon (şəhər) mərhələsində Azərbaycan dili, ədəbiyyat və riyaziyyat fənləri üzrə bilik yarışına maraq göstərən şagirdlər daha çox olub. İnformatika və biologiya fənləri üzrə olimpiadalarda isə nisbətən az şagird iştirak edib. Bu mərhələdə uğur qazanan şagirdlər Respublika mərhələsinin yarımfinal turunda iştirak edəcəklər.

Dekabrın 25-də Təhsil Nazirliyində Yaponiyanın təhsil sistemi ilə tanış olmaq məqsədilə bu ölkəyə səfər etmiş nümayəndə heyətinin təqdimat mərasimi keçirilib.

Təhsil naziri Misir Mərdanov tədbirin məqsədi barədə qısa məlumat verib.    Sonra nazirliyin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva Yaponiyanın elm və təhsil sistemi haqqında təqdimat-məruzə edib, bu ölkədə təhsili idarə etmək üçün Təhsil Şurasının fəaliyyət göstərdiyini nəzərə çatdırıb. Təranə Hacıyeva Yaponiyada insanların təhsil almasında heç bir məhdudiyyətin olmadığını, təhsil ocaqlarında ibtidai təhsilin 6, kiçik orta məktəbdə 3, yuxarı orta məktəbdə 3, ali məktəblərdə 4, magistraturada 2 və doktoranturada 2 il davam etdiyini bildirib. Yaponiyada müəllimlərin məktəblərə işə qəbulunun imtahanla həyata keçirildiyini qeyd edən Təranə Hacıyeva müəllimlərin bir məktəbdə maksimum 6 il işləməsinə icazə verildiyini, onların beş ildən bir ixtisasartırma kursundan keçirildiyini diqqətə çatdırıb. Şöbə müdiri Yaponiyada ibtidai siniflərdə şagirdlərlə iki müəllimin məşğul olduğunu, bu siniflərdə bir dərs saatının 45, yuxarı siniflərdə isə 50 dəqiqə davam etdiyini və tədris ilinin 11 ay, yəni 3 semestrdən ibarət olduğunu bildirib. Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva Yaponiyanın təhsil ocaqlarında məktəblə valideyn arasında sıx əlaqənin mövcudluğu haqqında da məlumat verib.

Yanvarın 15-də Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdləri arasında təşkil olunmuş məktəblilərarası I fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin, Səbail və Xətai rayon icra hakimiyyətlərinin rəsmiləri, Milli Məclisin üzvləri, məktəb direktorları, təhsil ekspertləri iştirak ediblər. Mərasimdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın istedadlı uşaqların müəyyən edilməsi və onların inkişafına yönəlmiş bir sıra mühüm hədəfləri özündə əks etdirdiyini vurğulayıb. İstedadlı uşaqların aşkara çıxarılmasında isə olimpiadalar və fənn müsabiqələri müstəsna əhəmiyyətə malikdir. Bunu nəzərə alaraq, Respublika fənn olimpiadalarının final mərhələsi Təhsil Nazirliyinin xüsusi nəzarəti altında şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirilib. Eyni zamanda nəticələr ciddi təhlil edilib və araşdırılıb. Ceyhun Bayramov bildirib ki, təhlillər bir sıra istiqamətlərdə, xüsusilə təbiət elmləri sahəsində bəzi təkmilləşdirmələr və yeniliklərə ehtiyac olduğunu üzə çıxarıb. Nazir müavini ümumilikdə, müsabiqələrin istedadlı şagirdləri aşağı siniflərdə müəyyənləşdirməyə kömək etdiyini deyib. İstedadlı şagirdlərlə işin düzgün qurulması üçün məktəblərə zəruri dəstəyin göstərilməsi isə 2015-ci ildə nazirliyin fəaliyyətinin əsas istiqamətlərindən biri olacaq. Milli Məclisin üzvü Fuad Muradov şagirdlərinin biliklərinin artırılmasında müsabiqələrin, olimpiadaların keçirilməsinin böyük əhəmiyyəti olduğunu vurğulayıb. Millət vəkilinin fikrincə, belə bilik yarışları şagirdlərin beynəlxalq səviyyədə keçirilən olimpiadalarda yüksək səviyyədə iştirakına zəmin yaradır. Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdir müavini Emin Əmrullayev fənn müsabiqəsi barədə məlumat verib. E.Əmrullayev qeyd edib ki, müsabiqə riyaziyyat və təbiət elmləri (kimya, biologiya, fizika) olmaqla, iki istiqamətdə aparılıb. Məktəblər müsabiqədə riyaziyyat fənni üzrə VI, VII və VIII, təbiət elmləri üzrə isə VII, VIII və IX siniflərin hər birindən 3 nəfər olmaqla, 9 nəfərlik komandalarla təmsil olunub. Üç mərhələdə aparılan bilik yarışında 600-ə yaxın şagird iştirak edib. Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin müxtəlif fənlərə olan marağının artırılması, onlara bilik və bacarıqlarını nümayiş etdirmək üçün şəraitin yaradılması, məktəblilər arasında sağlam rəqabət hissinin formalaşdırılması və istedadlı şagirdlərin üzə çıxarılmasıdır. Emin Əmrullayev riyaziyyat və informatika fənləri üzrə olimpiadalara hazırlaşanlar üçün xüsusi tərcümə olunaraq çap edilmiş vəsaitləri də təqdim edib. Bu vəsaitlərdən biri riyaziyyat fənni üzrə keçirilmiş respublika fənn olimpiadalarında müxtəlif illərdə istifadə olunmuş məsələlər və onların həlli, o cümlədən beynəlxalq riyaziyyat olimpiadası məsələlərinin Azərbaycan dilində tərcüməsindən ibarət kitabdır. Bundan əlavə, aşağı sinif şagirdləri üçün qeyri-standart riyazi məsələləri özündə əks etdirən beynəlxalq “Kenquru” müsabiqəsinin sualları da Azərbaycan dilinə tərcümə olunaraq ayrıca vəsait kimi buraxılıb. Üçüncü kitab informatika olimpiadaları ilə bağlıdır. Mərasimdə fərdi qaydada riyaziyyat, kimya, fizika və biologiya fənləri üzrə I, II və III yeri tutan şagirdlərə diplom və medallar təqdim olunub. Hər fənn üzrə ilk onluqda olan şagirdlər isə hədiyyələrlə mükafatlandırılıb. Komanda hesabında riyaziyyat və təbiət elmləri üzrə I, II və III yeri tutan ümumi təhsil müəssisələrinə kubok verilib.

