• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Yanvarın 26-da Təhsil Nazirliyində “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planına həsr olunmuş mətbuat konfransı keçirilib.

Konfransda nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsilin məzmununun yaradılması, yüksək nüfuzlu təhsilverənin və yeni idarəetmə sisteminin formalaşdırılması, ömürboyu təhsili təmin edən infrastruktun və yeni maliyyələşdirmə mexanizmlərinin yaradılması və digər məsələlər barədə Fəaliyyət Planında nəzərdə tutulmuş müddəaları izah ediblər.
Tədbirdə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində qarşıda duran vəzifələr bir daha diqqətə çatdırılıb, həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.
Sonda Təhsil Nazirliyinin rəsmiləri jurnalistlərin çoxsaylı suallarını cavablandırıblar.


10 il əvvəl