“Təhsil” Respublika İdman Mərkəzinin (RİM) kişilər arasında keçirdiyi ağır atletika üzrə Respublika çempionatı başa çatıb.

İki gün davam edən çempionatın əsas məqsədi fevral ayında Azərbaycan çempionatında iştirak edəcək “Təhsil” RİM-in yığma komandasını müəyyənləşdirməkdir. Birincilikdə Təhsil Nazirliyinin tabeliyində olan idman məktəblərinin 34 idmançısı mübarizə aparıb. Yüksək səviyyədə təşkil olunan yarış gərgin mübarizə şəraitində keçib. Yarışın nəticələrinə əsasən, komanda hesabında I yeri “Təhsil” RİM-in Gəncə filialı, II yeri 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Mərkəzi, III yeri Cəlilabad Uşaq-Gənclər İdman Məktəbi (UGİM) tutub. Şəxsi hesablarda da bu idman müəssisələrinin yetirmələri fərqləniblər.

Yanvarın 16-da Təhsil Nazirliyinin “Mütaliə mədəniyyətinin və oxuya motivasiyanın yüksəldilməsi” layihəsi çərçivəsində Sumqayıt şəhər N.Gəncəvi adına Texniki və təbiət elmləri liseyində tədbir keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin rəsmiləri, Milli Məclisin üzvləri, Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, Azərbaycan Yazıçılar Birliyinin (AYB) nümayəndələri, yazıçılar, təhsil ekspertləri, məktəb direktorları iştirak ediblər. Qonaqlar əvvəlcə ayrı-ayrı sinif otaqlarında 6-9 və 10-13 yaşlı şagirdlərin ucadan oxu bacarıqları ilə tanış olublar. Liseyin şagirdləri ayrı-ayrı yaş qrupları arasında yaradılan “oxu klubları”nın təqdimatını keçiriblər. Daha sonra tədbir akt zalında davam etdirilib. AYB-nin sədri Anar məktəblilərə oxuduqları əsərləri müstəqil şəkildə təhlil etmək vərdişlərinə yiyələnməyi tövsiyyə edib. O, məktəblilərin kiçik yaşlarından mütaliəyə həvəs göstərməsini müsbət qiymətləndirdiyini vurğulayıb. Təhsil nazirinin müşaviri Ağababa İbrahimov şagirdlərə oxuduqları əsərlərdən müsbət nümunə götürməyə çağırıb. Onun fikrincə, müəllimlər və valideynlər uşaqları xeyirxahlıq, vətənpərvərlik, eyni zamanda yüksək insani dəyərlər aşılayan əsərlər oxumağa istiqamətləndirməlidirlər. Tədbirdə 14-17 yaşlılar klubunun üzvləri B.Vahabzadənin “Şəhidlər” poemasını səhnələşdirilmiş formada səsləndiriblər. VII sinif şagirdlərindən ibarət klub üzvləri isə A.Şaiqin “Xasay” əsərini müzakirə ediblər. Qonaqlar məktəblilərin Andersonun “Nağıllar aləminə səyahət” əsərini Azərbaycan dilində, Şekspirin “Kral Lir” əsərini isə ingilis dilində müzakirələrini maraqla izləyiblər. “Mütaliə mədəniyyətinin və oxuya motivasiyanın yüksəldilməsi” layihəsinin əsas məqsədi təhsil müəssisələrində mütaliə edən icmanın yaradılması vasitəsilə şagirdlərdə oxuya marağın artırılması, məktəblilərin bədii ədəbiyyat, sənədli əsər və digər mətn növləri ilə tanışlığını təşviq etməkdir. Layihə çərçivəsində şagirdlər və müəllimlər arasında oxunan ədəbiyyatın, müxtəlif mətn növlərinin müzakirə yolu ilə dəyərləndirilməsi, mübadiləsi, şagirdlərdə reflektiv oxu vərdişlərinin yaradılması nəzərdə tutulur.

“Təhsil” Respublika İdman Mərkəzinin şahmat üzrə yığma komandasının üzvləri kişilər arasında keçirilən Azərbaycan çempionatının qalibi olublar.

İsveçrə sistemi ilə keçirilən yarışda Azərbaycanın ən güclü 22 şahmatçısı iştirak edib. “Təhsil” RİM çempionatda 9 şahmatçi ilə təmsil olunub. Mərkəzin şahmatçısı Rauf Məmmədov 9 oyundan 6,5 xal toplayaraq, yarışın qalibi adına layiq görülüb. Digər şahmatçı Eltac Səfərli də 9 oyundan 6,5 xal əldə etsə də, oyun əmsalına uyğun olaraq, II yeri tutub. Mərkəzin daha 2 oyunçusu ilk onluğa daxil olub. Yarişda I və II yeri tutan şahmatçılar dünya kubokuna vəsiqə qazanıblar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılıb. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq hüquqi-normativ aktların bu sərəncama uyğunlaşdırılmasına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi tapşırılıb.   “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamı

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı